Məhkəmə qərarları › İş №2(075)-108/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-108/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-108/2022 25.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, həmçinin iddiaçılar İddiaçı1, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı3, Cavabdeh: Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh4–yə qarşı“ hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətlərində olan həmin qeyri-yaşayış binasından istifadə etməyinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, həmçinin iddiaçılarlar İddiaçı1, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 2009-cu ildə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə qardaşı İddiaçı2 arasında 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti İddiaçı2 illik faiz dərəcəsi 25 faiz olmaqla 18 ay müddətinə 40000 manat məbləğində kredit verməyi, İddiaçı2 isə 18 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı2 öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə digər şəxslər atası İddiaçı1, X17 və X15 arasında 18 noyabr 2009-cu il tarixdə ipoteka müqavilələri, onunla isə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən öhdəlik icra olunmadığı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin tarixdə bağlanmış AK 203/2009, AK 204/2009 və AK 205/2009 nömrəli ipoteka müqavilələrinə əsasən ipoteka müqaviləsi bağlayan yuxarıda adları sadalanan həmin şəxslər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı2 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etmişdir. 18 noyabr 2009-cu il tarixli, AK 203/2009 nömrəli ipoteka müqaviləsinə əsasən X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 1 ünvanında yerləşən 32 nömrəli mənzil, 18 noyabr 2009-cu il tarixli AK 204/2009 nömrəli ipoteka müqaviləsinə əsasən X5 məxsus olan, Şəki şəhəri S. Rəhman küçəsində yerləşən bina 73-dəki 10 nömrəli mənzil, 18 noyabr 2009-cu il tarixli, AK 205/2009 nömrəli ipoteka müqaviləsinə əsasən atası İddiaçı1 məxsus olan Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası İddiaçı2 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. Bununla bağlı ƏMDK yanında DƏDRX tərəfindən çıxarışlar verilmişdir. İpoteka predmeti olan, X9 məxsus ev tərəflərin razılığı ilə 40000 ABŞ dolları, X5 məxsus ev tərəflərin razılığı ilə 30000 ABŞ dolları və İddiaçı1 məxsus qeyri-yaşayış binası tərəflərin razılığı ilə 30000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İddiaçı2 ilə müqavilə bağladıqdan sonra Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Həmin müqavilə üzrə İddiaçı2 borc məbləğini lazımi qaydada ödəyə bilmədiyindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti bununla bağlı məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2(075)-8/2012 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı2 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30348 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 12761 manat məbləğində faizlər üzrə borc və 10 000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53109 manat məbləğində borc cavabdehlər İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; cavabdehlər İddiaçı2 və İddiaçı3 tutulacaq məbləğ öhdəliyin təminatı kimi cavabdeh X9 tam mülkiyyət hüquq üzrə məxsus olan, Şəki şəhəri, X31 prospektində istifadədə olan, 0.09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilə, cavabdeh X5 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzilə və cavabdeh İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəlməsi və həmin yaşayış və qeyri-yaşayış (sex) binalarının açıq hərracda satış yolu ilə realizə edilməsi; satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı2 və İddiaçı3 iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi; ipoteka ilə yüklü edilmiş və cavabdeh X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, X31 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilin hərracda ilkin satış qiymətinin 30000 manat müəyyən edilməsi; İpoteka ilə yüklü edilmiş və cavabdeh X5 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şək şəhəri Sabit Rəhman küçəsində istifadədə olan 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi; İpoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 3ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi; İddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər İddiaçı2 və İddiaçı3 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmcar Cəmiyyətinin xeyrinə tutulması; İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı 900 manat məbləğində xidmət haqqı cavabdehlər İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq müstəql qiymətləndirici "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin çıxarılmasına baxmayaraq, sonradan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə borcun ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilmişdir. Belə ki, qeyd edilən Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə ödənilməli olan borc liziq müqaviləsinə yönəldilmişdir, yəni bununla bağlı araların lizinq müqaviləsi bağlanmışdır. Qətnamə ilə müəyyən edilmiş həmin borcun lizinq müqaviləsi üzrə ötürülməsi zamanı Məmmədhəsən Ramazan oğluna məxsus olan, Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin (sexin) ipotekadan azad ecilməsi razılaşdırılmışdır. Belə ki, qeyd edilən Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə ödənilməli olan borc liziq müqaviləsinə yönəldilsə də və bununla bağlı razılıq əldə edilsə də, Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə məlumatı olmadan ipotekaya qoyulmuş əmlak təkrarən borcun əvəzinə bankın adına rəsmiləşdirilmişdir. Bundan başqa Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə Şəki Rayon İcra Şöbəsinin sifarişi ilə hərrac keçirilmiş və Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti 19125 manata almışdır. Həmin hərracın nəticələrini qanunsuz hesab etmişdir. Belə ki, borclunun ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi halda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşması etibarsızdır. Mülkiyyətimizdə olan Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) birbaşa Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Bundan başqa açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti ipoteka saxlayanla borclu arasında qarşılıqlı razılıq əsasında müəyyən edilməlidir. Bu sahədə razılıq əldə edilmədikdə qiymətləndirmə ilə məşğul olan şəxsə müraciət etməlidirlər. Hərracı keçirən şəxslər qanunun tələblərini pozaraq onların mülkiyyətində olan qeyri-yaşayış binasının həddindən artıq çox aşağı qiymətə satmışlar. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsini (sex) almaq hüququ yox, həmin əmlakın satılmasını tələb etmək hüququ olmuşdur. Mülkiyyətçi kimi onların hərracla bağlı məlumatları olmamışdır. Nəticədə əmlakları daha ucuz qiymətə satılmışdır. Bununla da mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Mülkiyyətlərində olan əmlakla əlaqədar hərrac ipoteka Haqqında Azərbaycan Respublikası Qanununun müəyyən edilmiş qaydalarını pozmaqla keçirilmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmə üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Cavabdeh "xxxx" MMC tərəfindən yuxarıda göstərilən qanunvericilyin tələblərinə əsasən onlara hərracla bağlı bildirişlər göndərilməmişdir. Ümummiyyətlə, hərracla bağlı elanın hansı qəzetdə verilməsindən də xəbərləri yoxdur. Qanunvericiliyin tələblərinə əsasən hərracın iştirakçısı olmadıqlarına görə hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günündən gec olmayaraq dərc etdirilməli olduğu halda, hərracın baş tutmaması barədə elan qanunda nəzərdə tutulmuş müddətdə verilməmişdir. Bundan başqa elanda və bildirişdə hərracda iştirak üçün behin ödənilməsi müddəti və qaydası haqqında məlumat qeyd olunmamışdır. Bütün bunlar da qanunun tələblərinə ziddir. Bununla da mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Mülkiyyətlərində olan Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) ilə əlaqədar hərrac İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun müəyyən edilmiş qaydalarını pozmaqla keçirilmişdir. Bu da hərracın nəticələrinin etibarsızlığına səbəb olur. Ona görə də iddiaları təmin edilməli, cavabdeh Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Həmçinin bildirmişdir ki, mülkiyyətlərində olan, Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokol qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin pozulması ilə keçirilsə də, Şəki rayonu üzrə İcra Şöbəsi bu pozuntuları diqqətə almamış, icra mərhələsində icranın bir qolu olaraq aparılmış hərrac məsələsində öz hərəkətsizliyi ilə belə bir hərracın keçirilməsinə şərait yaratmış, qeyd edilən qanun pozuntuları ilə aparılmış hərracın nəticələrinə dair yekun protokolu sənəd kimi qəbul etmiş, ümumiyyətlə icra sənədinin icrası olaraq hərracın aparılma qaydasının düzgün təşkil edilməsinə nəzarət etməmiş, həmin protokol əsasında qanunsuz olaraq hüquq müəyyənedici sənədlər qəbul etmişdir. Eyni zamanda Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti da bu fürsətdən istifadə edərək, müliyyətlərində olan qeyriyaşayış sahəsinin dolayısı yolla öz mülkiyyətinə keçirmiş və onları mülkiyyətlərində olan öz əmlaklarından istifadələrinə maneə yaradır. Sonda bütün yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında göstərmişdir ki, iddiaçılar iddia ərizəsində Şəki şəhəri, S.Mumtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi (sex) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, S.Mumtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşaqış sahəsi ilə bağlı "Bank of Baku” ASC-nin adma verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətində olan həmin qeyri-yaşayış binasından istifadə etməyinə cavabdeh "Bank of Baku'ASC tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar keçirilən hərraclar barədə onlara məlumat verilmədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Məhkəmənin sorğuları nəticəsində məlum olmuşdur ki, saxlama müddəti ötdüyünə görə hərrac sənədləri arxivə verilmiş, daha sonra isə məhv edilmişdir. Hesab etmişdir ki, hazırki iddia təmin edilməməlidir. Belə ki, "xxxx" ASC cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı1, X21ma və X11 qarşı borc və borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki rayon Məhkəməsinin 2(075)-8/2012 saylı, 29.08.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qətnamə könüllü icra edilmədiyindən icra və hərrac haqqında qanunvericiliyə, eləcə də "İpoteka haqqında" Azərbaycan Respublikasının müvafiq qanununlarına uyğun olaraq 11.09.2014-cü il tarixli hərracın nəticəsi haqqında protokollara və müqaviləyə əsasən "xxxx" ASC iki ipoteka predmetini, hazırkı işdə mübahisələndirilən qeyri-yaşayış sahəsini və ipoteka qoyulmuş digər bir mənzili əldə edərək öz mülkiyyətinə keçirmişdir. Göründüyü kimi Bank əmlakları qanuni qaydada əldə etmişdir. Hətta, iddiaçıların dediyi kimi hərrac prosesi qaydalar pozulmaqla keçirilsəydi belə, bunun hüquqi nəticələri və məsuliyyəti Bankın üzərinə qoyula bilməz. Bankın hərracın qanuni keçirilməsinə nəzarət imkanı yoxdur. Bank icra məmurunun təklifi ilə əmlakı əldə edərkən, həmin vaxta qədər keçirilmiş və baş tutmamış hərraclar barədə ipotekaqoyana məlumat verilib-verilməməsini yoxlamaq vəzifəsi də daşımır. Həmçinin bildirmişdir ki, əqdin etibarsızlığı üçün müddət ötürülmüşdür. Buna görə də iddiaçılar müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddətini ötürdüyündən iddia tələbi əsaslı hesab edilə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə cavabdeh şəxs müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. İddiaçılar həmin kəsici müddəti ötürmüşdür. Əvvəla iddiaçılar əmlaklarının hərracdan satılması barədə qətnamə çıxan 2012-ci ildən bəri nəyə görə hərracın olması barədə maraqlanmadıqlarını izah edə bilmirlər. Hərracın keçirildiyi 11.09.2014-cü ildən bəri iddiaçılar dəfələrlə Bankda olmuş və sözügedən qeyri-yaşayış sahəsinin və mənzilin Bankdan geri almaq üçün onlara möhlət verilməsini istəmiş, bunun şərtləri barədə müzakirələr aparmışlar. Nəticədə digər hərrac predmeti olan Şəki şəhəri, S.Rəhman küçəsi, 73 saylı binanın, 10 saylı mənzil Bank tərəfindən iddiaçıların lizinqinə verilmişdir. Necə olur ki, iddiaçıların eyni gündə keçirilmiş mənzilin hərracından xəbəri olur, amma qeyri-yaşayış sahəsinin hərracından xəbəri olmur və hərracdan 7 ildən artıq müddət keçdikdən sonra hərracın etibarsızlığı barədə iddia qaldırırlar. Digər tərəfdən iddiaçıların hərracdan xəbərləri olmuşdur. Belə ki, əsas İddiaçı3 "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı 26.10.2021-ci il tarixli ərizəsinin məzmunundan aydın görünür ki, onun və atasının hərracdan məlumatı olmuş, lakin əşyanı əldə etmək üçün maddi imkanları olmadığından hərracda iştirak edə bilmədiklərini göstərmişlər. Deməli, iddiaçılar hərrac baş tutduğu tarixə qədər borcu bağlayaraq ipoteka predmetinin azad edilməsinə nail olmaq kimi imkanın olmasına baxmayaraq, kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır. Bankda öz növbəsində sözügedən əmlaka dair çıxarış alaraq, əmlakı vicdanlı əldə etmişdir. Lakin iddiaçılar qanunla üzərinə düşən vəzifələri icra etməməklə yanaşı, bundan sui-istifadə edərək hərrac prosesindən, həmçinin də icra prosesindən məlumatının olmadığını iddia etməkdədirlər. Həmçinin göstərmişdir ki, İddiaçı3 daxili lizinq müqaviləsini onlara məxsus olan ünvan 3ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası və ya X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 1 ünvanında yerləşən 32 nömrəli mənzil üzrə deyil, məhz X6 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində olan, 3 otaqlı 10 nömrəli mənzil üzrə bağlamışdır. Çünki, X16 İddiaçı3 işçisi olmuş onu aldadaraq əmlakını ipoteka qoymuşdur. X16 yaşlı və çox kasib insandır. Belə ki, İlbabə Məmmədova dəfələrlə banka gəlmiş və əmlakı əlindən alınacağı təqdirdə özünə qəsd edərək intihar edəcəyini bildirmişdir. Onun bu niyyətlərindən İddiaçı3 da xəbəri olmuşdur. Buna görə də İddiaçı3 gələcəkdə xoşagəlməz halla qarşılaşmaması üçün özlərinə məxsus binanı deyil, məhz İ.Məmmədova məxsus evlə bağlı bankla daxili lizinq müqaviləsi bağlamışdır. İddiaçı3 həmin lizinq müqaviləsi üzrə də öhdəliyini yerinə yetirməmiş və buna görə də hazırda həmin lizinq müqaviləsi də məhkəmə predmetidir. Sonda göstərmişdir ki, hərrac müqaviləsi 11.09.2014-cü il tarixdə bağlandığından və iddiaçıların hərracın keçirilməsindən məlumatı olduğundan iddiaçılar digər əsaslarla yanaşı həm də müddətə görə hərracın etibarsızlığını tələb etmək hüququnu itiriblər. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh4 nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki rayon məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2(075)-8/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı2 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30348 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 12761 manat məbləğində faizlər üzrə borc və 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53109 manat məbləğində borc cavabdehlər İddiaçı2 və İddiaçı3 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər İddiaçı2 və İddiaçı3 tutulacaq məbləğ öhdəliyinin təminətı kimi cavabdeh X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X31 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə cavabdeh X6 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə və cavabdeh X2 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 3ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəldilməsi, həmin yaşayış və qeyri-yaşayış (sex) binaları açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı2 və İddiaçı3 Məmməddəsən oğlunun iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X31 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35 2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X5 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 3ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər İddiaçı2 və İddiaçı3 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı 900 manat məbləğində xidmət haqqı cavabdehlər X4 və İddiaçı3 müştərək qaydada alınaraq müstəqil qiymətləndirici "xxxx" MMC-yə ödənilməsi qətt edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 29 avqust 2012-ci il tarixli 2(075)-8 saylı icra vərəqəsindən görünür ki, ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 01 oktyabr 2012-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclular İddiaçı2 və qeyrisindən 53109 AZN borc və 20 manat dövlət rüsumu alınaraq Cavabdeh2 ASC-nə ödənilməsi müəyyən edilmişdir. İş üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 05 yanvar 2022-ci il tarixdə verilmiş 27 noyabr 2013-cü il tarixli 77/2 saylı məktubdan görünür ki, cavabdehlər İddiaçı2 və İddiaçı3 tutulacaq məbləğ öhdəliyin təminatı kimi cavabdeh X9 tam mülkiyyət hüququ ilə məxsus olan, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində istifadədə olan, 0,9273 ha torpaq sahəsində yerləşən, 193 A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kv metr ümumi, 35,2 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilə, cavabdeh X6 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,0844 ha torpaq sahəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5ci mərtəbədə yerləşən 68,19 kv metr ümumi, 45,9 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə və cavabdeh İddiaçı1 tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3ndə icarəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kv metr ümumi, 96,4 kv metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəldilməli və həmin yaşayış və qeyri-yaşayış (sex) binaları açıq hərracda satış yolu ilə realizə edilməlidir. Satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı2 və İddiaçı3 iddiaçı Cavabdeh2 ASC-nə olan borclarının ödənilməsinə yönəldilməlidir. Göstərilən borcun ödənilməsi üçün tələb X7 tam mülkiyyətində olan evin ilkin satış qiyməti 30000 (otuz min) manat, X6 məxsus evin ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat, İddiaçı1 məxsus olan qeyri-yaşayış (sex) binasının ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 11 sentyabr 2014-cü il tarixli, Y-272 saylı hərracın nəticələri haqqında protokoldan görünür ki, İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kv.m ümumi, 96,4 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası 15% endirimlə 19125 (on doqquz min bir yüz iyirmi beş) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 11 sentyabr 2014-cü il tarixli müqavilədən görünür ki, İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kv.m ümumi, 96,4 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası 15% endirimlə 19125 (on doqquz min bir yüz iyirmi beş) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. İşdə olan 11 sentyabr 2014-cü il tarixli, Y-273 saylı hərracın nəticələri haqqında protokoldan görünür ki, X6 məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzil 15% endirimlə 15938 (on beş min doqquz yüz otuz səkkiz) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. İşdə olan 11 sentyabr 2014-cü il tarixli müqavilədən görünür ki, X6 məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzil 15% endirimlə 15938 (on beş min doqquz yüz otuz səkkiz) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 17 noyabr 2014-cü il tarixli, 7361/1 saylı məktubdan görünür ki, Şəki rayon məhkəməsinin 2(075)-8 saylı, 29 avqust 2012-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclular İddiaçı2 və İddiaçı3 tutulacaq məbləğ, öhdəliyin təminatı kimi X6 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 10 nömrəli mənzil Cavabdeh4-nin 22 sentyabr 2014-cü il tarixli, Y-273 nömrəli protokolu ilə, borclu İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 3ndə yerləşən 1 mərtəbəli qeyri-yaşayış (sex) binası Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nin 22 sentyabr 2014-cü il tarixli, Y-272 nömrəli protokolu ilə tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. İşdə olan Şəki rayon məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(075)-213/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı3 və X1 müştərək qaydada 28548,47 manat lizinq ödənişi, 12027,90 manat lizinq mükafatı borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 41076,37 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh2 ASC-nə ödənilməsi, cavabdehlər X16, X18, X27, X8, X22 və X19 lizinq obyekti olan, iddiaçı Cavabdeh2 ASC-nin mülkiyyətindəki Şəki şəhəri, S.Rəhman küçəsindəki 73 nömrəli binanın 10 nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 ASC-nə təhvil verilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(107)- 2233/2021 saylı qətnaməsindən görünür ki, Şəki rayon məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(075)-213/2020 saylı qətnaməsi ləğv edilərək baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə verilmiş 15 iyul 2021-ci il tarixli reyestr nömrəsi **********78-06301 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 96,4 kv.m olan qeyri-yaşayış binası Cavabdeh2 ASC-nin mülkiyyətindədir. İşə əlavə edilmiş 03 oktyabr 2016-ci il tarixli, İ026KL16 saylı daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı3 arasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 68,19 kv.m, yaşayış sahəsi 45,9 kv.m, yardımçı sahə 22,29 kv.m olan mənzillə əlaqədar lizinq müqaviləsi bağlanmışdır. İşdə olan 03 oktyabr 2016-cı il tarixli, İ026KL16 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı3 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 68,19 kv.m, yaşayış sahəsi 45,9 kv.m, yardımçı sahə 22,29 kv.m olan mənzili lizinq müqavilə vasitəsi ilə 40000 manat məbləğə satın almış, 10000 manat avans ödəniş etmiş, 30000 manat məbləğdə lizinq üzrə borcu qalmışdır. İşdə olan İddiaçı3 tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ASC-nin rəhbərliyinə ünvanlamış olduğu ərizəsində bildirmişdir ki, o, 2009-cu ildə bankdan kredit götürərək atasına məxsus qeyri-yaşayış sahəsini və digər əmlakları ipoteka qoymuşdur. Ödəniş etməyə imkanı çatmadığı üçün kredit gecikməyə düşmüş və bank məhkəməyə müraciət etmişdir. 2014-cü ilin sentyabr ayında atası İddiaçı1 məxsus olan qeyriyaşayış sahəsi və X5 məxsus olan evin hərracı olmuş, imkanı olmadığı üçün hərracda iştirak edib əmlakları ala bilməmişdir. Ona görə də mənzil və qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçmişdir. 2015-ci ildə bankla razılaşmaya əsasən bank qeyri-yaşayış sahəsinə toxunmamış, əvəzində evin birini banka vermişdir. İmkanı olmadığı üçün bankdan xəbərsiz olsa da 2020-ci ilin mart ayında qeyri-yaşayış sahəsini “Omid” şirkətlər qrupuna icarəyə vermişdir. “Omid” şirkətlər qrupu təmir xərclərinə görə ona 2021ci ilin noyabr ayından ona ödəniş etməyə başlayacaqdır. Hərracın ləğvi barədə iddianı vaxt qazanmaq üçün qaldırmamışdır. Əgər razılaşsalar, məhkəmə qətnaməsi üzrə borcunu hər ay 1500 manat olmaqla 2022-ci ilin sonuna kimi ödəməyi öhədəsinə götürəcəkdir. İşdə olan 22 dekabr 2021-ci il tarixli 1/2540 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində müraciətinizə aidiyyəti üzrə baxılmış və məlum olmuşdur ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-də keçirilmiş hərracların nəticələri haqqında yekun protokollar Milli Arxiv İdarəsinə və onun tabeliyində olan qurumlara təhvil verilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibnə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydasının 4-cü bəndinə uyğun olaraq, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-də yaradılmış ekspert komissiyasının üzvləri tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısnın müvafiq bəndlərinə istinad edilərək sözü gedən qurumun saxlanma müddətləri başa çatmış və əməli əhəmiyyətini itirmiş, mübahisəli istintaq və məhkəmə işləri tam yekunlaşmış sənədlərinin (o cümlədən 2014-cü ildə keçirilmiş hərracların nəticələri haqqında yekun protokolların və onlara əlavə edilmiş sənədlərin) məhv edilmək üçün ayrılması barədə 20 oktyabr 2021-ci il tarixində akt tərtib edilmişdir. Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında akta daxil edilmiş sənədlər dövlət mühafizəsinə təhvil verilmir, adı çəkilən qaydaların 11-ci bəndinə əsasən həmin sənədlər məhv edilə və ya təkrar xammal emalı müəssisələrinə verilə bilər. Məhkəmə iclasında iddiaçının izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İşdə olan Şəki rayon məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2(075)-8/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı2 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30348 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 12761 manat məbləğində faizlər üzrə borc və 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53109 manat məbləğində borc cavabdehlər İddiaçı2 və İddiaçı3 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər İddiaçı2 və İddiaçı3 tutulacaq məbləğ öhdəliyinin təminətı kimi cavabdeh X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X31 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə cavabdeh X6 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə və cavabdeh X2 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 3ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəldilməsi, həmin yaşayış və qeyriyaşayış (sex) binaları açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı2 və İddiaçı3 Məmməddəsən oğlunun iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X31 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35 2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X5 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 3ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər İddiaçı2 və İddiaçı3 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı 900 manat məbləğində xidmət haqqı cavabdehlər X4 və İddiaçı3 müştərək qaydada alınaraq müstəqil qiymətləndirici "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qeyd edilən qətnamədə ipoteka qoyulmuş əmlaklardan biri də hazırda mübahisələndirilən ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı1 məxsus olan, ünvan 3ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası olmuşdur. Qeyd edilən əmlak 11.09.2014-cü ildə hərracdan satılmış və yekun olaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. İddiaçılar hərracın nəticələrini etibarsız hesab edir, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Əksinə Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə iddiaçılardan İddiaçı3 tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ASC-nin rəhbərliyinə ünvanlamış olduğu ərizəsini təqdim etmiş və bildirmişdir ki, iddiaçıların 2014-cü ilin sentyabr ayında keçirilən hərracdan və onun nəticələrindən xəbərləri olmuşdur. Buna görə də iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Plenumun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Həmçinin Plenum qərarında qeyd edilmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (Eyni mövqe B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2020-ci il tarixli Qərarının məzmununda da göstərilmişdir.) Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Göründüyü kimi iddiaçılar iddialarının əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən Cavabdeh4-nə sorğu verilmiş və həmin təşkilat sorğunu 19.10.2021-ci il tarixdə almasına baxmayaraq məhkəmənin qeyd edilən sorğusuna cavab vermədiyindən hərracın nəticələrinin əsaslı və ya əsassız olmasını müəyyən etmək mümkün olmamışdır. Əksinə Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə iddiaçılardan İddiaçı3 tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ASC-nin rəhbərliyinə ünvanlamış olduğu ərizəsini təqdim etmiş və bildirmişdir ki, iddiaçıların 2014-cü ilin sentyabr ayında keçirilən hərracdan və onun nəticələrindən xəbərləri olmuşdur. Buna görə də iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qeyd edilənin ərizənin İddiaçı3 tərəfindən yazılıb-yazılmaması aydınlaşdırılmış və İddiaçı3 həqiqətən də həmin ərizənin onun tərəfindən yazılmasını təsdiq etmişdir. İddiaçı3 həmin ərizəsində bildirmişdir ki, “o, 2009-cu ildə bankdan kredit götürərək atasına məxsus qeyri-yaşayış sahəsini və digər əmlakları ipoteka qoymuşdur. Ödəniş etməyə imkanı çatmadığı üçün kredit gecikməyə düşmüş və bank məhkəməyə müraciət etmişdir. 2014-cü ilin sentyabr ayında atası İddiaçı1 məxsus olan qeyri-yaşayış sahəsi və X5 məxsus olan evin hərracı olmuş, imkanı olmadığı üçün hərracda iştirak edib əmlakları ala bilməmişdir. Ona görə də mənzil və qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçmişdir. 2015-ci ildə bankla razılaşmaya əsasən bank qeyri-yaşayış sahəsinə toxunmamış, əvəzində evin birini banka vermişdir” Yuxarıda sadalanan Plenum qərarları qeyd edir ki, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Plenumunun qeyd edilən qərarlarında göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçıların Cavabdeh4-də keçirilən 11 sentyabr 2014-cü il tarixli, Y-272 saylı hərracdan və onun nəticələrindən xəbərləri olmuşdur. Hətta İddiaçı3 sonradan 03 oktyabr 2016-ci il tarixli, İ026KL16 saylı daxili lizinq müqaviləsi ilə vaxtilə onun götürmüş olduğu kredit müqaviləsi üzrə X6 məxsus olan ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 68,19 kv.m, yaşayış sahəsi 45,9 kv.m, yardımçı sahə 22,29 kv.m olan mənzillə əlaqədar onunla bank arasında lizinq müqaviləsi bağlanmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçıların ən azından 11 sentyabr 2014-cü il tarixindən hazırda mübahisələndirilən Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı hərracdan xəbərləri olmuşdur. Məlum olur ki, 11.09.2014-cü ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu 28.09.2021-ci il tarixinədək 7 ildən çox vaxt keçmişdir. Göründüyü kimi qanunun mənasına görə iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları 11.09.2014-cü ildə bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüquqları olduğu halda bu hüquqdan istifadə etməyərək 7 il sonra yəni, həmin müddət keçdikdən sonra bu hüququ itirdikdən sonra məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilmədiyi halda iddia digər hissələrdə də, yəni həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və həmin qeyri-yaşayış binasından istifadə etməklərinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması hissələrində də əsaslı hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC-nə, Cavabdeh4-nə, Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı“ Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətlərində olan həmin qeyri-yaşayış binasından istifadə etməklərinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddianın təmin edilməməsi nəzərə alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu xərci onların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC-nə, Cavabdeh4-nə, Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı“ Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətlərində olan həmin qeyri-yaşayış binasından istifadə etməklərinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar