Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1052/2021 17.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1993-cü il tarixdən 30 sentyabr 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi faktının müəyyən olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşə məhkəmədə baxılaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilmişdir. Ərizə 07 may 2021-ci il tаrixdə məhkəmənin icrааtınа qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 17 may 2021-ci il tarixdə keçirilmiş, məhkəmə baxış iclası bu günə, yəni 17 iyun 2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxslər SHXÇDX-nin Şəki rayon idarəsi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 04 iyun 2021-ci il tarixdə ərizəyə etiraz göndərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icrааtа xitаm verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi Ərizəçi onun 01 sentyabr 1993-cü il tarixdən 30 sentyabr 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında etməsi faktının müəyyən olunmasını xahiş etsə də, hazırkı tələbə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən hаllаr nəzərə аlınаrаq Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə işin icrааtınа xitаm verilməli, ərizəçi tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsının MPM-nin 261.0.1, 263-264, 266-268-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə işin icrааtınа xitаm verilsin. Ərizəçi tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərаrdаddаn, surəti rəsmi qаydаdа verildikdən sоnrа 10 (on) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1052/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1052/2021
17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver