Məhkəmə qərarları › İş №2(074)-998/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-998/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-998/2023 05.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X24 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, həmin Çıxarışda adları qeyd olunan X14, X5 və X17 ilə birlikdə həm də, onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Daha sonra məhkəmə hazırlıq mərhələsində, Ərizəçi1 və Ərizəçi2 məhkəməməyə ərizənin dəqiqləşdirilməsi ilə bağlı müraciət edərək, Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,2392 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin X14, X6 və X17 ilə birlikdə, həm də, onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, onların Şamaxı rayonu, Göylər kəndində 0,2392 ha həyətyanı torpaq sahələri vardır. Həmin torpaq sahəsini satmaq istəyirlər. Sənədlərini notariusa təqdim edəndə bildirilmişdir ki, təqdim olunan reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda onların adları səhv qeyd olunmuşdur. Səhvi düzəltmək üçün, Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etdilər. Lakin, onlara bildirildi ki, adlarında olan səhvi aradan qaldırmaq mümkün deyildir, bunun üçün məhkəməyə müraciət olunmalıdır. Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli, 03 saylı qərarına əsasən, 2391,51 kv.m.torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin vaxtdan da, həmin torpaq sahəsindən onlar istifadə edirlər. Onların ailəsində və ümumiyyətlə Göylər kəndində X15 və X18 adlı şəxslər olmayıb, hazırda da yoxdur. Həmin adlar səhvən qeyd olunubdur. Həmçinin, hazırda onlara məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində və ona əlavə olunmuş subyektlərin siyahısında adları səhv qeyd olunmuşdur. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X14 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 ifadələrində bildirmişdirlər ki, onlar ərizəçilər Yunis və Ərizəçi2lar və onların ataları Nazir adlı şəxsin uzun illərdir ki, qonşuluğunda yaşayırlar. X19, Yunis, Nəriman, Mehbalı adlı övladları var, lakin Elman və Günəş adlı övladları yoxdur. Bildiklərinə görə, Aqrar İslahat Komissiyası tərəfindən həmin ailəyə verilmiş pay torpağı sənədində Yunis və Nəriman adlı ailə üzvlərinin adlarında səhvə yol verilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı RİHB-nın Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, torpaq islahatı zamanı, Şamaxı rayonunun Göylər kəndi ərazisindən torpaq sahəsi almaq hüquqi olan subyektlərin siyahısında X9 və onun ailə üzvləri X6, X17, Ərizəçi1 və X7 adı düzgün qeyd edilməmişdir. X18 və X15 adında şəxslər Şamaxı rayonu, Göylər kəndi ərazisində heç vaxt yaşamamışdırlar. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayon Göylər kənd sakini X14 və ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə 2391,51 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1960-cı il təvəllüdlü X9 arvadı xx.xx.1965-ci il təvəllüdlü X6, oğlanları xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi1, xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi2, xx.xx.1997-ci il təvəlıüdlü X12 və xx.xx.1999cu il təvəllüdlü X12. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli X10 ünvanlanmış məktubunda göstərilir ki, ünvan 2 ümumibirgə mülkiyyətində olan 0.2392 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş ********** nömrəli reyestrdən çıxarış Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən işlənmiş A316422 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında işlənmişdir. Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarına əlavə olunmuş Göylər kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında X15 və X11 adları qeyd olunmuşdur. X15 və X11 adlarının ********** nömrəli reyestrdən çıxarışdan çıxarılması onların mülkiyyət hüquqlarının pozulması deməkdir. Bu səbəbdən, ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Şamaxı RİHB-nın Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-75-26/2-604/2023 saylı arayışından görünür ki, X9 X20 kitabında xx.xx.2010-cu il tarixdə 87 nömrə ilə uçota alınan 316422 nömrəli torpağın planı və ölçü sənədinə əlavə olunmuş subyektlərin siyahısı aşağıdakı kimidir: X18, X15, X14, X6 və X17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 adı, soyadı, atasının adı digər ailə üzvləri ilə bərabər, onlara da, məxsus torpaq sahəsinin planı və ölçüsü sənədində səhvən X18 və X3 qeyd olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər. Sənədi verən orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,2392 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin X14, X6 və X17 ilə birlikdə, Ərizəçi1 və Ərizəçi2 da məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,2392 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin X14, X6 və X17 ilə birlikdə, Ərizəçi1 və Ərizəçi2 da, məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar