Məhkəmə qərarları › İş №2(074)-907/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-907/2024

13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-907/2024 13.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq“ ASC tərəfindən tərtib olunmuş 26 fevral 2024-cü il tarixli HDM № 039114 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1486 manat borc məbləğinin 50 manat borc saxlanılmaqla, qalan hissəsinin silinməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. İşıq sayğacı küçədə yerləşir. Elektrik enerjisindən qanuni şəkildə istifadə etmiş və pulunu ödəmişdir. Ona 1486 manat borc hesablanmışdır. O, 50 manat borc saxlanılmaqla, əsassız hesablanmış 1486 manat borcun digər hissəsinin silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, məhkəməyə etiraz göndərərək, iclasın iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC etiraz ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh “Azərişfq"1 ASC-yə qarşı 26 fevral 2024-cü il tarixli NDM039114 saylı akt əsasında qanunsuz olaraq hesablanmış 1486.00 manat borc məbləğindən 50 manat saxlanılmaqla qalan hissəsinin silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır.Belə ki, iddiaçının Şamaxı şəhərində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********04545 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları R.Qasımov, E.Ələkbərov. E.Bİnnətli və T.Nəsirov tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu, kənar xəttin sayğacı qidalandıran sip xəttinin izolyasiyası pozularaq xüsusi sıxac vasitəsilə götürülməklə çəkildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları”nın 8 17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il; tarixli, NDM039114 saylı akt tərtib olunmuşdur. xx.xx.2024cü il tarixli, NDM039114 saylı akta əsasən "Azərişıq” ASC-nın Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 500 kvt.s (dəyəri 40.00 manat). 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 10289 kvt.s (dəyəri 1337.57 manat) toplamda 1413 57 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddıaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır.İddiaçı iddia ərizəsində kənar xətdən istifadə etdiyini etiraf etmişdir. “EEİQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cü bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci. yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş, elektrik naqilinin e,n kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən, bu Qaydaların 7,18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin, dəyəri elektrik Qəbuledicilərinin : gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılar^ münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəki iş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquğuna malikdir, bu zahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il; tarixli, NDM039114 saylı aktdan görünür ki, baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu, kənar xəttin sayğacı qidalandıran sip xəttinin izolyasiyası pozularaq xüsusi sıxac vasitəsilə götürülməklə çəkildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları”nın 8 17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən tərtib olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli, NDM039114 saylı akta əsasən "Azərişıq” ASC-nın Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 500 kvt.s (dəyəri 40.00 manat). 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 10289 kvt.s (dəyəri 1337.57 manat) toplamda 1413 57 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında X2 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********07545 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X1 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir.26 fevral 2024-cü il tarixli, NDM 039114 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun yükə uyğun 180 gün üçün 0.08 manatla 500 kvt.s (dəyəri 40.00 manat). 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 10289 kvt.s (dəyəri 1337.57 manat) toplamda 1413 57 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 1486 manat cərimənin silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca kənar xətt qoşulmaması ilə əsaslandırmış, lakin evində elektrik enerjisinin istehlak olunduğu dövrdə sayğacın sərfiyyatı hesablamamasına dair halı mübahisələndirməmişdir. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş videodiskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 26 fevral 2024-cü il tarixdə İddiaçı məxsus sayğacdan axan yük sıfırdır. Məhkəmə hesab edir ki, yaranmış qüsur nəticəsində dəyəri ödənilməmiş enerji sərfiyyatını 1 ay ərzində ödəməsini iddiaçıdan tələb etməli və ödəniş aparılmadığı halda enerjinin verilməsini dayandırmaqla, zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 180 gün üçün hesablamışdır. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün 235,59 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 1177,98 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1177,98 manat pul iddiaçının abunə hesabından silinməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 31,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 26 fevral 2024-cü il tarixli HDM № 039114 saylı akta əsasında hesablanmış 1413,57 manat borc məbləğinin 1177,98 manat hissəsi İddiaçı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 31,80 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar