Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-87/2023 06.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-565 saylı, 41003018 kodlu Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktının FİN xxxxxxx AA******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1 və VЖГ № 283918 seriyalı ölüm haqqında şəhadətnamədə göstərilən X12 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar Şamaxı rayon, Qızmeydan kəndində yerləşən 4,9166 ha əkin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciər etmək qərarına gəlmişlər. Lakin DT və XK tərəfindən hazırlanmış JN-565, kod 41003018 nömrəli Dövlət Aktında göstərilən hüquq sahiblərinin adı, ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən hüquq sahiblərinin adı arasında uyğunsuzluq vardır. Ona və ailənin digər üzvlərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar DTXK tərəfindən hazırlanmış JN-565, kod 41003018 nömrəli dövlət aktına əsasən verilmişdir. Həmin dövlət aktında X7 və Ərizəçi1 adları düzgün qeyd olunmamışdır. Sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. Sənədlərində uyğunsuzluq olduğu üçün onların ərizələrinin icrasından imtina olunmuşdur. Bu məsələ ilə əlaqədar o, ilk olaraq əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə də müraciət etmiş və onlara məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0025 KOD 41003018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ərizəçi2, X8, X17, Ərizəçi1 Umud qızı, X9, X4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 25,60 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 16 avqust 2022-ci il **********83 saylı məktubundan görünür ki, Ərizəçi2 ailə üzvlərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar DTXK tərəfindən hazırlanmış JN- 565, kod 41003018 nömrəli Dövlət aktına əsasən verilmişdir. Həmin dövlət aktında X7 və Ərizəçi1 Sarıtel qızının adları düzgün qeyd olunmamışdır. Sənədi verən orqan-X15 Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışın surətindən görünür ki, Şamaxı rayon, Qızmeydan kəndində yerləşən 4.9166 ha torpaq sahəsi, Ərizəçi2, X8, X17, Ərizəçi1 Umud qızı, X9 və X2 mülkiyyətindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1973-cü il tarixdə Amasiya rayonunda doğulmuşdur. İş materiallında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 08 noyabr 1998-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ № 131423 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X6 arasındakı nikah 14 aprel 2005-ci il tarixində bağlanmış, bu barədə 222 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Dərvişov”, arvada “Dərvişova ” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nin Qızmeydan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 148 saylı arayışından görünür ki, torpaq islahatı zamanı Şamaxı rayonunun Qızmeydan kəndi ərazisindən torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında X7 (vəfat edib) adında və ata adında, Ərizəçi1 ata adında texniki səhv olaraq düzgün qeyd olunmamışdır. X17 adında, Ərizəçi1 Umud qızı adında Şamaxı rayonu Qızmeydan kəndində heç bir şəxs yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 18 yanvar 2023-cü il tarixli 417/06 saylı Arxiv Çıxarışından görünür ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin Astraxanovka kənd sovetinin 1986-2000-ci illərin təsərrüfat başına kitablarında X7 təsərrüfatında 0,33 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikili altında olması və ailə tərkibi X18-ailə başçısı(xx.xx.1998-ci ildə vəfat etmişdir), X8-arvadı,X14-qızı, Ərizəçi2-oğlu, Ərizəçi1-gəlini, X9-nəvəsi, X10-nəvəsi, X23nəvəsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X1 adı, X11 isə atasının adı və at adı onlara məxsus bütün sənədlərdə X5 və X3 göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-565 saylı 41003018 kodlu Dövlət aktında adlarında və soyadlarında səhvlər vardır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X17 və X13” ilə digər sənədlərdə göstərilən “X18 və X5”nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçilər tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair, JN-565 41003018 nömrəli dövlət aktının Ərizəçi1 və X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair, JN-565 41003018 nömrəli dövlət aktının Ərizəçi1 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-87/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-87/2023
06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver