Məhkəmə qərarları › İş №2(074)-866/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-866/2024

26.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-866/2024 26.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, X4 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 29 oktyabr 2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı Elnarə Camıyeva ağır dərəcəli əqli gerilik (İQ-33), daima qulluq və müalicə tələb edən ciddi davranış, nitq artikulyasiyasının spesifik pozuntuları diaqnozu ilə dispanser qeydiyyatındadır, müddətsiz birinci qrup əlildir. Hazırda qızının 18 yaşı tamam olmuşdur, əmək qabiliyyətsizdir, sərbəst olaraq öz hüquqlarını həyat keçirə bilmir, başqa şəxslərin köməyinə ehtiyacı olduğu üçün, bütün fiziki işlərində o, yardım edir. Buna görə də, qızı məhkəmə tərəfindən fəaliyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra, qəyyum təyin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçi və iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Eyni zamanda, ərizəçi X6 məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilib, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci ildə doğulmuş, atası X6, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, X5 F72.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-33) qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var, F80.0 nitq artikulyasiyasının spesifik pozuntusu diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 23 iyul 2024-cü il tarixli, 2143 saylı ekspert rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan 29 oktyabr 2005-ci il təvəllüdlü X5 öz hərəkərlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətində olmadığı ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan 29 oktyabr 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2 maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da, məhkəmə hesab edir ki, X4 ərizəsi təmin edilməli, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan 29 oktyabr 2005-ci il təvəllüdlü X5 öz hərəkərlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətində olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan 29 oktyabr 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar