Məhkəmə qərarları › İş №2(074)-954/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-954/2021

07.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-954/2021 07.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi Hüseyn qızının iştirakı ilə, Ərizəçi Hüseyn qızının (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Hüseyn qızı (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan, 05.10.2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Hüseyn qızı ərizəni müdafiə edərək izahat verib bildirdi ki, o, Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olmaqla Şamaxı şəhəri Şəhidlər küçəsi döngə 1-də yaşayır. Oğlu 05.10.2002-ci il təvəllüdlü X5 da onunla yaşayır. O ruhi xəstədir. 1-ci qrup əlildir. Dəfələrlə psixatriya xəstəxanasında müalicə olunub. Şamaxı rayon MX-nın Ruhi xəstəliklər və narkoloji şöbəsində qeydiyyatdadır. 18 yaşına çatana kimi onun əvəzindən qanuni nümayəndə kimi bütün hər bir şeyi o həll edib .Hazırda 19 yaşına keçib. Özü sərbəst şəkildə özünü idarə edə bilmir. Ondan isə onun qəyyumu olmağı barədə sənəd tələb olunur, indi ona əlillik qrupu üzrə pensiya təyin olunmalıdır. Oğlunun sənədlərini o düzəltməlidir, kartını o almalıdır. Bunun üçün də qəyyum olmağı barədə sənəd tələb olunur. Şamaxı rayon İHB-nın Qəyyumluq və himayə orqanına müraciət etdib. Orada onlara bildirildi ki, məhkəməyə müraciət olunmalı, məhkəmə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması barədə qərar qəbul etməlidir. Bundan sonra ona qəyyum təyin oluna bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 114937 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05.10.2002-ci il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan 30.07.2021-ci il tarixli 2276 saylı Şamaxı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin arayışından görünür ki, 2002-ci il təvəllüdlü X5 çox ağır dərəcəli əqli gerilik diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında qeydiyyatındadır və İ qrup əllildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 29.10.2021-ci il tarixli 2519 saylı rəyindən görünür ki, X4 dərin əqli gerilik (idiotiya dərəcəsində oliqofreniya), davranış pozuntuları müəyyən edilir. K.Q.Hüseynov öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan 05 oktyabr 2002-ci il təvəllüdlü X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair hissədə ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi Hüseyn qızının ərizəsi qismən təmin edilməli, oğlu Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan 05 oktyabr 2002-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan 05 oktyabr 2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar