Məhkəmə qərarları › İş №2(075)-1098/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1098/2020

28.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1098/2020 28.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, H.Əliyev prospekti 4 ünvanında yerləşən ikimərtəbəli inzibati bina (keçmiş məişət evi)nin birinci mərtəbəsində 32 kv.m sahəsi olan bir otaqdan ibarət qeyri-yaşayış sahəsinin qarşısındakı ümumi birgə istifadədə olan dəhlizdə (giriş qapısından keçdikdən sonra) Cavabdeh tərəfindən aparılmış tikinti-təmir işlərinin dayandırılması və quraşdırılmış dəmir konstruksiyaların sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni xx xxxx 2020-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi xx xxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuşdur. Həmin ərizədə o, hazırkı iddia tələbinə baxılıb iş üzrə qərar qanuni qüvvəsini alanadək həmin binada cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti, söküntü, təmir və quraşdırma işlərinin cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəyə xx xxxx 2020-ci il tarixdə baxılaraq ərizənin təmin edilməsi, hazırkı iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, Şəki şəhəri, H.Əliyev prospekti 4 ünvanında yerləşən, ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində tikinti, söküntü, təmir və quraşdırma işlərinin aparılması Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Lakin xx xxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İddia ərizəsi geri qaytarıldığından məhkəmə hesab edir ki, iddianın təmini tədbirinin tətbiqinə zərurət aradan qalxmışdır. Bu səbəbdən də qərardad qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)-1098/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilməli və Şəki şəhəri, H.Əliyev prospekti 4 ünvanında yerləşən, ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində tikinti, söküntü, təmir və quraşdırma işlərinin aparılmasına qoyulmuş qadağa götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı oğluna yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardad qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)- 1098/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilsin və Şəki şəhəri, H.Əliyev prospekti 4 ünvanında yerləşən, ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində tikinti, söküntü, təmir və quraşdırma işlərinin aparılmasına qoyulmuş qadağa götürülsün. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar