Məhkəmə qərarları › İş №2(074)-875/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-875/2023

02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-875/2023 02.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0130 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının aktda adları qeyd olunan X7 ilə birlikdə, eyni zamanda onlara, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 da məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının qərarı ilə onlara Şamaxı rayonu, Quşçu kəndi ərazisindən torpaq payı verilmiş, həmi torpaq sənədi JN-0130 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən dövlət reyestrində qeydiyyata alınmışdır. Hər il onlar həmin torpaq sahəsini əkirlər. Əvvəllər əkinə görə dövlətdən ssuda alıblar. Bu il onlardan tələb olunub ki, torpaq sahələrinə çıxarış alınmalıdır. Olmasa ssuda verilməyəcək. O, da Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Orada onlara bildirilib ki, torpaq aktındakı adlarla müraciət edən şəxslərin adlarında uyğunsuzluq var. Belə ki onlara məxsus JN-0130 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 adı “Nəsrəddin” kimi, Ərizəçi2 adı və ata adı “Kəmalə Nəsrəddin” qızı kimi, Ərizəçi3 ataadı “Nəsrəddin” kimi, Ərizəçi7 soyadı “Cəbrayılov” ata adı “Nəsrəddin” kimi, Ərizəçi4 soyadı “Cəbrayılova” ata adı “Nəsrəddin” kimi, Ərizəçi5 soyadı “Cəbrayılov” kimi, ata adı Ərizəçi6 soyadı “Cəbrayılov” kimi, ata adı “Nəsrəddin” kimi qeyd olunmuşdur. Bu səhvlərin düzəldilməsi üçün onlara məhkəməyə müraciət etmək tövsiyyə olumuşdur. Göstərir ki, onların adlarında və soyadlarında belə texniki səhvlər olmasına baxmayarq həmin dövlət aktı onlara məxsusdur. Bunu şahid edəcək şahidləri var və kifayət qədər sənədləri var. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0130 KOD 41012018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X2, X7, Ərizəçi2 Nəsrəddin qızı, Ərizəçi3 Nəsrəddin qızı, X8, X11, X3 və X4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə 3.44 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 06 iyun 2023-cü il **********92 saylı məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0130, kod 41012018 nömrəli dövlət aktında onların və ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi6 xx.xx.1995-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində, Ərizəçi3 xx.xx.1984-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində, Ərizəçi2 xx.xx.1982-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində, Ərizəçi1 xx.xx.1957-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində, Ərizəçi7 xx.xx.1986-cı il tarixdə Şamaxı rayonu, Quşçu kəndində, X6 xx.xx.1992-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuşdur. İş materiallarında olan arayışın surətindən görünür ki, X12 xx.xx.1989-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuşdur. İş materiallarında olan Şamaxı RİHB-nin Quşçu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 768 saylı arayışından görünür ki, torpaq islahatı zamanı onun ailə üzvləri Ərizəçi1 adı, Ərizəçi2 adı, soyadı, Ərizəçi3 ata adı, Ərizəçi7 soyadı, ata adı, Ərizəçi5 soyadı, İsmayılova (Cəbrayılova) Ülviyyə Nəsirəddin qızının soyadı, ata adı, Ərizəçi6 soyadı, ata adı həqiqətən Şamaxı rayonun Quşçu kəndi ərazisində torpaq sahəsi almaq hüquqi olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 adı, soyadı atasının adı ona məxsus bütün sənədlərdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 kimi göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-0130 saylı 41012018 kodlu Dövlət aktında adlarında və soyadlarında səhvlər vardır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X2” ilə digər sənədlərdə göstərilən “Ərizəçi1”, “X5” ilə digər sənədlərdə göstərilən “Ərizəçi2”, “Ərizəçi3 Nəsrəddin qızı ilə digər sənədlərdə göstərilən “Ərizəçi3”, “X8” ilə digər sənədlərdə göstərilən “Ərizəçi7”, “X11” ilə digər sənədlərdə göstərilən “Ərizəçi5”, “X3 ilə digər sənədlərdə göstərilən “Ərizəçi4”, “X9” ilə digər sənədlərdə göstərilən “Ərizəçi6”nun eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair, JN-0130 41012018 kodlu dövlət X1 ilə birlikdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-0130 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət X1 ilə birlikdə, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, İsmayılova (Cəbrayılova) Ülviyyə Nəsirəddin qızına, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar