Məhkəmə qərarları › İş №2(074)-864/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-864/2021

07.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-864/2021 07.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Şamaxı rayon Elektrik Şəbəkəsinə qarşı “aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Şamaxı rayon Elektrik Şəbəkəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisinin verilməsi üçün evin hasarının çöl hissəsində quraşdırılmış işıq sayğacının söküldükdən sonra Şamaxı rayon Elektrik Şəbəkəsi tərəfindən ona hesablanmış 467,49 manat məbləğində borcun onun abonent hesabından silinməsi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və hər bir sakin kimi X5 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********00031 abunə kodu altında elektrik enerjisindən istifadə edir. Onun evində olan elektrik alətlərinə uyğun olaraq (işıqlandırma, televizor, soyuducu) elektrik enerjisindən qış aylarında 140-170 kvts, yay aylarında isə 70-100 kvts miqdarında istifadə etmiş və sayğac üzrə istifadə etdiyi enerjinin dəyərini hər ay gecikdirmədən abunə koduna uyğun məlum hesaba köçürmüşdür. Mülkiyyətində olan mənzilə elektrik enerjisinin verilməsi üçün X5 tərəfindən quraşdırılmış sayğac həyətinin yəni hasarın çölündə giriş qapısının yanında quraşdırılmışdır. Yəni X2 əməkdaşları tərəfindən hər ay sərfiyyatın müəyyən edilməsi üçün onun balansında olmayan sayğaca baxış keçirmiş və bu barədə məlum ödəniş bildirişi ona təqdim edilmişdir. Sonra ona heç-bir xəbərdarlıq və ya məlumat verilmədən X2 əməkdaşı Əliyev Ayaz tərəfindən məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı, 14.04.2021-ci il tarixli protokol tərtib edilərək, istifadəsində olan sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğac isə yoxlanılması üçün Qəbələ REİSİ-nin laboratoriyasına göndərilmişdir. Lakin daha sonra ona məlum olmayan səbəbdən elektrik enerjisindən istifadəyə görə abonent hesabına 467,49 manat məbləğində borc yazılmışdır. Ona yazılan borcun hansı səbəbdən yazılığını müəyyən etmək məqsədi ilə 26.05.2021-ci il tarixdə X4 müraciət edərək, qeyd edilən elektrik enerjisindən istifadəyə görə 467,49 manat məbləğində borcun abonent hesabında hansı səbəbdən yarandığı barədə məlumatın və ya borcun yaranmasına dair aktın, protokolun, qərarın surətini ona təqdim olunmasını xahiş etməsinə baxmayaraq bu günə kimi ona hər hansı bir cavab verilməmişdir. Onun qeyd olunan miqdarda elektirik enerjisi istifadə etmək üçün gərək həyətində zavod tipli qurğular fəaliyyət göstərəydi. Qeyd olunan borc sayğacda yaranan hər hansı bir nasazlıq üzündən yaranıbsa, ona məxsus evdən çıxarılan sayğacda baş verən sayğacın saz vəziyyətdə olmasına nəzarət cavabdehin üzərinə düşürdü ki, hər ay cavabdehin nümayəndələri qeyd olunan sayğaca baxış keçirir və sərf olunmuş elektrik enerjisinə görə ona qəbz yazıblar. Əgər bu sahənin mütəxəssisləri olan şəxslər sayğacda olan problemi aşkar edə bilməyiblərsə o, necə müəyyən edə bilərdi. Onun evinə verilən elektrik enerjisinin axımı üçün quraşdırılmış sayğacın texniki və ya digər baxımdan sıradan çıxmasında onun müdaxiləsi olmadan və xəbəri olmadığı üçün borc kimi ona hesablanmış 467,49 manat məbləğində vəsait onun abonent hesabından silinməli və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində vəsaitin cavabdehdən tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, ödənişlərini vaxtında edib. O, orada yaşamır və nə üçün bele borc yazıblar bilmir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi Şamaxı şəhərində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına **********00031 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 2017-ci ilin aprel ayından 2021-ci ilin avqust ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 716,06 manat olmuşdur, iddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 286,00 manatını ödəmişdir. Qeyd olunan dövrlər üzrə iddiaçı sərf etdiyi elektrik enerjisinin dəyərini bildiriş təqdim edilən zaman hər ay ödəməmiş və iddiaçının istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 430,06 manat (716,06-286,00=430,06) qalıq borcu qalmışdır. Yuxarıda qeyd olunlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış və yaranmış borc iddiaçının 29.04.2017-ci il tarixdən bu günə kimi istifadə etdiyi elektrik enerjisinin dəyəridir. 04 avqust 2021-ci il tarixinə iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 420,06 manatdır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin iddiaçı borcu vaxtında ödəməmiş və bu müddət ərzində iddiaçıya elektrik enerjisinin verilişi enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılmamışdır. İddiaçı cavabdeh "xxxx" ASC-yə və X3 Təchizatı və Satışı İdarəsinin X1rşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan **********00031 saylı abonentin abunə haqqı vərəqəsindən görünür ki, İddiaçı "xxxx" ASC-yə sayğac oxunması üzrə 553,70 manat, aktlar üzrə 162,36 manat borcu vardır. İddiaçı 286 manat ödəniş etmişdir. Sayğac quraşdırma tarixinə borc 467,8 manat, sayğac quraşdırmadan sonra ödəmə 60 manat, karta yüklənən məbləğ 30 manat, cəmi 437,80 manat təşkil edir. Aktlar üzrə borcundan 162,36 manat borc limitdən artıq sərfiyyatdır və 13.04.2021-ci il tarixə aiddir. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 14.04.2021-ci il tarixli ******* saylı protokoldan görünür ki, sayğac yoxlanılması üçün Qəbələ REİSİ-nin laboratoriyasına göndərilmişdir İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yaşayır və X5 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********00031 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X2 əməkdaşları tərəfindən hər ay sərfiyyatın müəyyən edilməsi üçün onun balansında olmayan sayğaca baxış keçirmiş və bu barədə məlum ödəniş bildirişi ona təqdim edilmişdir. Sonra ona heç-bir xəbərdarlıq və ya məlumat verilmədən X2 əməkdaşı Əliyev Ayaz tərəfindən məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı, 14.04.2021-ci il tarixli protokol tərtib edilərək, istifadəsində olan sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğac isə yoxlanılması üçün Qəbələ REİSİ-nin laboratoriyasına göndərilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs oorclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh iddiaçıya məxsus fərdi yaşaşı evini elektrik enerjisi ilə təchiz etmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etmədiyindən onun istifadə edilmiş elektrik enerjisinə görə borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və yalnız aktlar üzrə iddiaçıya hesablanmış borc onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı adına olan **********00031 saylı abunə hesabından 162,36 manat borc silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 20 manat pul iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar