Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-945/2025 14.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının istifadəsində olan sayğacı yenisi ilə əvəz edərkən ona yazdığı 3456 kub metr qaz sərfıyyatı üçün olan 414,72 manat əsassız borcun edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 iyul 2024-cü il tarixli, ******* saylı aktda yazılanlardan görünür ki, istifadəsində olan GCZ-G-4 markalı, GCZ0100751 qeydiyyatlı (10044423 nömrəli) sayğacda (abonent kodu: **********20000) problem yaranmasına dair ona 3456 kub metr qaz itkisinin cəriməsi yazılmışdır. Bu əsasda ona 414,72 manat cərimə yazılmışdır. 16 iyul 2024-cü il tarixli, ******* saylı təsdiq edilmiş aktda yazılmışdır ki, istifadəsində olan sayğacın hesablayıcı mexanizmi üst hissədən deşici alətlə deşilmişdir. Sayğacın h/m maneə törədilmişdir. i 31 iyul 2024-cü il tarixli X3 Dair Tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən istifadəsində olan GCZ-G-4 markalı, 10044423 nömrəli sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. Dəymiş ziyan isə belə əlaqələndirilmişdir ki, istifadəsində olan 10044423 nömrəli qaz sayğacına vizual olaraq baxış keçirilən zaman sayğacın alt hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur. Beləliklə bu iki təsdiq edilmiş sənədin birgə müqayisəsindən aşkar görünür ki, orada yazılanlar bir-birinə ziddir. Belə ki, “16 iyul 2024-cü il tarixli, ******* saylı təsdiq edilmiş aktda yazılmışdır ki, istifadəsində olan həmin sayğacın hesablayıcı mexanizmi üst hissədən deşici alətlə deşilmişdir. 31 iyul 2024-cü il tarixli X3 Dair Tələbnamənin təsdiq edilmiş surətində isə yazılmışdır ki, istifadəsində oları 10044423 nömrəli qaz sayğacına vizual olaraq baxış keçirilən zaman sayğacın alt hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur”. Göründüyü kimi onun istifadəsində olan sayğacın gah üst hissədən, gah da alt hissədən deşici alətlə guya deşildiyi yazılmışdır. Odur ki, bu sənədlərdə yazlanlar birbirinə ziddir. Cavabdeh tərəfindən ona verilmiş Abonentin saldosununnun təsdiq olunmuş nüsxəsində yazılanlardan görünür ki, 2024-cü ildə ona məxsus sayğacda qaz sərfiyyatının bütün qeydləri elektron qaydada aparılmış və tərəflərindən müvafiq ödənişlər edilmişdir. Odur ki, bu Abonent saldosunda həm cərimə aktının yazıldığı xx.xx.2024-cü ildən əvvəl, həm də həmin tarixdən sonrakı dövrlərdə qaz istifadəçisinin istifadəsində olan qaz sayğacının keçən qazın həcmini qeyd etməsi və buna uyğun ödənişlər etməkləri faktları vardır. Aşkar görünür ki, istifadəsində olan sözügedən qaz sayğacı dəyişdirilən zaman qaz sərfiyyatmda kəskin dəyişmələr aşkar olunmamışdır. Beləliklə, Cavabdeh tərəfindən X3 Dair Tələbnamədə və Aktda yazılanlar bir-birinə zidd olduğundan yalan olması müəyyən edilir. Həmçinin iş üzrə sənədlərdə müəyyən edilir ki, əslində əvvəlki sayğacın istismar müddətinin başa çatması və düzgün işləməyərək istifadəyə yararsız olması səbəbindən onun yenisi ilə əvəz olunması qərara alınmışdır. Deməli bu zaman abonentin günahı yoxdur. Əgər sayğac düzgün işləmirsə, bu zaman günahkar istehlakçı (abonent) deyildir. İstifadəsində olan həmin sayğaca baxış keçirilən zaman, bir sənəddə onun alt hissədən, digər sənəddə isə üst hissədən deşildiyinin yazılması bu faktın mövcud olmaması deməkdir. Yalan yadda qalmadığına görə 16 iyul 2024-cü il tarixli. ******* saylı aktda yazılanlar unudulmuş və 31 iyul 2024-cü il tarixli X3 Dair Tələbnamədə isə Aktda qeyd olunanların əksi yazılmışdır. Odur ki, 16 iyul 2024-cü il tarixli, ******* saylı təsdiq edilmiş aktda və 31 iyul 2024-cii il tarixli X3 dair tələbnamədə onun borcunun olmasına dair yazılanlar şər-böhtandır. Qaldı ki, istifadəsində olan sayğacın hər hansı hissəsinin deşilməsinə, bu onun təqsirim deyildir. Surətlərini bu ərizəyə daxil etdiyi fotoşəkillərdən görünür ki., ona məxsus həmin sayğac onun evindən çox kənarda - yolun qırağında quraşdırılmışdır. Oradan iri-buynuzlu mal-qara və yaxud məsuliyyətsiz insanlar (xüsusilə də uşaqlar) keçərkən həmin sayğacı zədələyə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii X2nın pozulması haqqında 16 iyul 2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı mənzilinə quraşdırılmış G-4 markalı qaz sayğacının hesablayıcı mexanizmi üst hissədən deşici alətlə deşilmişdir. Sayğacın h/m maneə törədilmişdir. Dəymiş ziyan hesablanmalıdır. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli X3 dair tələbnamadən görünür ki, İddiaçı qaz işlədicilərındən 1 ədəd PQ3-nın maksimal saatlıq qaz sərfi 0.8 m³/saat, orta günlük ış rejimi 12 saat və hesabat müddəti 90 gün, 1 ədəd axımlı su qızdırıcısı 24İ maksimal saatlıq qaz sərfi 2.4 m³/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə tirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 3456 m³ məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 414.72 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 414,72 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 414,72 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında 16 iyul 2024-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz hesablanmış 414,72 manat İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-945/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-945/2025
14.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver