Məhkəmə qərarları › İş №2(074)-995/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-995/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-995/2021 17.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, JN-0025 saylı 41000018 kodlu Torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktının aktda adları olan digər mülkiyyətçilər Ərizəçi, X17, X18, X13, X8, X19 ilə birlikdə həm də mərhum həyat yoldaşı X2 və mərhum anası X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 27 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə ona və ailə üzvlərinə 3.49 ha torpaq sahəsi verilmişdir. Torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Ərçiman kəndi ərazisində olan 3,49 ha torpaq sahəsi ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda həmin torpağı satmaq və Çıxarış almaq istəyib. Dövlət Aktını Daşınmaz əmlakın Dövlət reyesrt xidmətinə təqdim edərkən məlum olub ki,orada onun mərhum həyat yoldaşı Gülcahanın atasının adı Səlimxan əvəzində Səmixan kimi, anası Rəbiyyənin soyadı Zahidova əvəzinə Məmmədova kimi,atasının adı Kərimşah əvəzinə Kərimşan kimi yazılmışdır. DƏDRX-nin 14 saylı ərazi idarəsindən, səhvin düzəldilməsini xahiş etmiş.Lakin DƏDRX-nin 14 saylı ərazi idarəsi bu səhvi düzəltməkdən imtina etmişdir. Bildirilib ki,məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Şəhadətnamədə mərhum anasının soyadı, ata adı və yoldaşının ata adı səhv yazılmışdır. Şəhadətnamədə səhvlər olduğunu torpaq sahəsini satmaq istəyərkən müəyyən etmişdir. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasənmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan AZ № 118432 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 09.08.2002-ci il tarixdə bronxopnevmaniya, xroniki bronxit səbəbindən xəstəliyindən Şamaxı rayonu, Ərçiman kəndində vəfat etmişdir. İş materiallarında olan AZ İİ № 133879 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29.11.2020-ci il tarixdə durğunluq ürək çatışmamazlığı səbəbindən Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan AЗ № 199376 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 arasındakı nikah 12.03.1971-ci il tarixdə Şamaxı rayon, Dəmirçi kənd sovetində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12.03.1971-ci il tarixdə № 01 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli, № 49 nömrəli Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Ərçiman İnzibati ərazi dairəsi üzrə nümayəndəyi tərəfindən verilən arayışından görünür ki, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan Ərizəçi həqiqətən Torpaq İslahatı zamanı onun ailə üzvləri X9 və X7 adları Şamaxı rayonunun Ərçiman kəndi ərazisindən torpaq səhəsi almaq hüququ olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün göstərilməmişdir. X11 və X4 adında şəxslər Şamaxı rayonu, Ərçiman kəndi ərazisində heç vaxt yaşamamışdır. İş materiallarında olan 16.08.2021-ci il tarixli, № 50 nömrəli Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Ərçiman İnzibati ərazi dairəsi üzrə nümayəndəyi tərəfindən verilən arayışının surətindən görünür ki, xx.xx.1948-ci ildə anadan olmuş Ərizəçi, hal-hazırda Ərçiman kəndində qeydiyyatdadır. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 16 avqust 2021-ci il tarixli **********17 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-0025, kod 41000018 nömrəli dövlət aktında ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyrimümkündür. İş materiallarında olan JN-0025, kod 41000018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi, X11, X17, X18, X13, X8, X19 və X5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının27 iyul1998-ci il № 11saylı qərarı ilə 3.49 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Şamaxı filialının 10 avqust 2021-ci il tarixli arxiv çıxarışının surətindən görünür ki, Şamaxı RİH-nin Dəmirçi İƏD-i nümayəndəliyinin 1940-1942-ci illərin Ərçiman kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında X3 təsərrüfatında qızı Zahidova Rəbiyyənin doğumu “X14- 1928-ci il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anası sənədlərdə “X14” kimi göstərilsə də, JN-0025, kod 41000018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı “X12” kimi göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X12” ilə digər sənədlərdə göstərilən “X14” nın eyni şəxs olması şübhə doğurmur. Eyni zamanda ərizəçinin mərhum həyat yoldaşı X1 “X9” kimi göstərilsə də, JN-0025, kod 41000018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı “X11” kimi göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X9” ilə digər sənədlərdə göstərilən “X11” nın eyni şəxs olması şübhə doğurmur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirərək hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış JN-0025, kod 41000018 nömrəli dövlət aktının Ərizəçi, X17, X18, X13, X8, X19 ilə birlikdə həm də mərhum həyat yoldaşı X2 və mərhum anası X6məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. JN-0025, kod 41000018 nömrəli dövlət aktının Ərizəçi, X17, X18, X13, X8, X19 ilə birlikdə X2 və X6 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar