Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-99/2024 08.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yaşayan 0*.0*.*953-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun ailəsinin Şamaxı rayonu, Sabir qəsəbəsində ümumi mülkiyyətdə olan torpaq sahələri var. Həmin torpaq sahəsini satmaq istəyirlər. Lakin, sənəddə adı olan qardaşı Möhübbət əqli cəhətdən geri olduğundan sərbəst olaraq özünü idarə edə bilmir. Keçirilmiş beyin infeksiyasından sonra asteno-nevrotik vəziyyətdə olan 2-ci dərəcəli əlildir. Buna görə də onlar notariusa müraciət edəndə notarius Möhübbətin ərizəsini qəbul etməmişdir. Bildirilmişdir ki, ona qəyyum təyin olunmalıdır. Göstərir ki, qardaşı X5 0*.0*.*953-cü il tarixdə doğulmuşdur. *5 yaşında olarkən avtoqəza hadisəsi nəticəsində başından zədə almışdır. Hazırda əqli cəhətdən çox geridir. Keçirilmiş beyin infeksiyasından sonra asteno-nevrotik vəziyyətdə olan 2-ci dərəcəli əlildir. Sərbəst şəkildə özünü idarə edə bilmir. Ümumi birgə əmlaklarının idarəçiliyi ilə bağlı heç bir hərəkət etmək mümkün deyil. Onun üzərinə qəyyum təyin olunmalıdır. Bunun üçün də məhkəməyə müraciət olunmalı, o məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin *85.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasnda sonuncu müayinə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, 0* yanvar *953-cü il X* baldır sümüklərinin düzgün bitişməyən sınığı ətraf funksiyasının pozulması ilə, sağ gözün daxili çəpliyi və ombliopiyası, keçirilmiş beyin infeksiyasından sonra asteno-nevrotik vəziyyət diaqnozu qoyulmuşdur və İİ dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 05.0*.2024-cü il tarixli 05 saylı rəyindən görünür ki, X3 hər hansı bir xroniki psixi xəstəlik əlamətləri aşkar edilmir. Onda yüngül koqnitiv pozuntusu müəyyən edilir. X3 aşkar edilən koqnitiv pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz hərəkətlərinin mənasını başa düşmək, həmçinin öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmasın. Buna görə də X5 fəaliyyət qabiliyyətli hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Beləliklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 05.0*.2024-cü il tarixli 05 saylı rəyi müəyyən edilmişdir ki, Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yaşayan 0*.0*.*953-cü il təvəllüdlü X5 hər hansı bir xroniki psixi xəstəlikdən əziyyət çəkmiş və o, fəaliyyət qabiliyyətlidir. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-99/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-99/2024
08.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver