Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-943/2024 18.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 3,82 ha torpaq sahəsi Şamaxı rayonu, Qızmeydan kəndinin sakini X2 adına ayrılan və 16 iyul 2001-ci il tarixli, J№-168, Kod 41003018 saylı olan Dövlət Aktına əsasən miras qoyanın mülkiyyətinə verilmiş miras əmlakın onun tərəfindən qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi, miras əmlaka tam payın müəyyən edilməsinə və buna dair vərəsəlik haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras qoyan, mərhum anası - X4, xx.xx.2003-cü il tarixində ölüb. O, İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək, miras qoyana məxsus olmuş, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ əsasında ona çatacaq əmlaka payının verilməsini xahiş etmiş, Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən 1020 saylı, xx.xx.2024-cü il tarixli qərarla notariat əməliyyatı aparmaqdan imtina edilərək miras qoyan X3 məxsus olmuş Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair ona, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyib. Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 3,82 ha torpaq sahəsi Şamaxı rayonu, Qızmeydan kəndinin sakini X2 adına ayrılan və 16 iyul 2001-ci il tarixli, J №-168, Kod 41003018 saylı olan Dövlət Aktına əsasən onun mülkiyyətinə verilib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, faktiki olaraq torpaq sahəsini o, istifadə edir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Verilmiş suala cavab olaraq bildirdi ki, anası atası ilə nikahda olmuş, lakin onun doğum haqqında şəhadətnaməsində anasının soyadının “İsgəndərova” yazılmasının və anasının atasının adının yazılmamasının səbəbini bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçıdan başqa vərəsə yoxdur, torpaq sahəsini isə faktiki olaraq iddiaçı istifadə edir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “notariat əməliyyatı aparmaqdan imtina haqqında” qərarın surətindən görünür ki, miras qoyan X3 məxsus olmuş Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, X4 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamədə ata qrafasında “Əli Məmmədtağıyev” ana qrafasında “Nərgiz İsgəndərova” qeyd olunmuş, onların da ata adları öz əksini tapmamışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2090/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, XX.XX.1932-ci il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının xx.xx.2003-cü il tarixdə Bakı şəhərində və XX.XX.1929-cu il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş X5 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan JN-168, Kod 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Astraxanovka kənd sakini X3 Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 3,82 ha kənd təsərrüfatlı məhsullar istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 13 avqust 2024-cü il tarixli, № 2091 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1954-cü il təvəllüdlü İddiaçı tərəfindən daxil olmuş müraciət əsasında xx.xx.2003-cü ildə vəfat etmiş X1 qalmış miras əmlak üzrə xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. İş materiallarında olan Şamaxı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1932-ci ildə Ermənistan Respublikasında doğulmuş və xx.xx.2003-cü ildə vəfat etmiş Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2003-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1929-cu ildə Ermənistan Respublikasında doğulmuş və xx.xx.1998-ci ildə vəfat etmiş X5 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.1998-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Qızmeydan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 ailə tərkibi haqqında heç bir məlumat yoxdur. İş materiallarına olan AZ-İİ № 364646 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 455 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına olan AZ-İİ № 364647 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 454 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 26 oktyabr 1954-cü il tarixdə Gürcüstan Respublikası Marneuli şəhərində anadan olmuşdur. X9, anası Nərgiz İsgəndərovadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 iyul 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Hazırki işin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, mübahisə predmeti olan Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsi üzrə tərtib edilmiş JN- 168, Kod 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında X2 adı qeyd olunmuşdur. İddiaçı isə X2 oğlu olmasını əsas gətirərək anasından miras qalmış əmlaka miras əmlakın qəbulu müddətinin uzadılması, mirasın onun tərəfindən qəbul edilməsi və mirasdan payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin İddiaçı miras qoyan X4 ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı doğum haqqında şəhadətnaməsində isə ana qarafasında “Nərgiz İsgəndərova ” qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçıya izah edir ki, o, miras qoyanla qohumluq əlaqələrini təsdiq edən müvafiq sənədləri təqdim etməklə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsi” tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-943/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-943/2024
18.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver