Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-933/2022 13.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci ildə vəfat etmiş X1 Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9 ünvanında yerləşən mirasın qəbul edilməsi müddətinin uzadılması, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2, xx.xx.1967-ci ildə vəfat etmiş X1 qalmış mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə veriliməsi üçün Şamaxı regional "ASAN xidmət" mərkəzində rayon Notariat Ofisinə müraciət etmiş, ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. O, mərhuma məxsus evdə yaşayır, evi və torpaq idarə edir. Hazırda atasından miras qalmış əmlakları təkbaşına idarə edir. Çünki, onun ondan başqa vərəsəsi yoxdur. Mərhumdan qalmış miras Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9-da yerləşir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək X1 Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9 ünvanında yerləşən mirasın qəbul edilməsi müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun bibisidir. Babası rəhmətə gedib. Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9 babasından miras qalıb. Babasının ölümündən sonra həmin evdə bibisi yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə ifadə verib bildirdi ki, babası rəhmətə gedib. Babası rəhmətə gedəndən sonra bibisi həmin evdə yaşamış, daha sonra atası, anası və bacı-qardaşı həmin evə gəlmişlər. Lakin sonra hamısı vəfat etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Şamaxı Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 042482 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1967-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 957961 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İ-ИЕ № 504843 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 xx.xx.1966-ci il tarixdə nikahları bağlanmışdır. İş materiallarında olan AЗ 013630 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1946-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1963-cü il tarixli 1538 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasportun surətindən görünür ki, Şamaxı şəhərində yerləşən, 87 ha kvartal sahə, Narodni Vostok 5 nömrəli ev X2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 05/Q-888/69 saylı Şamaxı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X10 30 iyul 1985-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Şamaxı rayon Polis Şöbəsinin məktubunun surətindən görünür ki, RPŞ-nin X9 kartotekasında X2 Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9-da (keçmiş Narodni Vostok ev 5) qeydiyyatda olması aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şamaxı rayon Polis Şöbəsinin məktubunun surətindən görünür ki, X6 xx.xx.1965-ci ildə RPŞ-dən XVİİİ-LS № 708327 nömrəli pasport alaraq Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9 saylı evə (keçmiş Narodni Vostok ev 5) qeydiyyata düşmüş və 1966-cı il kimi həmin ünvanda qeydiyyatda olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şamaxı rayon İHB-nın Şamaxı şəhər İƏD-i üzrə nümayəndəliyinin surətindən görünür ki, xx.xx.1967-ci ildə vəfat etmiş, X5 barəsində Şamaxı şəhəri icra nümayəndəliyində heç bir məlumat yoxdur. İş materiallarında olan Milli Arxiv İdarəsi X15 Filialının xx.xx.2022-ci il tarixli 56 saylı məktubun surətindən görünür ki, X2 yaşaması və ailə tərkibi barədə Şamaxı rayon üzrə təsərrüfatbaşına kitab mövcud deyil. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 1057 saylı notariat əməliyyatı aparmaqdan imtina haqqında qərarından görünür ki, İddiaçı xx.xx.1967-ci ildə vəfat etmiş atası X3 məxsus olan Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9 ünvanda yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 337 saylı Ağsu rayon Qeydiyyat Şöbəsinin məktundan görünür ki, X5 “Vətandaşlıq vəiyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemidə ailə tərkibi haqqında heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1963-cü il tarixli 1538 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasportuna əsasən Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9 (Narodni Vostok ev 5) X2 mülkiyyətindədir. X5 xx.xx.1967-ci il tarixdə ölmüşdür. Torpaq sahəsini faktiki olaraq İddiaçı tərəfindən qəbul olunmuşdur. Miras əmlakın qəbul olunması üçün Şamaxı rayon Notariat Kontoruna müraciət etsələrdə miras əmlakın qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan Qanunun 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, İddiaçı mirasın qəbul etməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbi üzrlü sayılmalı və həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 11 fevral 1967-ci il tarixdə Şamaxı rayonunda ölmüş X1 miras qalmış Şamaxı şəhəri, Ş.İbrahim küçəsi, ev 9 ünvanda yerləşən miras əmlakın qanun üzrə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirməsinin səbəbi üzürlü hesab edilərək mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-933/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-933/2022
13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver