Məhkəmə qərarları › İş №2(074)-935/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-935/2021

23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-935/2021 23.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X9 ilə anası Hüseynova (Abtalıbova) Nayıb Kərim qızı 17 sentyabr 1946-cı ildə evlənmişlər, həmin nikahdan 1947-ci ildə X10, 1950-ci ildə Cavabdeh2, 1955-ci ildə X11, 1948-ci ildə X12, 1948-ci ildə Cavabdeh1 və 1959-cu ildə o, doğulmuşdur. X2 08 sentyabr 2020-ci ildə, X12 10 sentyabr 2020-ci ildə və qardaşı X10 06 noyabr 2014-cü ildə vəfat etmişlər. X3 və X11 ailə qurmamışlar və onlar ömür boyu onunla bir evdə yaşamışlar. O, fərdi əməklə məşğuldur. O, eyni küçədə yəni Şamaxı şəhəri S.Ə.Şirvani küçəsindəki evi demək olar ki, o, tikmişdir. Birini bacısı X5 adına sənədləşdirmiş. Şamaxı şəhəri A.Əhmədov küçəsi 40 saylı evi isə bacısı X6 adınadır. Bacıları ailə qurmadığından onlar həmişə bir evdə birgə yaşamışlar. Bacılarının vərəsəsidir. Mirası faktiki qəbul etmişdir. Həmin evlər faktiki ona məxsus olmuşdur. O, Şamaxı regional ASAN xidmət mərəzində notariat ofisinə müraciət edərək 08 sentyabr 2020-ci ildə vəfat etmiş bacısı X7 məxsus Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ əsasında ona çatası əmlak payının verilməsi ilə əlaqədar müraciət etmiş, lakin ona bildirilib ki, mirası qəbul etmə müddəti vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Ona görə də 08 sentyabr 2020-ci ildə vəfat etmiş bacısı X7 məxsus olan Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə kimi əmlakı faktiki qəbul etmədiyindən miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. Halbuki, həmin miras əmlakı faktiki qəbul etmiş və idarə etmişdir. Digər vərəsələr həmin miras əmlakı qəbul etməmişlər və qanunla müəyyən olunmuş 6 aylıq müddəti də buraxmışlar. İş üzrə maraqlı tərəf olan qardaşları bildikləri halda ki, evlər faktiki onundur, sənədləşməyə razılıq vermirlər. Ona görə də məhkəməyə müraciət etmişdir. X1 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşə fərdi yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evini özü tikdirmiş lakin sonradan onun övladları ilə bacısı arasında mübahisə olmasın deyə evi bacısı X5 adına sənədləşdirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, bacısı orda yaşayarkən ona hərdən baş çəkmişdir. Evin tikilməsinə onun da köməkliyi olmuşdur. Bacısı rəhmətə gedəndən sonra isə həmin evə getməmişdir. Çünki bacısı rəhmətə gedəndən sonra həmin evdə İddiaçı yaşamış və evin açarları onda olmuşdur. Bacısının evindən ona heç bir əmlak verilməmişdir. Bacısından miras qalmış əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş, lakin ona heç bir sənəd verilməmişdir. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən Cavabdeh1 məhkəməyə ifadə verib bildirdi ki, o, evdən pay istəmir və ona çatası bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun qonşusudur. Şahmar 1985-ci ildə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yer alıb, ev tikməyə başlamışdır. Evin birinci mərtəbəsi hazır olan kimi hər iki bacısını gətirib orda yerləşdirmişdir. Bacıları öləndən sonra orada Şahmarın yaşadığını görüb. Sabiri isə bacıları öləndən sonra orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 məhkəməyə ifadə verib bildirdi ki, o, bütün qardaşları tanıyır. Bacıları İddiaçı Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən evində yaşayıblar. 1990-cı ildə evin ikinci mərtəbəsin düzəldiblər. Bacılar vəfat etdikdən sonra evdə Şahmar yaşayıb. Həmin evi Şahmar tikdirdiyindən Şahmara məxsus olduğunu ehtimal edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəməyə ifadə verib bildirdi ki, o, 1985-ci ildən Şahmarı tanıyır. Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsindəki evi tikdirən Şahmar olub, lakin Sabir də köməklik göstərib. Ev tikilib hazır olandan sonra bacıları İddiaçı evində yaşayıblar. Bacıları vəfat etdikdən sonra evdə ancaq Şahmar yaşayıb. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ИЖ № 390070 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11.04.1955-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan 27.02.2021-ci il tarixli AZ-İİ № 097367 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 12.08.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 04.01.2006-ci il tarixli AZ-İ № 041642 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03.01.2006-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 25.09.2020-ci il tarixli AZ-İİ № 083725 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 25.09.2020-ci il tarixli AZ-İİ № 083726 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 097368 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06.11.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşə fərdi yaşayış evi X7 məxsusdur. İş materiallarında olan 06.11.2020-ci il tarixli 2614 saylı Şamaxı regional ASAN xidmət mərəzində notariat ofisinin məhkəməyə cavab məktubundan görünür ki, 08.09.2020-ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka dair vərəsəlik işinin rəsmləşdirilməsi üçün müraciət daxil olmamışdır və notariat ofisində X5 vərəsələri barədə məlumat mövcud deyildir. İş materiallarında olan 03.05.2021-ci il tarixli 88 saylı Şamaxı Bələdiyəsinin arayışından görünür ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 13 B saylı evin həyətyanı torpaq sahəsinin əmlak və torpaq vergisi indiyənədək İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 26 fevral 2021-ci il tarixli arayışından görünür ki, 08.09.2020-ci ildə vəfat etmiş X11 barəsində Azərbaycan Resppublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 08.09.2020-ci ilədək aparılmış və nikahı, uşaqları barəsində məluatlar aşkar edilməmişdir. İş materiallarında olan 17.06.2021-ci il tarixli 1266 saylı Şamaxı regional ASAN xidmət mərəzində notariat ofisinin notariat əməliyyatı apamaqdan imtina haqqında qərardan görünür ki, İddiaçı 08.09.2020-ci ildə vəfat etmiş bacısı X7 məxsus olan Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ, haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evi X7 məxsus olmuşdur. X11 08.09.2020-ci ildə vəfat etmiş, lakin onun qanun üzrə vərəsələrindən heç kim onun qalmış miras əmlakı qəbul etməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Ondan miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evi faktiki olaraq onun qardaşı İddiaçı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Beləliklə, məhkəmə iş üzrə toplаnmış sübutlаrı əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddia tələbi təmin edilməli İddiaçı X1 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evini faktiki olaraq qəbul etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evini faktiki olaraq qəbul etməsi müəyyən edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar