Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-109/2024 15.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, X6 onun bacısı olmaqla 09 iyun 1956-cı il tarixdə anadan olmuşdur. O, anadangəlmə xəstə olmuşdur və ona İ qrup əlillik dərəcəsi verilmişdir. X6 hazırda onun himayəsindədir və ona o qulluq edir. Vəziyyəti ağır olduğu üçün hərəkətlərinin mənasını başa düşmür və hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Öz fikrini başqasına çatdırmaq, məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət vardır. Bununla əlaqədar Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 09 avqust 2023-cü il, 5-7-7/2-1-117-099/2023 saylı məktubdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 22 dekabr 2016-cı il tarixli, 001849 nömrəli vəsiqədən görünür ki, X5 1-ci qrup uşaqlıqdan əlil hesab edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 07 dekabr 1949-cu il tarixli, ИE 216545 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1949-cu il təvəllüdlü X1 atası X7, anası X9r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 16 iyun 1956-cı il tarixli, İ-ИE 132869 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 iyun 1956-cı il təvəllüdlü X2 atası X7, anası X9r. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli, 774 saylı rəyindən görünür ki, X3 hal-hazırda ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxansından verilmiş xəstəlik tarixindən çıxarış) anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, nitqinin olmaması, kontakta girməməsi səbəbindən bütün məlumatlar bacısından və mülki işdən toplanması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda bir qədər narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İO-42% və s.) sübut edir. xx.xx.1956-cı il təvəllüdlü qızı X6 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.1956-cı il təvəllüdlü qızı X6 ORTA DƏRƏCƏLİ ƏQLİ (iERİLİK, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. X6 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxsdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X2 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X2 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 09 iyun 1956-cı il tarixdə ünvan 1 ünvanında yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 09 iyun 1956-cı il tarixdə ünvan 1 ünvanında yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-109/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-109/2024
15.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver