Məhkəmə qərarları › İş №2(3-6)-1265/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1265/2026

18.08.2026 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1265/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə Kateqoriya (açar sözlər): müqavilə (podrat) münasibətlərindən irəli gələn mübahisələr; müqavilənin qanunda və ya müqavilədə nəzərdə tutulan əsaslarla ləğvi, icranı qəbul etməkdən imtina və vurulan zərərin ödənilməsi; pul öhdəliyinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi tələbi; iddia müddəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə katibi Quluzadə Jalə Vadət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhər İcra Hakimiyyətinin başçısının ##.##.2017-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, * saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənəldlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış aşağıda adları sadalanan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin: 1.39. Nəsimi rayonu, M.lbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən tikintisi nəzərdə tutulan ticarət mərkəzi, ofis və yaşayış binaları (##.##.2016-cı il tarixli, **/**-*/**** saylı məktub). Cavabdeh MTK-nın şəxsində onun sədri Kazımova Ş.K ilə payçı İddiaçı arasında ##.##.2013cü il tarixdə bağlanmış müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə payçıya Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən ** saylı mənzil 172.000 manat müqabilində verilməsi haqqında bağlanmışdır. Cavabdeh MTK-nın ##.##.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M. İbrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M.Ə. Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, offis və yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin 2-cü blok 7-ci mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsində) yerləşən 120 kv/m təşkil edən ** saylı mənzilin dəyəri 172.000 (yüz yetmiş iki min) AZN təşkil edir. Həmin məbləğdən 120.000 (yüz iyirmi min) AZN payçı İddiaçı tərəfindən ödənilmişdir, qalan 52.000 (əlli iki min) AZN üç ay ərzində ödəniləcəkdir. Cavabdeh MTK-nın ##.##.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M. Ibrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M.Ə. Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, offis və yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin 2-cü blok 7-ci mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsində) yerləşən 120 kv/m təşkil edən ** saylı mənzilin dəyərindən 130.000 (yüz otuz min) AZN payçı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh MTK-nın ##.##.2016-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M. İbrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M.Ə. Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, offis və yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin 2-cü blok 7-ci mərtəbəsində (yaşayışın 3-cü mərtəbəsində) yerləşən 120 kv/m təşkil edən ** saylı mənzilin dəyərindən 14.000 (on dörd min) AZN payçı İddiaçı tərəfindən Cavabdeh MTK -nın xəzinəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu ##.##.2019-ci il tarixli, ** nömrəli məktubundan görünür ki, Fövqəladə Hallar Nazirliyinin “Azərdövləttikintilayihə” DLİ-nin ## ####### 2017-ci il tarixli aktını nəzərə alaraq D.Əliyeva 141 ünvanında yerləşən binanın ilkin vəziyyətə gətirilərək bərpa edilməsi prosesi mürəkkəbliyinə və çox maliyyə vəsaiti tələb etdiyinə görə qənaətbəxş hesab olunmur. Müqavilənin ləğv edilməsi barədə ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə müraciət edərək aralarında bağlanmış müqavilənin şərtlərinə 7 təqvim günü müddətində əməl edilmədiyi təqdirdə öhdəliyin icrası ilə yanaşı müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edərəcəyi barədə xəbərdarlıq etmiş, mənzilə görə ödədiyi 164.000 manatın, həmin vəsaitin qaytarılmasını gecikdirdiyinə görə 99 ay üçün illik 5% hesablanmaqla 67.617 manat olmaqla cəmi 231.617 manatın ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı olaraq, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə iddiaçı İddiaçı arasında bağlanmış nömrəsiz ## #### 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə iddiaçı tərəfindən mənzilə görə 164.000 (bir yüz altmış dörd min) AZN məbləğində ödənilmiş pulun və mənzilə görə ödənilmiş 164.000 (bir yüz altmış dörd min) manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş 99 ay üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 67.617 (altmış yeddi min altı yüz on yeddi) AZN (164000x5%=8.200/12=683x99=67.617) məbləğində pulun – ümumilikdə 231.617 (iki yüz otuz bir min altı yüz on yeddi) AZN məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 522 (beş yüz iyirmi iki) AZN məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən alınaraq iddiaçı İddiaçı qızına ödənilməsi barədə qətnamə, eləcə də nömrəsiz ## #### 2013-cü il tarixli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh MTK-nın rəhbərliyinə ödənilmiş 164.000 (bir yüz altmış dörd min) AZN məbləğində pul vəsaitini MTK müqavilə üzrə öhdəliyini icra edə bilməyəcəyini bilə-bilə, onun etibarından sui-istifadə edərək və onu aldadaraq ələ keçirib öz ehtiyacları üçün istifadə etməsi faktı üzrə Cavabdeh MTK-nın rəhbərliyinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## #### 2013-cü il tarixdə cavabdeh Cavabdeh MTK (idarə heyətinin sədri X3 şəxsində) ilə nömrəsiz ## #### 2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən tikilməkdə olan kompleksin 2-ci blok, 7-ci mərtəbəsindəki (yaşayışın 3-cü mərtəbəsində) ümumi sahəsi 120 kv.m. təşkil edən ** saylı mənzilin tikintisini və iddiaçıya təhvil verilməsini öz üzərinə götürmüşdür. Sözügedən müqavilədə mənzilin dəyəri tərəflər arasında 172.000 (bir yüz yetmiş iki min) AZN məbləğində razılaşdırılmışdır. Mənzilin dəyərindən iddiaçı tərəfindən cavabdehə ## #### 2013-cü il tarixli maliyyə arayışına əsasən 120.000 (bir yüz iyirmi min) AZN, ## ######## 2013-cü il tarixli maliyyə arayışına əsasən 10.000 (on min) AZN və ## ###### 2016-cı il tarixli maliyyə arayışına əsasən 34.000 (otuz dörd min) AZN olmaqla, ümumilikdə 164.000 (bir yüz altmış dörd min) AZN məbləğində pul ödənilmişdir. Cavabdehlə iddiaçı arasında nömrəsiz ## #### 2013-cü il tarixli müqavilə bağlanarkən binanın tikintisi üçün ayrılmış torpaq sahəsində köçürmə ilə bağlı işlər belə hələ icra olunmurdu. Həmin vaxt cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, 2016-cı ilədək çoxmənzilli binanın təmir-tikinti işləri tam yerinə yetiriləcək, bina istifadəyə veriləcək və payçıların mənzilləri təhvil veriləcəkdir. Lakin cavabdehlə iddiaçının arasında bağlanmış nömrəsiz ## #### 2013-cü il tarixli müqavilənin qüvvəyə minməsindən on bir il müddət keçməsinə baxmayaraq həmin çoxmərtəbəli bina bugünədək nəinki tikilməmişdir, hətta köçürmə ilə bağlı işlər belə aparılmamış və hal-hazırda da həmin ərazidə heç bir iş getmir. Cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi icra etməli olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər il eyni cavab vermişdir – “icazə vermirlər, icazə verən kimi binanı tikəcəm, get hara istəyirsən şikayət et”. Yəni görünən odur ki, cavabdeh binanın tikinti işlərini qərəzli olaraq başa çatdırmaq istəmir, belə ki, cavabdeh tikintinin kim və ya hansı təşkilat tərəfindən dayandırılması və binanın istifadəyə verilməsi müddəti barədə heç bir məlumat vermir. Cavabdeh MTK-nın qeyd olunan qanunsuz hərəkətləri barədə iddiaçının yaxın qohumu və həmçinin sözügedən MTK-nın payçısı olan Fuad Ramazanov 2024-cü il ərzində dəfələrlə prokurorluğa şikayət ərizələri ilə müraciət etmişdir, lakin buna baxmayaraq cavabdeh yenə də binanın tikintisinin başlanılması ilə əlaqədar heç bir işlər aparmamışdır. Bu halda iddiaçı sözügedən müqaviləyə marağını itirmiş və müqavilə üzrə ödədiyi pul məbləğinin ona qaytarılması məqsədilə iddiaçı tərəfindən Cavabdeh MTK-nın rəhbərliyinə sözügedən müqavilənin ləğvi və pul tələbi ilə əlaqədar ##.##.2025-ci il tarixdə bildiriş (pretenziya qaydasında) göndərilmiş, lakin münasibət bildirilməsi üçün 7 təqvim günü müddət müəyyən olunmasına baxmayaraq, bu günədək MTK-dan cavab alınmamışdır. Belə olan halda hesab edirlər ki, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış nömrəsiz ## #### 2013-cü il tarixli müqavilə məhkəmə qaydasında ləğv olunmalı və cavabdehə iddiaçı tərəfindən ödənilmiş 164.000 (bir yüz altmış dörd min) AZN məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Bundan başqa hesab edir ki, cavabdeh binanın tikintisini 2016-cı ildə bitirərək mənzili iddiaçıya təhvil vermədiyini nəzərə alaraq mənzilə görə ödənilmiş 164.000 (bir yüz altmış dörd min) manat pul məbləğinin iddiaçıya qaytarılmasını 99 ay gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 67.617 (altmış yeddi min altı yüz on yeddi) AZN (164000x5%=8.200/12=683x99-67.617) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə iddia müddəti keçdiyindən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh MTK arasında ## #### 2013cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh Cavabdeh MTK-dan 164.000 (yüz altmış dörd) manatın və ödənilmiş dövlət rüsumuna görə 370 (üç yüz yetmiş) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı podrat müqaviləsi üzrə işlərin nəticələrinin vaxtında ona təhvil verilmədiyinə, yəni cavabdehin öz müqavilə öhdəliyini lazımi qaydada icra etmədiyinə istinad etməklə bunun müqabilində ödənilmiş muzdun qaytarılmasını, həmçinin, qarşı tərəfin qanunazidd davranışı nəticəsində uğradığı maddi zərərin qarşılanmasını tələb edir, qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yarandığını qeyd edir. Cavabdeh isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilmədiyini inkar etmir, lakin pozuntunun onun cavabdeh olmadığı hallardan irəli gəldiyini bildirir. Cavabdeh həmçinin məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Məhkəmə iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli müqavilənin 5-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərini tam həcmdə yerinə yetirənə qədər qüvvəsini saxlayır. İş materiallarına əlavə edilmiş müqavilənin ləğv edilməsi barədə bildirişdən görünür ki, iddiaçı cavabdehə müraciət etməklə aralarında bağlanmış müqavilənin şərtlərinə 7 təqvim günü müddətində əməl edilmədiyi təqdirdə öhdəliyin icrası ilə yanaşı müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl (icrasından əvvəl) ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında ##.##.2013-cü il tarixində bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh 172.000 manat müqabilində Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən ** saylı mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə görüləcək işlər, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Cavabdeh tərəf olduğu müqaviləyə əsasən ** saylı mənzili təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edə bilməmişdir. Sözügedən öhdəliyin icra edilməsinin mümkün olmamasını özündən asılı olmayan hallar ilə əsaslandırmışdır. İş materiallarından da görünür ki, cavabdehin tikinti işlərini davam etdirməsi müvafiq dövlət orqanı tərəfindən əvvəl verilmiş icazənin ləğv edilməsi səbəbindən mümkün olmamışdır. Podratçı verilmiş icazəyə əsasən şəhərsalma və tikinti qanunvericiliyinin pozulmadığına əmin olaraq tikinti işlərinə başlamış, tikintinin qanuniliyi barədə yanlış məlumat verməklə sifarişçiləri yanıltmamış, mümkün risklər barədə susmamışdır. Bu səbəbdən, müqavilə üzrə ödənilmiş məbləğdən başqa, iddiaçının zərərə uğradığı ehtimal edilən maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyət daşıması barədə nəticəyə gəlmək mümkün deyildir. Çünki, hazırkı işdə zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışına yol verdiyi hallar müəyyən edilmir. Cavabdeh sübut etmişdir ki, müqavilə bağlanarkən onun həmin halları əvvəlcədən nəzərə alması, yaxud bu halları və nəticələrini istisna etməsi və ya aradan qaldırması mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin icranı gecikdirməsi iddiaçıya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, lakin bu, yalnız o halda mümkündür ki, borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Cavabdeh tərəfindən iddiaçının müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılması tələbinə iddia müddətinin tətbiqi barədə dəlillərə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, öhdəlik davam edən xarakter daşıyırsa və borclu onun icrasından qəti şəkildə imtina etməmişdirsə müqavilənin bağlanma tarixi və ya işlərin icra edilməməsi öz- özlüyündə iddia müddətinin başlanması üçün kifayət əsas hesab edilə bilməz. Podrat müqaviləsinin hüquqi təbiəti baxımından həmin müqavilə üzrə öhdəlik, nəticə təhvil verilənədək və ya müqaviləyə xitam verilənədək davam edən xarakter daşıyır. Yəni podratçı işin nəticəsini təhvil vermədikcə və ya müqavilənin icrasından açıq şəkildə imtina edib onu ləğv etmədikcə pozuntu qəti xarakter almır, sifarişçi isə nəticənin gələcəkdə əldə olunacağına ümüd etməyə haqlı olur. Nəzərə alınmadır ki, iddia müddətinin axımı bir qayda olaraq şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında bağlanılmış podrat müqaviləsi üzrə münasibətlər davam edən xarakter daşıdığından, müqavilənin ləğvinə dair pretenziya məktubunun təqdim edildiyi tarix – iddia müddətinin başlanğıcı kimi qəbul edilməlidir. İddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin daşınmaz əşyaya dair bağlanmış müqavilə münasibətlərindən irəli gəlməsi nəzərə alınmaqla, mübahisəyə MM-in 373.2-ci maddəsində uyğun olaraq altı illik iddia müddəti tətbiq edilməlidir. Belə olan halda iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş bu müddəti ötürmədən məhkəməyə müraciət etdiyi qənaətinə gəlinməlidir. Məhkəmə iddianın Cavabdeh MTK-nın rəhbərliyinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardadın qəbul edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 522 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə tələb qismən əsaslıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş (cəmi 164.000) hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 370 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında ## #### 2013-cü il tarixdə bağlanmış müqavilə ləğv edilməli, cavabdeh “xxxx” MTK-dan 164.000 manat və ödənilmiş dövlət rüsumuna görə 370 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 372, 373.2, 375, 377, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 422.1, 423.1, 425, 442, 443.1, 443.2, 445.2.1, 446.1, 446.2, 446.4, 446.5, 446.5.1, 446.5.2, 446.5.3, 448.1, 448.2, 752.1, 752.2, 753.1, 759, 762.1, 769, 770, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.1, 106.1, 107, 119.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı olaraq, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə iddiaçı İddiaçı arasında bağlanmış nömrəsiz ## #### 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə iddiaçı tərəfindən mənzilə görə 164.000 (yüz altmış dörd min) AZN məbləğində ödənilmiş pulun və mənzilə görə ödənilmiş 164.000 (yüz altmış dörd min) manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş 99 ay üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 67.617 (altmış yeddi min altı yüz on yeddi) AZN (164000x5%=8200/12=683x99=67617) məbləğində pulun – ümumilikdə 231.617 (iki yüz otuz bir min altı yüz on yeddi) AZN məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 522 (beş yüz iyirmi iki) AZN məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən alınaraq iddiaçı İddiaçı qızına ödənilməsi barədə qətnamə, eləcə də nömrəsiz ## #### 2013-cü il tarixli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh MTK-nın rəhbərliyinə ödənilmiş 164.000 (bir yüz altmış dörd min) AZN məbləğində pul vəsaitini MTK müqavilə üzrə öhdəliyini icra edə bilməyəcəyini bilə-bilə, onun etibarından sui-istifadə edərək və onu aldadaraq ələ keçirib öz ehtiyacları üçün istifadə etməsi faktı üzrə Cavabdeh MTK-nın rəhbərliyinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə qiymət verərək əsassız olaraq belə qənaətə gəlmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, “iş materiallarından da görünür ki, cavabdehin tikinti işlərini davam etdirməsi müvafiq dövlət orqanı tərəfindən əvvəl verilmiş icazənin ləğv edilməsi səbəbindən mümkün olmamışdır. Podratçı verilmiş icazəyə əsasən şəhərsalma və tikinti qanunvericiliyinin pozulmadığına əmin olaraq tikinti işlərinə başlamış, tikintinin qanuniliyi barədə yanlış məlumat verməklə sifarişçiləri yanıltmamış, mümkün risklər barədə susmamışdır. Eyni zamanda da məhkəmə vurğulamışdır ki, “Bu səbəbdən, müqavilə üzrə ödənilmiş məbləğdən başqa, iddiaçının zərərə uğradığı ehtimal edilən maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyət daşıması barədə nəticəyə gəlmək mümkün deyildir. Çünki, hazırkı işdə zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışına yol verdiyi hallar müəyyən edilmir. Cavabdeh sübut etmişdir ki, müqavilə bağlanarkən onun həmin halları əvvəlcədən nəzərə alması, yaxud bu halları və nəticələrini istisna etməsi və ya aradan qaldırması mümkün olmamışdır”. Daha sonra məhkəmə qeyd etmişdir ki, “Nəzərə alınmalıdır ki, cavabdehin icranı gecikdirməsi iddiaçıya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, lakin bu, yalnız o halda mümkündür ki, borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.” Hesab edir ki, məhkəmə nəzərə almamışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə icazə verilməsi haqqında sərəncamının və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi haqqında *** nömrəli ##.##.2018-ci il tarixli sərəncamından sonra cavabdeh öhdəliyi icra edə bilməyəcəyini bilə-bilə bu barədə payçılara (o, cümlədən iddiaçıya) məlumat verməmiş, qərəzli şəkildə ## #### 2013-cü il tarixli müqavilə üzrə iddiaçının ödədiyi 164.000 manat pul məbləğini özündə saxlayaraq iddiaçıya qaytarmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh iddiaçıya sözügedən müqavilə üzrə təhvil verməli olduğu mənzilin yerləşməli olduğu binanın nəinki tikintisinə başlamamış, hətta tikintinin aparılmalı olduğu torpaq sahəsində yerləşən binaların söküntüsünə və sakinlərin köçürülməsinə belə başlamamış, buna baxmayaraq cavabdehin nümayəndəsi iddiaçının müqavilə üzrə ödədiyi pul məbləğinin tikintiyə icazənin ləğvindən sonra hansı səbəbdən iddiaçıya qaytarmağı təklif etmədiyini əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmənin “hazırkı işdə zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışına yol verdiyi hallar müəyyən edilmir” kimi mövqeyi tamamilə əsassızdır. Şərh olunanlar təsdiq edir ki, hazırkı mülki iş üzrə iş üçün əhəmiyyəti olan bu tu n hallar aydınlaşdırılmamışdır, nəticədə məhkəmə tərəfindən bütün sübutlar tədqiq edilməmişdir. Bu halda isə iş üzrə obyektiv, tam, hərtərəfli araşdırmanın aparılması mümkün deyildir. Bu cür baxılmış mülki iş üzrə isə tam qanuni və əsaslı qətnamənin qəbul edilməsi mümkün deyildir. Məhkəmə iddia tələbinin “pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə dair və digər hissələrdə iddiaçının nümayəndəsinin mövqeyini qeyri-müəyyən səbəblərə görə ümumiyyətlə qətnamədə qeyd etməyib. Nəticədə mülki iş üzrə aparılmış araşdırma qismən natamam, qeyri-obyektiv və hətta qismən cavabdehin mövqeyinə üstünlük verməklə müşayiət olmuşdur. Məhkəmə iddia tələbini qismən təmin edərək İddiaçı ilə Cavabdeh MTK arasında ## #### 2013-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh Cavabdeh MTK-dan 164.000 (yüz altmış dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 370 (üç yüz yetmiş) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli, işə apellyasiya qaydasında baxılarkən obyektiv, tam və hərtərəfli araşdırma aparıldıqdan sonra iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehlə iddiaçı arasında bağlanmış ## #### 2013-cü il tarixli müqavilənin qüvvəyə minməsindən 11 il müddət keçməsinə baxmayaraq iddiaçının müqavilə üzrə aldığı sözügedən mənzilin yerləşdiyi 2-ci çoxmərtəbəli bina ilə əlaqədar heç bir tikinti işləri aparılmamış və hətta köçürmə işləri də həyata keçirilməmişdir və hal-hazırda da tikintidə heç bir iş getmir. Eyni zamanda nümayəndə bildirmişdir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin *** nömrəli ##.##.2018-ci il tarixli sərəncamı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2018-ci il tarixli, *** saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Belə olan halda cavabdeh tikintiyə icazə haqqında sərəncamın ləğv edilməsi, podrat müqaviləsi üzrə öhdəliyini icra edə bilməyəcəyi barədə payçı olan iddiaçıya məlumat verərək, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən mənzilə görə ödənilmiş 164.000 manat məbləğində pulu iddiaçıya qaytarmasını təklif etmək əvəzinə, həmin məbləği iddiaçıya qaytarmamış, həmin pulu qanunsuz olaraq özündə saxlamışdır. Belə olan halda məhkəmənin “hazırkı işdə zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışına yol verdiyi hallar müəyyən edilmir” kimi mövqeyi tamamilə əsassızdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən cavabdeh pul məbləğinin ödənilməsini gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 2016-cı ildən olmaqla (99 ay) illik beş faiz olmaqla cəmi 67.617 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı olaraq, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə iddiaçı İddiaçı arasında bağlanmış nömrəsiz ## #### 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə iddiaçı tərəfindən mənzilə görə 164.000 (yüz altmış dörd min) AZN məbləğində ödənilmiş pulun və mənzilə görə ödənilmiş 164.000 (yüz altmış dörd min) manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş 99 ay üçün gecikdirilmiş məbləğə ilik beş faiz, yəni 67.617 (altmış yeddi min altı yüz on yeddi) AZN (164.000x5%=8200/12=683x99=67.617) məbləğində pulun – ümumilikdə 231.617 (iki yüz otuz bir min altı yüz on yeddi) AZN məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 522 (beş yüz iyirmi iki) AZN məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən alınaraq iddiaçı İddiaçı qızına ödənilməsi barədə qətnamə, eləcə də nömrəsiz ## #### 2013-cü il tarixli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh MTK-nın rəhbərliyinə ödənilmiş 164.000 (yüz altmış dörd min) AZN məbləğində pul vəsaitini MTK müqavilə üzrə öhdəliyini icra edə bilməyəcəyini bilə-bilə, onun etibarından sui-istifadə edərək və onu aldadaraq ələ keçirib ehtiyacları üçün istifadə etməsi faktı üzrə Cavabdeh MTK-nın rəhbərliyinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi qismən təmin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə istinad etməklə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutların heç birinin araşdırılmaması, onlara düzgün qiymət verilməməsi iddiaçının formal mülahizələrinə və heç bir mötəbər sübuta söykənməyən iddiasına əsasən qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə istinad edərkən hakim hansı nəticəyə gəldiyini və hansı halları nəzərə alıb-almadıg ını qeyd etməmişdir. Belə ki, normanın da məzmunundan go ru nu r ki, o hdəliyin icra edilməməsi dedikdə qarşı tərəfin qəsdən həmin o hdəlikləri yerinə yetirməməsi başa du şu lu r. Halbuki, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş sənədlərdən də go ru nu r ki, cavabdeh MTK tikintinin başlanması, davam etdirilməsi və yekunlaşdırılması u çu n bu tu n zəruri və zəruri olmayan do vlət təşkilatlarından mu vafiq icazələri almış, tikintiyə başlamış, sadəcə sonradan bəzi do vlət orqanlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində həmin tikinti işlərinin davam etdirilməsi cavabdehin iradəsindən aslı olmayaraq yarımçıq qalmışdır. Qanunvericiliyin iddia mu ddətinin tətbiqi ilə bag lı mu ddəalarına əsaslanan ərizəni hakim qətnamədə qeyd etməmiş və ona heç bir mu nasibətini bildirməmişdir. Halbuki, iddia ərizəsinin əsası kimi iddiaçı qeyd edir ki, ##.##.2013-cü il tarixli müqavilə və maliyyə arayışına əsasən iddiaçı podrat müqaviləsinə əsasən cavabdehdən tikiləcək çoxmənzili yaşayış binasından mənzil almış və mənzilin dəyərini, yəni 164.000 manat pulu cavabdehə tam şəkildə ödəmişdir. Lakin bu günə qədər cavabdeh mənzili tikməmişdir və ona görə də, müqavilənin ləğv edilməsini və ödədiyi pulu və digər pul vəsaitlərini tələb edir. ##.##.2025-ci il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasında hazırki mülki iş üzrə iddiaçının kürəkəni Ramazanov Fuad İsa oğlu məhkəməyə sərbəst izahat verərək bildirdi ki, “indiki Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev mənim uşaqlıq dostumdur və 2016-cı ilin yanvar ayında mənə bildirdi ki, həmin bina tikilməyəcək. Mən onda bildim ki, mənim hüquqlarım pozulub və mənim mənzilim verilməyəcək.” Bununla bag lı, məhkəmə hazırlıq iclasında verdiyi iddia mu ddətinin tətbiq edilməsi ilə bag lı ərizəyə hakim heç bir mu nasibət bildirməyərək hu quqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Hazırki prosessual norma pozularaq məhkəmə mülki iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi formal mülahizələrə əsaslanmış, cavabdeh tərəfin təqdim etdiyi mötəbər sübutları isə gözardı edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırki prosessual hu quq normasının da tələbi ondan ibarətdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hazırki mülki iş üzrə çıxarılmış qətnamə isə qanuni və əsaslı deyil. Belə ki, işin faktiki halları düzgün araşdırılmamış və formal mülahizələrə əsaslanaraq cavabdehin hüquqları kobud şəkildə pozulmaqla qətnamə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli müqavilənin 6-cı maddəsinin d bəndinə əsasən, fors-major hallarında öhdəliklərin icrasını qeyri-mümkün edən sair hallar kimi dövlət orqanlarının əsassız və qanunsuz olaraq tikintini dayandırması nəzərə alınmalıdır. İddaçı hazırki iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bu tu n bunları nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin apellyasiya instansiyası qaydasında ləg v edilməsi və iddia ərizəsinin rədd edilməsi zərurəti yaranmışdır. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) X2 iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayıb, iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Nümayəndə cavabdehin apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayıb, cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Maddə 446.5. Gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq: 446.5.1. müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir; 446.5.2. əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür; 446.5.3. pul öhdəliyi üçün faizlər almaq hüququna daha malik deyildir. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * nömrəli Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi qismən təmin edildiyindən, qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, cavabdeh tərəfindən isə faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən öhdəliyi gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində pulun tutulmasına dair iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlinməməklə maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən qətnamə həmin hissədə ləğv edilərək iddia tələbinin bu hissədə qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə qeyd edir ki, hazırkı mübahisə zamanı cavabdehin üzərinə düşən öhdəliklərin icra edilməməsi işin mübahisələndirilməyən halıdır. Buna görə də, birinci instansiya məhkəməsinin öhdəliyin icrasının cavabdehin təqsiri səbəbindən icra edilməməsi əsası ilə müqaviləni ləğv etməkdə və mənzilin dəyərini cavabdehdən müqavilə öhdəliklərinin pozulması əsası ilə tutmaqla düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi həm də cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası müqavilənin ləğvinin əsaslı olubolmaması da daxil olmaqla aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi dedikdə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi başa düşülür. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə müddət nəzərdə tutulmasa da, işin və qüsurun xarakterinə, işgüzar adətlərə və ya dürüstlük qaydasına görə ağlabatan müddət əsas götürülməlidir. O, da qeyd edilməlidir ki, borclu, bir qayda olaraq onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (MM-in 448.1-448.2. mad.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni qaydada, həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən, ikitərəfli müqavilələrdə borclu öhdəliyini icra etmədiyinə görə kreditor müqavilədən çıxdıqda ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. İstinad olunan maddi hüquq normaların təhlili onu göstərir ki, müqavilənin ləğv edilməsi və ya icranı qəbul etməkdən imtina edilməsi tələbləri ilə çıxış etmək hüququnun yaranması üçün öhdəliyin icrasının gecikməsi mütləq şəkildə borclunun təqsiri üzündən baş verməlidir. Əgər gecikmə borclunun təqsiri nəticəsində baş verərsə, o, zaman müqavilənin kreditorun birtərəfli tələbi ilə ləğvi və müqavilə öhdəliyinin pozulması əsası ilə vurulan zərərin geri qaytarılması mümkün olar. Bunun əksi, yəni, öhdəliyin pozulmasının borclunun cavabdeh olmadığı hallardan qaynaqlandığı sübuta yetirildikdə isə MM-nin 448.4 və 556.1-ci maddələri tətbiq olunmaqla icranın mümkün olmaması əsası ilə avtomatik öhdəliyə xitam verilmiş olur, bu zaman isə tərəflər arasında müqavilə münasibətləri aradan qalxdığı üçün mübahisələrə əsassız varlanma qaydaları tətbiq edilir. Konstitusiya Məhkəməsinin sərgilədiyi mövqeyə görə, MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. ... Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli Qərarı) Hazırkı iş üzrə tədqiq olunan sübutlardan aydın görünür ki, tərəflər arasında bağlanan ##.##.2013-cü il tarixli müqavilə üzrə öhdəlik cavabdehin təqsiri nəticəsində icra edilməmiş və iddiaçının icraya olan marağı itmişdir. Bu səbəbdən də iddiaçının müqavilənin ləğv edilməsi, icranın qəbulundan imtina edilməsi və zərərin ödənilməsi tələbləri ilə çıxış etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası həmçinin iddia müddətinin ötürülməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçının hüquqi maneədən 2016-cı ildən xəbərdar olmasına istinad edərək iddia müddətinin başlanğıcının 377.1-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalı olduğunu iddia etmişdir. Sözügedən normada göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin istisnalardan biri də Mülki Məcəllənin 377.3-cü maddəsində nəzərdə tutulmuşdur: icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırkı işdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində icra müddəti müəyyənləşdirilməmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması 377.3cü maddəsinin təsir dairəsinə düşmüşdür. Odur ki, müqavilənin ləğvinə dair pretenziya məktubunun təqdim edildiyi tarixdən hesablanmasına dair məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı o, halda iddia müddətini ötürmüş sayıla bilərdi ki, cavabdeh əsas öhdəliyi təqsirsiz şəkildə pozsun, iddiaçını bu barədə vaxtında xəbərdar etsin və aradan qalxmış əsasla əlaqədar cavabdehin öhdəliyi əsassız varlanma nəticəsində yaransın. Hazırkı mübahisədə bu hal aşkar edilməmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (MM-in 425.1-ci mad.) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi sözügedən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışa yol verdiyi hallar müəyyən edilmir. Cavabdeh sübut etmişdir ki, müqavilə bağlanarkən onun həmin halları əvvəlcədən nəzərə alması, yaxud bu halları və nəticələrini istisna etməsi və ya aradan qaldırması mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə bu qənaətində ziddiyyətli hüquqi mövqe göstərmiş, bir tərəfdən müqaviləni ləğv edərək ödənilmiş vəsaiti tutmaqla cavabdehi öhdəliyin icrasının gecikdirilməsində təqsirli saymış, digər tərəfdən isə, cavabdehi eyni məsələdə təqsirsiz hesab edərək iddiaçını MM-nin 445.7-ci maddəsində nəzərdə tutulan faiz məbləğindən məhrum etmişdir. Halbuki, həmin faiz məbləği pul öhdəliyinin gecikdirilməsi ilə bağlıdır, hazırkı mübahisədə cavabdehin pul öhdəliyi isə müqavilənin ləğvi ilə yaranmışdır. Şəxsin əsas müqavilə öhdəliklərinin pozulmasında təqsirli olub-olmaması məsələsi isə iddia müddətinin tətbiqi baxımından əhəmiyyətlidir. Kollegiya qeyd edir ki, hazırkı işdə cavabdeh tərəfindən icra edilməli müqavilə öhdəliyi mənzilin təhvil verilməsi olmaqla pul öhdəliyi olmamışdır. Tədqiq olunan sübutlara əsasən öhdəliyin pozulmasında cavabdehin təqsiri olması müəyyən edildiyindən iddiaçının cavabdehə pretenziya ilə müraciət etdiyi vaxtdan müqavilə ləğv edilmiş sayılır. Müqavilə ləğv edildikdən sonra cavabdehin öhdəliyi artıq pul öhdəliyinə çevrilir (mənzilin dəyərinin qaytarılması). Pul öhdəliyinin icrası da cavabdeh tərəfindən təqsirli şəkildə pozulduğundan, yəni ##.##.2025-ci il tarixdə müqavilə ləğv edildikdən sonra cavabdeh iddiaçıdan aldığı 164.000 manat pul vəsaitini qaytarmadığından iddiaçı hazırkı iddia ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, iddiaçının bu dövr üçün (29 gün) cavabdehdən MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz tələbi əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehə pretenziya ünvanlaması ilə tərəflər arasında müqavilə ləğv edilmiş sayılmaqla cavabdehin iddiaçıya qarşı pul öhdəliyi yaranmışdır. Lakin, cavabdeh iddiaçıya həmin vəsaiti qaytarmaqdan da imtina etmiş, iddiaçı məhkəməyə müraciət etmişdir. Bu zaman iddiaçının MM-in 445.7-ci maddəsindən irəli gələn faiz tələbi ilə çıxış etmək hüququ yaranmışdır. Göstərilən hallara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədiyindən, cavabdehdən iddiaçının xeyrinə MM-nin 445.7-ci maddəsi ilə nəzərdə tutulan faizin tutulmaması hissəsində səhv nəticəyə gəlinmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi – “öhdəliyi gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində pulun tutulması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh Mənzil Tikinti Korperativindən iddiaçı İddiaçı xeyrinə illik beş faizə görə 660,62 manat tutulsun. İddia illik beş faiz tələbinə dair qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar