Məhkəmə qərarları › İş №2(074)-966/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-966/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-966/2021 17.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1961 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 17.10.2017-ci il tarixdə əmək müqaviləsi bağlamış və Cavabdeh 17.10.2017-ci il tarixdən 25.04.2018-ci il tarixdə kimi Cəmiyyətdə ət emalı sahəsində ekspeditor vəzifəsində işləyib. Daha sonra cavabdeh ilə əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Cavabdeh 2017-2018-ci illərdə Cəmiyyətdə ekspeditor kimi çalışan zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. 18.04.2018-ci il tarixdə cavabdeh Cəmiyyətə izah verərərək onun öhdəliyində 2220 manat məbləğində borcun qalıq qalmasını və qısa müddətdə ödəyəcəyini bildirmişdir. İddiaçı MMC tərəfindən dəfələrlə cavbdeh Cavabdeh şifahi və rəsmi qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində olan 1961 manat məbləğində borc qalığının ödəniilməsi tələb olunmasına baxmayaraq Cavabdeh hər dəfəsində qalıq borcunu ödəyəcəyini bildirmiş lakin bu günə kimi heç bir ödəniş həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, həqiqətən də İddiaçı MMC-də işləyib 2018-ci il tarixdə oradan ayrılmışdır. İşdən çıxandan sonra başqa heç kimə mal verməyib. Onun iddiaçıya borcu yoxdur. Borcunun olması barədə ərizə yazmış və borcundan 800 manat pul ödəmişdir. Lakin hazırda bununla bağlı sübut təqdim edə bilmir. Belə ərizə yazmaq ona iş yerindən təklif edilmiş və narahat olmaması bildirilmişdir. Borcu olmadığı halda 800 manat ödəməsinin səbəbi isə işdən çıxarkən halallaşmaq istəməsi olmuşdur. Buna görə iddianın rədd olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.10.2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ticarət nümayəndəsinin vəzifə öhdəliyi barəsində müqavilədən görünür ki, ticarət obyektləri ilə alqı-satqı müqavilələrinin bağlaması həmin ticarət obyektlərində məhsulların yerləşdirilməsi və intensiv satışının təşkil edilməsi üçün İddiaçı MMC tərəfindən bu fəaliyyətlə məşğul olan şəxsləri, ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edərkən onlar təlimatlandırılır və maddi məsul şəxs kimi vəzifə öhdəliklərinin yerinə yetirilməsi barədə müqavilə bağlanır. İş materiallarında olan 17.10.2017-ci il tarixli xxxxxxx00200 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi 17.10.2017-ci il tarixli xxxxxxx00200 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müaviləsinin bildirişi ilə elekton informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan 25.04.2018-ci il tarixli xxxxxxx002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi 17.10.2017-ci il tarixli xxxxxxx00200 saylı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 06.10.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış izahatın surətindən görünür ki, o, İddiaçı MMC-yə iki min iki yüz iyirmi manat borcu olduğunu təsdiq etmiş, lakin həmin borcu hazırda ödəyə bilmədiyini, qısa müddətdə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 14.10.2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ticarət nümayəndəsinin vəzifə öhdəliyi barəsində müqavilənin 2.4-cü bəndinə görə ticarət nümayyəndəsi Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi üzrə müəyyən edilmiş qaydada vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şirkətə maddi ziyanın vurulmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq ticarət nümayəndəsi müqaviləsi bağlanmışdır. Cavabdeh işlədiyi dövrdə müxtəlif tarixlərdə satışdan müəyyən məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1961 manat məbləğində borc, dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1961 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar