Məhkəmə qərarları › İş №2(075)-105/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-105/2024

22.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-105/2024 22.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 may 2005-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Ağdam rayonu, Mərzili kəndində pasport qeydiyatında olan və hal-hazırda ünvan 1 ünvanında yaşayan X8 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X8 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X14 30 may 2005-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuşdur. İdrisin qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (Daun sindromu) müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Hal-hazırda o öz hərəkətlərini ölçüb-biçmək, özünü idarə etmək iqtidarında deyildir. Ətrafdakılar üçün təhlükəli olmasa da nə etdiyini, nə də danışdığını dərk etmir. Bəzən hara gəldi gedir. O, Şəki rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Lakin hazırda oğlu İdrisə qəyyum təyin edilməsilə bağlı Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Kommissiyası müraciət etsəm də, mənə məhkəməyə müraciət etməyim məsləhət bilindi. X3 vəziyyəti onun üzərində qəyyum təyin edilməyi zərurəti yaratdığından hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizəsi əsaslıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 05 avqust 2023-cü il tarixli, 302 saylı arayışdan görünür ki, Ərizəçi Şəki rayonu X22 qəsəbəsində, 327 saylı evdə yaşayır, onun ailə tərkibi həyat yoldaşı X6, qızı X12, qızı X10, oğlu X14 və oğlu X7 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 09 avqust 2023-cü il tarixli, 138 saylı arayışdan görünür ki, Ərizəçi Şəki rayonu X22 qəsəbəsi, ev 327 ünvanında müvəqqəti olaraq məskunlaşmış və həmin ünvanda qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 07 avqust 2023-cü il tarixli, tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, X11 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (Daun sindromu) müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyyacı olması diaqnozu qoyulmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Şəki rayonu Psixiatriya xəstəxanasının 01 aprel 2024-cü il tarixli, 482 saylı məktubundan görünür ki, X14 01 aprel 2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən ağır dərəcəli əqli gerilik müalivə və qulluq tələb edən ciddi davranış pozuntusu F-72.1 İQ-əmsalı 26% özünə qulluq qabiliyyətinin olmaması ilə, kənar şəxslərin qulluğuna ehtiyacı olması, resseptiv nitq pozğunluğu F-80.2 daun sindromu Q-90 diaqnozu qoyulmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 04 aprel 2023-cü il tarixli, AZ-İV 849826 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 30 may 2005-ci il təvəllüdlü X8 atası Ərizəçi, anası X4r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 22 dekabr 2017-ci il tarixli, AZ-İİ 246718 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X6 arasında 04 mart 2001-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsinə dair müraciətə baxılmış, xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli, 3383 saylı rəyindən görünür ki, X9 ağır dərəcəli əqli gerililik Daun sindromu nəticəsində aşkar olunur. X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 psixi vəziyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X8 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X8 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X3 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 30 may 2005-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Ağdam rayonu, Mərzili kəndində qeydiyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 30 may 2005-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Ağdam rayonu, Mərzili kəndində pasport qeydiyatında olmaqla, ünvan 1 ünvanında yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar