Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-96/2024 01.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının ona yazdıqları 1579,70 manat əsassız borc məbləğinin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının ona yazdıqları 1587,78 manat əsassız borc məbləğinin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1258/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair 2(074)-1258/2023 saylı iş, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair 2(074)- 1187/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə daxil etdiyi “Abonentin saldosu” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İB-nin ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə G4T Smart tipli **********631 nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonent nömrəsi **********00510-dur. Bundan əvvəlkini isə yeni Smart G4T tipli sayğac quraşdırıldıqdan sonra istismar müddəti bitmiş sayğac kimi söküb apardılar. O, dəymiş ziyanın ödənilməsi barədə tələbnaməni və aktı Cavabdeh İB-dən istəsə də, ona təqdim etməyiblər. Çünki həmin sənədlərdə əvvəlki sayğacın istismar müddətinin başa çatması və düzgün işləməyərək istifadəyə yararsız olması yazılır, həmçinin abonentə hansı səbəbdən borc hesablanması göstərilir. Bunu gizlətmək üçün qeyd etdiyi akt və dəymiş ziyanın ödənilməsi barədə tələbnaməni ona təqdim etməyiblər. Təkcə bu faktın özü qanunsuz hərəkətlərin bir nümunəsidir. Abonentin saldosunda və məcburi köçkün vəsiqəsində yazılanlardan görünür ki, onlar Füzuli rayonundan olan məcburi köçkün ailəsidirlər. “Abonentin saldosu” sənədini bütün illər üzrə səhifələrində yazılanlardan görünür ki, 2010-cu il tarixdən 2016-cı il tarixin sonlarınadək ona müxtəlif məbləğlərdə əsassız qaz borcları və yekunda 1645,51 manat borc yazılmışdır. İddia ərizəsinə daxil etdiyi digər təsdiq olunmuş sənəddən görünür ki, həmin borcun 66,00 manat hissəsi 2017-ci il tarixdən iddiaçıdan tutulandan sonra hazırda bu yeni sayğacın hesablamasına görə 1579,70 manat borc qalmışdır. Şamaxı və Qobustan rayonları bölməsi tərəfindən verilmiş 21 saylı, 01 fevral 2023-cü il tarixli arayışın surətindən görünür ki, iddiaçı, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində ferma deyilən ünvanda yaşayır. Bu arayışı ərizəsinə əlavə edib. Onlar məcburi köçkün ailəsidir və heç vaxt qaz sərfiyyatı üçün borcları olmamışdır. Abonentin saldosunda və digər sayğac göstəricisi sənədində yazılanlar şərböhtandır. Onlar məcburi köçkün ailəsidir və guya 2016-cı ilin sonlarından qalmış qaz sərfiyyatı borcularının olması həqiqətə uyğun deyildir. Bir qayda olaraq istismar müddəti bitmiş və bəzən də səhv işləyən köhnə sayğacı yenisi ilə əvəz edərkən Cavabdeh əməkdaşları tərəfindən abonentlərə əsassız borclar hesablanır ki, bu da qanunsuz əməllərdir. Bu məqsədlə iddiaçı Cavabdeh İB Ağsu RQİİ müraciət edib. Oradan ona xx.xx.2023-cü il tarixinə (tarixi çox geriyə yazılmış) adi bir kserokopiya formasında cavab məktubu veriblər. Həmin kserokopiya formalı cavab məktubunda yaşadıqları evə yeni sayğac quraşdırlması etiraf edilsə də iddiaçının bundan əvvəl 1579,70 debitor borcunun yazılması da həqiqətə uyğun deyildir. Onun istifadəsində olan əvvəlki qaz sayğacında 2016-cı ilin sonlarınadək hansısa naməlum çatışmazlıqların olması onun təqsirli hərəkəti anlamına gəlmir. Sənədlərdən görünür ki, bu əsassız borc 2016-cı ilin sonlarında əvvəlki qaz sayğacının istismarı müddətində yazılmışdır və o vaxt bu əsassız borcun məbləği 1645,51 manat idi, sonradan borcun məbləği təxminən 66,00 manat iddiaçıdan tutularaq azalmış və yekunda 1579,70 manat əsassız borc qalmışdır. Son illərdə Şamaxı rayonunda Cavabdeh əməkdaşları tərəfindən qaz istifadəçilərinə qarşı belə xoşagəlməz əməllə baş alıb gedir. Abonentlərə əsassız cərimələr yazılması və artıq pullar ödətdirilməsi göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər kimlərsə tərəfindən qəsdən törədilir. Bundan başqa iddia ərizəsinə daxil etdiyi “Abonentin saldosu” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İB-nin ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə G4T Smart tipli **********814 nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonent nömrəsi **********00780-dir. Bundan əvvəlkini isə yeni Smart G4T tipli sayğac quraşdırıldıqdan sonra istismar müddəti bitmiş sayğac kimi söküb apardılar. O, dəymiş ziyanın ödənilməsi barədə tələbnaməni və aktı Cavabdeh İB-dən istəsə də, ona təqdim etməyiblər. Çünki həmin sənədlərdə əvvəlki sayğacın istismar müddətinin başa çatması və düzgün işləməyərək istifadəyə yararsız olması yazılır, həmçinin abonentə hansı səbəbdən borc hesablanması göstərilir. Bunu gizlətmək üçün qeyd etdiyi akt və dəymiş ziyanın ödənilməsi barədə tələbnaməni ona təqdim etməyiblər. Təkcə bu faktın özü qanunsuz hərəkətlərin bir nümunəsidir. Abonentin saldosunda və məcburi köçkün vəsiqəsində yazılanlardan görünür ki, onlar Füzuli rayonundan olan məcburi köçkün ailəsidirlər. “Abonentin saldosu” sənədini bütün illər üzrə səhifələrində yazılanlardan görünür ki, 2010-cu il tarixdən 2016-cı il tarixin sonlarınadək ona müxtəlif məbləğlərdə əsassız qaz borcları və yekunda 1668,18 manat borc yazılmışdır. İddia ərizəsinə daxil etdiyi digər təsdiq olunmuş sənəddən görünür ki, həmin borcun 81 manat hissəsi 2017-ci il tarixdən ondan tutulandan sonra hazırda bu yeni sayğacın hesablamasına görə 1587,78 manat borc qalmışdır. Şamaxı və Qobustan rayonları bölməsi tərəfindən verilmiş 21 saylı, 01 fevral 2023-cü il tarixli arayışın surətindən görünür ki, iddiaçı, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində ferma deyilən ünvanda yaşayır. Bu arayışı ərizəsinə əlavə edib. Onlar məcburi köçkün ailəsidir və heç vaxt qaz sərfiyyatı üçün borcları olmamışdır. Abonentin saldosunda və digər sayğac göstəricisi sənədində yazılanlar şər-böhtandır. Onlar məcburi köçkün ailəsidir və guya 2016-cı ilin sonlarından qalmış qaz sərfiyyatı borcularının olması həqiqətə uyğun deyildir. Bir qayda olaraq istismar müddəti bitmiş və bəzən də səhv işləyən köhnə sayğacı yenisi ilə əvəz edərkən Cavabdeh əməkdaşları tərəfindən abonentlərə əsassız borclar hesablanır ki, bu da qanunsuz əməllərdir. Bu məqsədlə iddiaçı Cavabdeh İB Ağsu RQİİ müraciət edib. Oradan ona xx.xx.2023-cü il tarixinə (tarixi çox geriyə yazılmış) adi bir kserokopiya formasında cavab məktubu veriblər. Həmin kserokopiya formalı cavab məktubunda yaşadıqları evə yeni sayğac quraşdırlması etiraf edilsə də iddiaçının bundan əvvəl 1587,78 debitor borcunun yazılması da həqiqətə uyğun deyildir. Onun istifadəsində olan əvvəlki qaz sayğacında 2016-cı ilin sonlarınadək hansısa naməlum çatışmazlıqların olması onun təqsirli hərəkəti anlamına gəlmir. Sənədlərdən görünür ki, bu əsassız borc 2016-cı ilin sonlarında əvvəlki qaz sayğacının istismarı müddətində yazılmışdır və o vaxt bu əsassız borcun məbləği 1668,18 manat idi, sonradan borcun məbləği təxminən 81 manat ondan tutularaq azalmış və yekunda 1587,78 manat əsassız borc qalmışdır. Son illərdə Şamaxı rayonunda Cavabdeh əməkdaşları tərəfindən qaz istifadəçilərinə qarşı belə xoşagəlməz əməllə baş alıb gedir. Abonentlərə əsassız cərimələr yazılması və artıq pullar ödətdirilməsi göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər kimlərsə tərəfindən qəsdən törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərəfindən ona hesablanmış borc əsassızdır. Ona görə də iddia təmin edilməli, qanunsuz hesablanmış borc silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AA 340334 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. 1993cü il tarixdə daimi yaşayış yerini tərk etmişdir. Vəsiqə Dövlətqaçqınkomun xx.xx.2015-ci il tarixli qərarına əsasən verilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********631 nömrəli sayğac üzrə İddiaçı təbii qazın istifadə limiti 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün 18,60 manat, 2011-ci il üçün 168 manat, 2012-ci il üçün 168 manat, 2013-cü il üçün 168 manat, 2014-cü ili üçün 168 manat, 2015-ci ili üçün 150 manat və 2016-cı il üçün 150 manat ayrılmışdır. İş materiallarında olan **********631 nömrəli sayğac üzrə abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 1645,51 manat borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********2814 nömrəli sayğac üzrə İddiaçı təbii qazın istifadə limiti 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün 22,50 manat, 2011-ci il üçün 112,50 manat, 2012-ci il üçün 84 manat, 2013-cü il üçün 84 manat, 2014-cü ili üçün 84 manat, 2015-ci ili üçün 84 manat və 2016-cı il üçün 93 manat ayrılmışdır. İş materiallarında olan **********2814 nömrəli sayğac üzrə abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 1668,18 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 İstismarı İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 14-2-2- 12/1 -Q-5-42/2023-15 nömrəli və xx.xx.2023-cü il tarixli 14-2-2-12/1 -Q-5-42/2023-17 nömrəli məktubunuzun icrası olaraq bildiririk ki, abonent İddiaçı mənzilində istifadə olunmuş təbii qazın dəyəri tam təmin olunmadığından, abonent kodu: **********00780 olan hesabınızda 1587.78 (min beş yüz səksən yeddi manat, yetmiş səkkiz qəpik) manat və abonent kodu: **********00510 olan hesabınızda 1579.70 (min beş yüz yetmiş doqquz manat, yetmiş qəpik) manat məbləğində debitor borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 6.1.4. bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə və 6.1.5. qaz paylay ıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda abonentin qaz təminatı dayandırılır. Yaranmış debitor borc abonent tərəfindən ödənilməlidir. Lakin, Ailə vəziyyətinizi nəzərə alaraq, yaranmış borcun hissəhissə ödənilməsi üçün, Sizə imkan yaradılması məqsədilə mənzilinizə iki ədəd öncədən ödənişli G-4 markalı, qaz sayğacı quraşdırılmışdir. Məlumat üçün bildiririk ki, debitor borcdan tutulma faizin 50% dan 30 % salınması üçün Cavabdeh İB - nə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Şamaxı Qobustan rayonları bölməsinin 01 fevral 2023-cü il tarixli, 21 nömrəli arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ferma ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ev Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra iddiaçının yaşadığı evə Smart-kart tipli sayğac quraşdırılımışdır. İddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı ayrılımış qaçqın limitindən artıq istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun bu əsasla təbii qazdan istifadəyə görə **********631 nömrəli sayğac üzrə 1579,70 manat və **********2814 nömrəli sayğac üzrə 1587,78 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının istifadə etdiyi təbii qaza görə yaranmış borc məbləğinin silinməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-96/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-96/2024
01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver