Məhkəmə qərarları › İş №2(074)-974/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-974/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-974/2020 23.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı ABC Telecom MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********23225 olan Samsung Galaxy A30 markalı telefon üçün 580 manat ödənilməmiş hissə, 171 manat cərimə olmaqla, cəmi 751 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 781 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC-dən xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********23225 olan Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 751 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 580 manat əsas, 171 manat cərimə olmaqla, cəmi 751 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 80 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 ABC Telecom MMC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Odur ki, iddiaçı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********23225 olan Samsung Galaxy A30 markalı telefon üçün 580 manat ödənilməmiş hissə, 171 manat cərimə olmaqla, cəmi 751 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 781 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddianı müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, onun ümumilikdə 660 manat kredit borcu olmuş, həmin borcda 100 manat ödəniş etmiş, uşağı xəstə olduğu üçün maddi imkanı olmamış və qalan borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 00673268 saylı müqavilədən görünür ki, Cavabdeh1 ABC Telecom MMC-dən Samsung Galaxy A30 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 00673268 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 və ABC Telecom MMC arasında bağlanmış 00673268 saylı müqavilənin birgə icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 580 manat əsas, 171 manat cərimə olmaqla, cəmi 751 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 iddiaçı ABC Telecom MMC-dən kredit müqaviləsi bağlayaraq Samsung Galaxy A30 markalı telefon almış, lakin müqavilənin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh2 isə sözügedən müqavilənin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüşdür. Öhdəliyin icra edilməməsi nəticəsində Cavabdeh1 iddiaçı ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 580 manat əsas, 171 manat cərimə olmaqla, cəmi 751 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddianın 171 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 171 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019cu il tarixli müqavilə üzrə 580 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 590 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 580 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 590 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar