Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-895/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 Şamaxı rayon Qaz Xidməti sahəsi və Cavabdeh1 Ağsu X7 İdarəsinə qarşı “aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 Şamaxı rayon Qaz Xidməti sahəsi və Cavabdeh1 Ağsu X7 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 iyun 2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 657 manat borc məbləğinin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri 20 Qanlı Yanvar küçəsi 42 saylı evdə yaşayır və qaz xidməti sahəsində abonent kimi qeydiyyatdadır. Cavabdehin nümayəndələri yaşadığı ünvana gəlmiş və köhnə qaz sayğacının istismar müddəti bitdiyindən, yeni qaz sayğacı ilə dəyişdirəcəklərini bildirmişlər. Mütəxəsislər tərəfindən qaz sayğacı yenisi ilə əvəz olunmuş və köhnə sayğacda heç bir nasazlığın olmadığı bildirilmişlər. Bundan əlavə qeyri qanuni akt tərtib edilərək, sayğacda guya nazaslıq aşkar edilərək, üzərinə qaz itkisinə görə faktiki olaraq dəymiş ziyanın ödənilməsi vəzifəsi qoyulmuşdur. Şamaxı Qaz xidməti sahəsinə müraciət edildikdə bildirmişlər ki, köhnə sayğacda nasazlıq, müdaxilə aşkar edilmiş, ona görə də, həmin məbləğ qaz itkisinə görə borc kimi hesablanmışdır. Həmin ziyanın hər dəfə fərqli məbləğ olduğunu bildirmişlər. Nəticədə 657 manat borc yazılmışdır.O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Əgər həqiqətəndə qaz sayğacında nasazlıq varsa, həmin nazaslığın eləcə də, müdaxilənin kim tərəfindən törədilməsi aşkar edilmədən, bu barədə hər hansı bir inzibati araşdırma aparılmadan, eləcə onun qanunsuz əməli sübuta yetirilmədən, abonent kimi ona qaz itkisinə görə borc yazılmış və əsassız olaraq günahkar hesab edilmişdır. Cavabdehlərin hərəkətləri qanunsuz və tamamilə əsasızdır. Belə ki, qaz sayğacına nəzarət etmək birbaşa cavabdeh tərəfin vəzifəsidir və hasarın üstündə olan sayğacın onların tərəfindən daimi olaraq qorunması absurd məsələdir və mümkün deyildir. Bundan əlavə qaz sayğacı xüsusi qoruyucu qutuya yerləşdirilməli və nəzarət edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri 20 Yanvar küçəsi ev 42 saylı ünvanda yaşayan İddiaçı Cavabdeh1nə qarşı əsassız hesablanaraq abonent koduna vurulmuş 657 manat məbləğində borc məbləğin silinməsinə dair iddia ərizəsinin rədd edilməsinə, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 461,70 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 194,40 manat itirilmiş qazın dəyərinin və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 686,50 manat tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri 20 Yanvar küçəsi ev 42 saylı ünvanda yaşayan İddiaçı Cavabdeh1nə qarşı Şamaxı rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanaraq abonent koduna vurulmuş 657 manat məbləğində borc məbləğin silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi rədd edilməli və Cavabdeh1 İB-nin qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, 25.02.2019-cu il tarixində Cavabdeh1 Ağsu RQİİ-nin ünvan 1 ünvanda yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 25.02.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 03.06.2019-cu il tarixli, MSK-29/1710-01150-2 nömrəli akta əsasən sayğacın plastmas borusunda deşik aşkar edilmiş, sayğacın zavod seriya nömrəsi yazılmış löhvə yararsız vəziyyətə salınmış sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 28.06.2019-cu il tarixli, ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh1 İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 28 iyun 2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********00260 nömrəli abonent koduna 1944 m3 – 194,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bundan başqa cavabdeh İddiaçı Cavabdeh1 Ağsu X8 İdarəsinin Şamaxı Xidmət Sahəsininə ona hesablanmış itirilmiş təbii qazın dəyəri olan 194,40 manat məbləğdən başqa, mənzilində faktiki olaraq istifadə etdiyi, lakin dəyərini ödəmədiyi 461,70 manat qaz pulu borcu vardır. Cavabdehə hər ay mütamadi olaraq Şamaxı XS-nin əməkdaşları tərəfindən mənzilində istifadə etdiyi təbii qazın dəyəri barədə bildiriş təqdim edilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği tam ödəməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, ona əsassız olaraq cərimə yazıldığından istifadə etdiyi təbii qaza görə bir müddət ödəniş etməmişdir. Çünki, qaz sayğacını aparıb, 1 ildən sonra deyiblər ki, sayğaca müdaxilə edilib. Qarşılıqlı iddianı etiraf etməyərək ilkin iddia ərizəsinin əsaslı olduğunu bildirərək təmin olunmasını, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X5 qarşılıqlı iddianı müdafiə edərək və ona uyğun izahat verib ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 25.02.2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh1 İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh1 İB-nin 25.02.2019-cu il tarixli ******* saylı aktının surətindən görünür ki, Şamaxı şəhəri 20 Yanvar küçəsində İddiaçı fərdi yaşayış evinə verilən qaz xətti üzərində quraşdırılmış Elestr G4 nömrəsi 43882700 saylı qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 İB-nin 03.06.2019-cu il tarixli qərarından görünür ki, Azəriqaz İB-nin 03.06.2019-cu il tarixli № MSK 18/1710-01150-2 saylı rəyinə əsasən Elestr G-4 nömrəsi ******* saylı qaz sayğacı yoxlanılan zaman sayğacın plasmas borusuda deşik olduğu aşkar olunmuşdur. Sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. İş materiallarında olan Cavabdeh1 İB-nin təbii X4nın pozulması haqqında 28.06.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Şamaxı şəhəri 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış Elestr G4 nömrəsi ******* saylı qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı sayğacın plasmas borusuda deşik olduğu aşkar olunmuşdur. Sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. İş materiallarında olan 28.06.2019-cu il tarixli Ağsu X7 İdarəsinin qərarından görünür ki, Şamaxı şəhəri 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, radiator soba maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış 1944 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 28.06.2019-cu il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı abonent olduğu Şamaxı şəhəri 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elestr G-6T nömrəsi **********767 saylı, sayğac üzrə qalıq və aktlar qrafası üzrə 194,40 manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X4”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh1) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə ilkin iddia üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi Cavabdeh1 tərəfindən təbii qazla təchiz edilmişdir. İlkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, ilkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qismən təmin edilməli, 29 iyun 2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməli və onun əsasında hesablanmış 194.4 manat onun abunə hesabından silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 461,70 manat borc məbləği və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, ilikn və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 Ağsu X7 İdarəsinin tərtib etdiyi təbii X4nın pozulması haqqında 28 iyun 2019-cu il tarixli ******* nömrəli etibarsız hesab olunsun və həmin akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 194.4 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 2 ünvanında yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 461,70 manat borc məbləği və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun ümumilikdə isə 492,1 manat pul tutularaq Cavabdeh1 hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-895/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-895/2021
12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver