Məhkəmə qərarları › İş №2(075)-1007/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1007/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1007/2020 29.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı «xxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı «xxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22 mart 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsi üzrə 1804.83 manat əsas, 377.23 manat faiz borcu olmaqla, cəmi 2182.06 manat, 24 aprel 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsi üzrə 135.37 manat əsas, 46.53 manat faiz borcu olmaqla, cəmi 181.90 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İddiaçı «xxxxxxxxxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22 mart 2019-cu il tarixli, 170GTKR0383211AA saylı kredit müqaviləsi üzrə 1804.83 manat əsas, 377.23 manat faiz borcu olmaqla, cəmi 2182.06 manat, 24 aprel 2018-ci il tarixli, **********01944170 saylı kredit xətti müqaviləsi üzrə 135.37 manat əsas, 46.53 manat faiz borcu olmaqla, cəmi 181.90 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etsə də, iddia ərizəni imzalamış x1 «xxxxxxxxxxx» ASC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış Cavid Mirzəyevin «xxxxxxxxxxx» ASC-nin İdarə heyətinin üzvü olmasını təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İşin sənədlərinə iddiaçının nizamnaməsi əlavə edilməmişdir. Qeyd edilənlər isə o nəticəni yaradır ki, iddiaçının nümayəndəsinə etibarnamə vermiş şəxsin səlahiyyətləri qeyri-müəyyəndir. Belə ki, iddiaçının nizamnaməsi təqdim edilmədiyindən, Cavid Mirzəyevin hansı səlahiyyətlərə malik olması aydın deyildir. Ona görə də iddiaçı «xxxxxxxxxxx» ASC-nin iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı «xxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar