Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-997/2021 25.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Adnalı kəndində qeydiyyatda olan 23.03.1959-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, o, Şamaxı rayonu Adnalı kəndində yaşayır. Həyat yoldaşı X4 ruhi xəstədir. İİ qrup əlildir. Gələcəkdə övladları arasında hər hansı söz-söhbətin olmaması üçün sağ ikən bütün əmlaklarını oğlu Nurlana bağışlamaq istəyiblər. Lakin notariusda onun adının qarşısında ruhi xəstə olması barədə qeydlər olduğundan notarius tələb edir ki, ona qəyyum təyin olunmalıdır. Qəyyum onun adından sənədlərə imza ata bilər, icra hakimiyyətinə müraciət etmiş, bildirmişlər ki, məhkəməyə müraciət olunmalı və məhkəmə Yusifin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qərar qəbul etməlidir. Bundan sonra ona qəyyum təyin oluna bilər. Yoldaşı həqiqətən ruhi xəstədir. Xəstəxana qeydiyyatındadır. ll-ci qrup əlildir. Özünü idarə etmək iqtidarında deyil. Bakıda bir çox xəstəxanalara aparıb, hamısı məsləhət görüblər ki, Maştağa qəsəbəsində olan ruhi xəstəxanaya aparılmalıdır. Maştağaya da aparıb. Orada saxlanılıb və müalicə olunub. Vaxtaşırı müalicələrə aparsa da xeyri yoxdur. Özünü qətiyyən idarə edə bilmir. Ehtiyac olarsa ekspertiza təyin oluna bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-ЖГ № 468720 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X3 arasındakı nikah 10.09.1981-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Niftalıyev”, arvada “Niftalıyeva” soyadı verilmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli 2688 saylı Şamaxı RMX-sı publik hüquqi şəxsin rəhbərliyinin arayışından görünür ki, 1959-cu il təvəllüdlü X4 2013-cü ildən Şamaxı RMX-nin həkim psixiatr kabinetində kəskin baskulyar demensiya diaqnozu ilə dispanser qeydiyyatındadır və İİ qrup əllildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 27.10.2021-ci il tarixli 2506 saylı rəyindən görünür ki, X2 damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır Beləliklə, Şamaxı rayonu Adnalı kəndində qeydiyyatda olan 23 mart 1959-cu il təvəllüdlü X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair hissədə ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, oğlu Şamaxı rayonu Adnalı kəndində qeydiyyatda olan 23 mart 1959-cu il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Şamaxı rayonu Adnalı kəndində qeydiyyatda olan 23 mart 1959-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-997/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-997/2021
25.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver