Məhkəmə qərarları › İş №2(075)-110/2021

Şəki Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(075)-110/2021

05.03.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-110/2021 05.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinə Cavabdeh ilə aralarında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin ləğv edilməsi və həmin torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli «Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi»nə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsi 4000 manat (müqavilənin 4-cü bəndinə əsasən) məbləğə cavabdehə satılmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanılmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq torpaq sahəsinin dəyərini təşkil edən 4000 manat məbləğində pul vəsaitinin cavabeh tərəfindən bu günədək iddiaçıya ödənilməsi təmin edilməmişdir. Belə ki, torpaq sahəsinin dəyərini təşkil edən 4000 manat pul vəsaiti alqı-satqı müqaviləsi bağlanan zaman notariusun depozit hesabına köçürülməmiş, cavabdehlə aralarında olan razılaşmaya əsasən alqısatqı müqaviləsi bağlandıqdan sonra nağd qaydada iddiaçıya ödənilməli idi. Buna baxmayaraq cavabdeh tərəfindən torpaq sahəsinin dəyəri kimi alqı-satqı müqaviləsində qeyd olunmuş 4000 manat məbləğində pul vəsaiti bu günədək iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli «Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsi»nin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı tərəfindən həmin alqısatqı müqaviləsinin qarşılıqlı olaraq ləğv edilməsinə dair Cavabdeh xx xxxx 2020-ci il tarixli «Təklif» məktubu göndərilmiş, buna baxmayaraq Cavabdeh tərəfindən həmin təklilə ümumiyyətlə münasibət bildirilməmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd edilən mübahisəli torpağın satılmasında iddiaçının və cavabdehin də tanıdığı çox hörmətli bir şəxsin vasitəçiliyi olmuşdur. İddiaçı həmin şəxsin vasitəçiliyi ilə qeyd edilən torpaq sahəsinin dəyərinin sonradan hissə-hissə olmaqla ödənilməsinə razılkıq verərək alqı-satqı müqaviləsini rəsmləşdirmişdir. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı üsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsini X1 4000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron 2 saylı notariat ofisi tərəfidnən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon 2 saylı notariat ofisində mülkiyyətçi İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə xx xxxxxx 2018-ci il tarixli, 4Ə-204 reyestrli alqı satqı müqaviləsi rəsmiləşdirilən zaman alıcı Cavabdeh tərəfindən həmin müqavilədə göstərilən 4000 manat məbləğində pulun nağd şəkildə olduğu üçün satıcı İddiaçı verilməsi Abşeron rayon 2 saylı notariat ofisində həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) izahatı və onun təqdim etdiyi sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli «Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi»nə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsi 4000 manat (müqavilənin 4-cü bəndinə əsasən) məbləğə cavabdehə satılmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanılmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq torpaq sahəsinin dəyərini təşkil edən 4000 manat məbləğində pul vəsaitinin cavabeh tərəfindən bu günədək iddiaçıya ödənilməsi təmin edilməmişdir. Belə ki, torpaq sahəsinin dəyərini təşkil edən 4000 manat pul vəsaiti alqı-satqı müqaviləsi bağlanan zaman notariusun depozit hesabına köçürülməmiş, cavabdehlə aralarında olan razılaşmaya əsasən alqı-satqı müqaviləsi bağlandıqdan sonra nağd qaydada iddiaçıya ödənilməli idi. Buna baxmayaraq cavabdeh tərəfindən torpaq sahəsinin dəyəri kimi alqı-satqı müqaviləsində qeyd olunmuş 4000 manat məbləğində pul vəsaiti bu günədək iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli «Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsi»nin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və ona qarşı qaldırılmış iddia tələbinə qarşı heç bir etirazını və ya hər hansı münasibətini bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbаycаn Respublikаsının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzrə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq olunaraq bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” ləğv edilsin və həmin torpaq sahəsi Cavabdeh qeyriqanuni sahibliyindən alınaraq İddiaçı qaytarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət -rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 222.2, 227.1 və 238, 244, 252 və 360-cı maddələrinin tələblərinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzrə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq olunaraq bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” ləğv edilsin və həmin torpaq sahəsi Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti keçdikdən sonra 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar