Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-109/2022 18.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və oğlu X3 üzərində qəyyum ləyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, oğlu X6 05 noyabr 1998-ci il tarixdə Rusiya Federasiyasının Samara vilayətində anadan olmuşdur. Oğluna əlilliyin müəyyən olunması meyarı ilə 2.1. Birinci dərəcə əlillik 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiva, yaxud kəskin nəzərəçarpaninbeşillik (İQ-35-dən aşağı olanlar) (İ 70- 179); diaqnozu qoyulmuş və buna görə oğlu Taleh Məmmədovun daima kənar qulluğa ehtiyacı vardır. O bununla bağlı Şəki şəhəri, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, oğlu Taleh Məmmədovun üzərində qəyyum təyin edilməyi ilə bağlı rəy vermələrini xahiş etmişdir. Lakin Şəki şəhəri, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 17 sentyabr 2021-ci il tarixli cavab məktubu ilə oğlunun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra oğlunun üzərində qəyyum təyin edilməsi məsələsinə baxılmasının mümkün olması bildirilmişdir. Ona görə də hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İşdə olan 18 noyabr 1998-ci il tarixli İ-EP 410196 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 05 noyabr 1998-ci il təvəllüdlü X3 atası X7, anası isə Ərizəçidır. İşdə olan 11 noyabr 2016-cı il tarixdə çıxarılmış Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dait məlumatdan görünür ki, 05 noyabr 1998-ci il təvəllüdlü X6 1-ci qrup əlildir, 2.1. Birinci dərəcə əlillik 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiva, yaxud kəskin nəzərəçarpaninbeşillik (İQ-35-dən aşağı olanlar) (İ 70-179); diaqnozu qoyulmuş, tibbi-sosial yardım və reabilitasiya vasitələri: başqasının qulluğuna ehtiyacının olması göstərilmişdir. İşdə olan 10 yanvar 2017-ci il tarixli 001887 saylı vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, X6 1-ci qrup əlildir. İşdə olan AZ-İ 453378 seriya nömrəli Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Ərizəçi arasında 24 oktyabr 2008-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 403 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli, 750 nömrəli rəydən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: orta boylu, dolu bədənlidir. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 130/80 mm c.s.b. nəbzi dəqiqədə 82 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyribərabərdir, fotoreaksivası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, anlaşılmaz səslər çıxarır. Onunla ünsiyyət qurmaq mümkün olmadığından bütün məlumatlar atası X2 toplanmışdır. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır, narahat və gərgindir, avtomobildə 2 nəfər tərəfindən zorluqla saxlanılır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanıb. Oxumaq, yazmaq vərdişləri yoxdur. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları davamsızdır. Düşdüyü vəziyyətə heç bir tənqidi yoxdur. İntellekti inkişafdan kəskin geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=31% yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X6 anadangəlmə xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ VƏ NİTQİN OLMAMASİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. X6 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ VƏ NİTQİN OLMAMASİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamm beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X3 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin də müvafiq rəyi vardır. Ərizəçi X3 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 05 noyabr 1998-ci il tarixdə Rusiya Federasiyası Samara vilayətində anadan olmuş, Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 5/13 saylı evdə yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ərizə qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. 05 noyabr 1998-ci il tarixdə Rusiya Federasiyası Samara vilayətində anadan olmuş, Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 5/13 saylı evdə yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-109/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-109/2022
18.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver