Məhkəmə qərarları › İş №2(075)-107/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-107/2022

22.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-107/2022 22.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi X5, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi X5 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10.02.2001-ci il tarixdə Ağdam rayon, Qalayçılar kəndində anadan olmuş, müvəqqəti olaraq ailəsi ilə birlikdə Şəki rayonu, Qozbulaq kəndində məskunlaşmış X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X11 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçi X9 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, xx.xx.1976-cı il tarixdə Qırğızıstan Respublikası Aravan rayonunda anadan olmuşdur. Ağdam rayonu, Qalayçılar kənd sakini X12 ilə ailə qurmuşdur. Birgə nikahlarından 10.02.2001-ci il təvəllüdlü Əsədov Vüsal feyyub oğlu anadan olmuşdur. X25 feyyub oğlu anadangəlmə sereblal iflic, əlil olmuşdur. X18 hal-hazırda müvəqqəti olaraq Şəki rayonu, Qozbulaq kəndində onunla birlikdə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Rkspcrt Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 iflici, təkrarlanan epileplik qıcolma tutmaları orta dərəcəli əqli gerilik, dərin spastik tetraparez diaqnozu qoyulmuş, və birinci dərəcəli əlil hesab edilmişdir. X11 əlilliyinin səbəbi anadangəlmə olduğu üçün qeyd etdiyi diaqnoza görə birinci qrup əlillik dərəcəsi verilmişdir. Daima kənar qulluğa ehtiyacı var. Hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Əmək qabiliyyəlsizdir, kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Xəstəliyi nəticəsində öz, hərəkətlərinin mənasını başa düşmür, habelə öz bərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün xəsarətlər alır. Bütün bunlar müvəqqəti məskunlaşdıqları kənddə ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. Oğlu hal-hazırda faktiki olaraq onun himayəsi və nəzarəti altında yaşayır. Ona deyilən söz və ifadələri şüurda dərk edə və adekvat reaksiya serə bilmir. Öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və bundan sonra o, oğluna qəyyum təyin edilsin. Ona görə də qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İşdə olan 28 mart 2001-ci il tarixli, AZ-İ 094839 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 10 fevral 2001-ci il təvəllüdlü X11 atası X12, anası isə X6r. İşdə olan 28 mart 2001-ci il tarixli, Vİİ-ЖГ 432547 seriya nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X7 arasında 28 avqust 2001-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydlər kitabında 86 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əsədova soyadı verilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli məlumatdan görünür ki, 10 fevral 2001-ci il təvəllüdlü X13 uşaq serebral iflici, təkrarlanan epileptik qıcolma tutmaları orta dərəcəli əqli gerilik, dərin spastik tetraparez diaqnozu qoyulmuşdur. İşdə olan Şəki İHB-nin Cəyirli kənd nümayəndəliyi tərəfindən 21 sentyabr 2021-ci il tarixdə verilmiş 277 nömrəli arayışdan görünür ki, 10 fevral 2001-ci il təvəllüdlü X18 halhazırda Şəki rayonu, Qozlubulaq kəndində müvəqqəti olaraq məskunlaşmışdır və ailə üzvləri atası X12, anası Ərizəçi, qardaşı X17, bacısı X14 və qardaşı X15r. İşdə olan 30 oktyabr 2019-cu il tarixli, 030819 nömrəli vəsiqənin surətindən görünür ki, X18 birinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli, 757 saylı rəyindən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunur. A/t 105/65 mm c.s.b., nəbzi dəqiqədə 68 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri- bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər rcfleksləri qeyri-bərabərdir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bütün müayinə boyu özünü narahat aparır, səlehcəsinə gülümsəyərək qeyri-adekvat hərəkətlər edir. Bu səbəbdən anamnestik məlumatlar anası Ərizəçi Şalvar qızından toplanmışdır. Müayinə zamanı neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır, davranışı pozulmuşdur. Yaddaşı zəifdir. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, konfliktə meyillidir. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=38 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X18 xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ, QİCOLMA TUTMALARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10- cu baxış) F71.1 xəstəliyi keçirir. X18 uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ, QİCOLMA TUTMALARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10- cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X18 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X11 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X11 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy vardır. Ərizəçi X2 Vüsal Teyyub oğlunun psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10 fevral 2001-ci il tarixdə Şəki rayonu, Qozlubulaq kəndində anadan olmuş, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olmaqla Şəki rayonu, Qozlubulaq kəndində yaşayan X18 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 10 fevral 2001-ci il tarixdə Şəki rayonu, Qozlubulaq kəndində anadan olmuş, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olmaqla Şəki rayonu, Qozlubulaq kəndində yaşayan X18 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar