Məhkəmə qərarları › İş №2(074)-961/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-961/2021

16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-961/2021 16.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Aqrar İslahat komissiyasının 15 dekabr 1997-ci il tarixli 32 saylı qərarı ilə verilmiş JN-0054 A saylı 41013028 kodlu Torpaq üzərində mülkiyyət hüququna dair Dövlət X1 və Rasulov Ağali ilə birlikdə eyni zamanda Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onların Şamaxı rayonu Muğanlı kəndində torpaq sahəsi var. Həmin torpaq sahəsini oğluna bağışlamaq istəyib. Sənədləri notariusa təqdim edəndə bildiriblər ki, təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-0054 saylı 41013028 kodlu Dövlət aktında adları və ata adlarında müəyyən səhvlər var, bu səbəbdən də əməliyyat aparılması mümkün deyil. X25 bu səhvi düzəltmək üçün DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişlər. Bildirilib ki, hazırda bu mümkün deyil məhkəməyə müraciət olunmalıdır. Şamaxı rayon Aqrar İslahat komissiyasının 15 dekabr 1997-ci il tarixli 32 saylı qərarına əsasən onlara Muğanlı kəndi ərazisindən 1.80 ha torpaq sahəsi verilmişdir. Müvafiq olaraq həmin torpağa Dövlət aktı almışlar. Verilən vaxtdan indiyə kimi də həmin sahədən o və ailə üzvləri istifadə edirlər. Onların hər birinin soyadı Rasulovdur səhvən hamısının soyadı Rəsulov kimi qeyd olunub. Ərizəçi1 adı X4, Güyərçin adı, Göyərçin kimi, Aqşinin adı səhvən Fərail kimi yazılmışdır. İlk iki nəfərin adındakı səhvlər texniki səhvlərdir. Amma Aqşin əvəzinə Fərail yazılması tamamilə səhvdir. Onların kənddə ümumiyyətlə bu adda şəxs yoxdur. Onların ailədə isə Fərail adlı şəxs yoxdur. Aqşin xx.xx.1994-cü il təvəllüdlüdür. Torpaq İslahatının subyektidir. Yəni onların ailədə torpaq payı alan subyektlərdən biridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək ərizənin xahiş etdim hissəsinin Şamaxı rayon Aqrar İslahat komissiyasının 15 dekabr 1997-ci il tarixli 32 saylı qərarı ilə verilmiş JN-0054 A saylı 41013028 kodlu Torpaq üzərində mülkiyyət hüququna dair Dövlət X2 və X17 ilə birlikdə eyni zamanda Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılması kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 onun qonşusudur. Ərizəçi1 Fərail adlı oğlu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 onun qonşusudur. Onların ailələrində “Fərail” adında şəxs yaşamayıb. Ərizəçinin əsl adı Aqşindir. Onların soyadları isə “Rasulova”dır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 326012 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X12 arasındakı nikah 11.06.2007-ci il tarixdə Şamaxı rayonu, Muğanlı kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11.06.2007-ci il tarixdə № 03 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Mecidov”, arvada “Mecidova” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində anadan olmuş, Şamaxı rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964-cü il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində anadan olmuş, Şamaxı rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1994-cü il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində anadan olmuş, Şamaxı rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəyi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli 160 nömrəli arayışından görünür ki, həqiqətəndə Torpaq İslahatı zamanı X16, X5, X13, X18 və X6 adları Şamaxı rayonu, Muğanlı kənd ərazisində torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün göstərilməmişdir. X16, X5, X13, X18 və X14 adına şəxslər Şamaxı rayonu, Muğanlı kəndində heç vaxt yaşamamışdır. İş materiallarında olan JN-0054, kod 41013028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X16, X5, X13, X18 və X7 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il № 32 saylı qərarı ilə 1.80 ha torpaq sahəsi verilmişdir İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 15.07.2021-ci il tarixli **********20 saylı məktubdan görünür ki,ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-0054, kod 41013028 nömrəli dövlət aktında ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyrimümkündür. İş materiallarında JN-0054 A saylı 41013028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, amaxı rayon Aqrar İslahat komissiyasının 15 dekabr 1997-ci il tarixli 32 saylı qərarı ilə X9, X3, X8, X10 və X7 1.80 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3” kimi göstərilsə də, JN- 0054, kod 41013028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onların adı “X16, X5 və X14” kimi göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X16, X5 və X15” ilə digər sənədlərdə göstərilən “Ərizəçi1 Ağali oğlu, Ərizəçi2 və Ərizəçi3”nun eyni şəxslər olması şübhə doğurmur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyrimümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0054, kod 41013028 nömrəli dövlət aktının X17 və X12 ilə birlikdə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0054, kod 41013028 nömrəli dövlət aktının X17 və X12, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar