Məhkəmə qərarları › İş №2(074)-955/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-955/2022

04.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-955/2022 04.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şamaxı Xidmət Sahəsinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Şamaxı Xidmət Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2021-ci il tarixli ******* saylı akt əsassız olduğundan ona yazılmış 1440 (min dörd yüz qırx) kub metr qaz itkisinin cəriməsi - 144 (yüz qırx dörd) manat cərimənin ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 oktyabr 2021-ci il tarixli ******* saylı aktın və 29 oktyabr 2021-ci il tarixli X6 dair Tələbnamənin ona verilmiş təsdiq olunmuş surətlərindən görünür ki, X2, Şamaxı Xidmət Sahəsinin onun işlətdiyi qaz sayğacında hansısa naməlum səbəbdən istifadəsində olan G-4 markalı 10040805 nömrəli qaz sayğacının (abonent kodu **********00002) "Sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” əsası ilə təbii qaz itkisi yarandığı uydurulmaqla ona ümumilikdə 1440 kub metr qaz itkisi səbəbi ilə 144 (yüz qırx dörd) manat cərimə yazılmışdır. Həmin sənədlərdən göründüyü kimi orada daha sonra yazılıb ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. Bu açıq-aydın göstərir ki, qaz sayğacının istifadə müddəti bitmişdir buna görə yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur. 15 oktyabr 2021-ci il tarixli ******* saylı aktda və 29 oktyabr 2021-ci il tarixli X6 dair Tələbnamədə yazılanlar həqiqətə uyğun deyildir. Çünki, istifadə etdiyi həmin sayğacda qaz itkisi olmamışdır. Bu sənədləri ona xx.xx.2022-ci il tarixdə verdilər. Əgər cavabdeh onun qaz sayğacını dəyişdirib yenisi ilə əvəz edirsə, buna etirazı yoxdur. Amma tərtib olunmuş Aktın təsdiq edilmiş surətində yazılanlar şər-böhtandır belə ki, istifadəsində olan həmin sayğaca onun ailə üzvləri tərəfindən müdaxilə edilməmişdir. Bu ərizəyə daxil etdiyi Abonentin Saldosunun təsdiq olunmuş surətindən görünür ki, 2021-ci ilin yanvarından başlayaraq oktyabr ayınadək aylıq qaz sərfiyyatı və buna uyğun ödənişləri edilmişdir. Əgər 2021-ci ilin oktyabr ayında istifadəsində olan qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmirdisə, Abonentin Saldosunda 2021-ci ilin oktyabr ayından əvvəlki vaxtlarda - yəni 2021-ci ilin yanvar-sentyabr sezonundakı il boyu onların qaz sərfiyyatları və ona uyğun ödənişləri bəs niyə yazılmışdır? "Abonentin Saldosu"ndan görünür ki, 2021-ci ilin aprelindən sentyabradək onlar qaz sərfiyyatı nisbətən azdır. Eyni hal 2022-ci ilin aprel - may - iyun aylarında da təkrarlanmışdır və sentyabradək davam edəcəkdir. Yəni ki, hər ilin bu sezonlarında onlar həmin evdə təbii qazdan nisbətən az istifadə edirlər. Odur ki, Azəriqazın əməkdaşları tərtib etdiyi cərimə aktında yazılanların hamısı yalan və cəfəngiyyatdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh kimi Cavabdeh Şamaxı Xidmət Sahəsini göstərmişdir bu səbəbdən əsil Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi ünvanda yaşayan İddiaçı hesablanmış 144 (bir yüz qırx dörd) manat məbləğin silinməsi tələbinə dair X1 iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə Məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixində ’’Azəriqaz” X3 RQİİ-nin ünvan 1 ünvanda yaşayan İddiaçı məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı 10040805 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-04010-1 saylı xx.xx.2021-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itgisi yaranmışdır. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ- nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 29 oktyabr 2021-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00002 nömrəli abonent koduna 1440 m3 - 144 (bir yüz qırx dörd) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan Elster tipli G-4 markalı 10040805 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli № MSK-29/1710-04010-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, Elster tipli G-4 markalı 10040805 nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, dişli çarxın öz oxundan çıxdığı müəyyən edilmişdir. İş materiallarında olan təbii X5nın pozulması haqqında xx.xx.2021-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli № MSK-29/1710-04010-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-3, radiator peçi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ağsu X8 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2021-ci il tarixli № ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X5nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X5”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 144 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı həmin məbləğin 144 manatının silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 144 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Bundan başqa X6 dair tələbnamədə ziyanın hesablanmasına əsas kimi xx.xx.2021-ci il tarixli akt göstərilsə də cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş həmin tarixli akt məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, xx.xx.2021-ci il tarixli № ******* saylı akt üzrə hesablanmış 144 manat borc iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Ağsu X8 İdarəsinin tərtib etdiyi təbii X5nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 144 manat İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar