Məhkəmə qərarları › İş №2(074)-893/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-893/2025

27.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-893/2025 27.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 yanvar 2007-ci ildə anadan olmuş oğlu Cavadov İsmayıl Fariq oğlunun sağlamlıq vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 07 yanvar 2007-ci ildə Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olmuş oğlu Cavadov İsmayıl Fariq oğlu (Ş/V:AA5926020, FİN:7VD6FCG) hazırda Şamaxı rayonu, İkinci Çaylı kəndində qeydiyyatda olmaqla onun himayəsində yaşayır. Oğlum ümumi xəstəliklər səbəbindən “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici tetraparetik forma spastik tetraplegiya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, periodik epizotlarla gedən ağır dərəcəli ağıl zəifliyi diaqnozu” ilə dispanser qeydiyyatındadır. Müddətsiz birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir, hal-hazırda on səkkiz yaşı tamam olmuşdur. Ümumi xəstəliklər səbəbindən sağlamlığında problemləri olduğu üçün daima kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı olur. Sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmədiyi üçün başqa şəxslərin köməyinə ehtiyacı olduğundan bütün fiziki işlərində o və ailə üzvləri kömək göstərir. Buna görə də o məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra da ona qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 865953 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavadov İsmayıl Fariq oğlu 07 yanvar 2007-ci ildə Şamaxı rayonu, İİ Çaylı kəndində anadan olub. Atası Ərizəçi, anası X1r. İş materiallarında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki, Cavadov İsmayıl Fariq oğluna kvadroplegik spastik serebral iflici, uşaq serebral iflici tetraparetik forma - spastik tetraplegiya, spastik tetraparez - qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, periodik epizotlarla gedən ağır dərəcəli ağı zəifliyi, kənar şəxsin qulluğuna ehtiyacı olması, özünə xidmət zamanı köməyə ehtiyacı, ətraf şəxsin köməyinə ehtiyacın olması, ətrafdan tam asılı vəziyyətdə olması diaqnozu qoyulmuşdur. Birinci dərəcə əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 hüquqi şəxsin 27 avqust 2025-ci il tarixli, 3944 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Cavadov İsmayıl Fariq oğlunda “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” (F72) müəyyən edilir. Yoxlanılan şəxs Cavadov İsmayıl Fariq oğlu psixi vəziyyətinə gorə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. İ.Ərizəçi psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. Beləliklə, Şamaxı rayonu, İkinci Çaylı kəndində yaşayan 07 yanvar 2007-ci il təvəllüdlü Cavadov İsmayıl Fariq oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Cavadov İsmayıl Fariq oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun oğlu Şamaxı rayonu, İkinci Çaylı kəndində yaşayan 07 yanvar 2007-ci il təvəllüdlü Cavadov İsmayıl Fariq oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şamaxı rayonu, İkinci Çaylı kəndində yaşayan 07 yanvar 2007-ci il təvəllüdlü Cavadov İsmayıl Fariq oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar