Məhkəmə qərarları › İş №2(103)-4004/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4004/2025

01.10.2025 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4004/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2010 saylı 02 avqust 2010-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar Babayev X7, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər «Nəcibə qaza Günel Teymur qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənişlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, "xxxx" MMC tərəfindən iddiaçılar Babayev X7 ilə 14 iyul 2007-ci il tarixdə 84 saylı, 83 saylı və 88 saylı, İddiaçı3 ilə 14 iyul 2007-ci il tarixdə 87 saylı, İddiaçı2 ilə 14 iyul 2007-ci il tarixdə 86 saylı və İddiaçı4 ilə 14 iyul 2007-ci il tarixdə 85 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilələr imzalanmışdır. Həmin müqavilələrin 1-ci bəndinə əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Yasamla aryonu, Sereteli, Əbilov, M.Fətəli, F.İbrahimbəyov küçələrinin kəsişməsində tikilməkdə olan binasından Babayev X6 binanın 4-cü mərtəbəsində 66,4 kv.m sahəsi olan 1 otaqlı, 3-cü mərtəbədə 70,5 kv.m sahəsi olan 1 otaqlı və 3-cü mərtəbədə 165,% kv.m sahəsi olan 4 otaqlı, İddiaçı3 3-cü mərtəbədə 146,2 kv.m sahəsi olan 3 otaqlı, İddiaçı2 139,9 kv.m sahəsi olan və 3-cü mərtəbədə yerləşən 3 otaqlı, İddiaçı4 isə 3-cü mərtəbədə 146,2 kv.m sahəsi olan 3 otaqlı mənzillər satılmışdır. Satılmış mənzillərin dəyəri iddiaçılar tərəfindən tam ödənilmişdir. Belə ki, 14 iyul 2007-ci il tarixli, 105 saylı «Maliyyə arayışına əsasən 132400 manat, 106 saylı malliyyə arayışına əsasən 56400 manat, 107 saylı maliyyə arayışına əsasən 53120 manat pul vəsaiti İddiaçı1abas oğlu tərəfindən, 14 iyul 2007-ci il tarixli 108 saylı maliyyə arayışına əsasən 111920 manat İddiaçı2 tərəfindən, 14 iyul 2007-ci il tarixli 109 saylı maliyyə arayışına əsasən 116960 manat İddiaçı3 tərəfindən, 14 iyul 2007-ci il tarixli 110 saylı maliyyə arayışına əsasən 116960 manat X2 tərəfindən «Nəcibə>> MMC-nin direktoru Cavabdeh2 ödənilmişdir. İddiaçıların özlərinin müqavilə üzrə öhdəliklərini tam icra etmələrinə baxmayaraq, cavabdeh "xxxx" MMC və onun təsisçisi direktor Cavabdeh2 öz öhdəliklərini icra etməmişlər. Belə ki, mənzillərin satılması barədə tikilərək təhvil verilməsi ilə bağlı heç bir iş görülməmişdir. İddiaçılar dəfələrlə pullarının geri qaytarılması üçün "xxxx" MMC-nin təsisçisi direktoru Cavabdeh2 müraciət etsələr də, bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Hazırda isə, "xxxx" MMC-nin işi ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində cinayət işi aparılır və "xxxx" MMC-nin direktoru Cavabdeh2 da həmin iş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçılar "xxxx" MMC və onun direktoru Cavabdeh2 ilə iddiaçılar İddiaçı1abas oğlu arasında 14 iyul 2007-ci il tarixdə 84 saylı, 83 saylı və 88 saylı, İddiaçı3 arasında 14 iyul 2007-ci il tarixdə 87 saylı, İddiaçı2 arasında 14 iyul 2007-ci il tarixdə 86 saylı və İddiaçı4 arasında 14 iyul 2007-ci il tarixdə 85 saylı yaşayış binasında mənzil tikintisi haqqında imzalanmış müqavilələrin ləğv edilməsi, «Nəcibə>> MMC-dən və onun direktoru Cavabdeh2 241920 manat tutularaq İddiaçı1abas oğluna, 111920 manat tutularaq İddiaçı2, 116960 manat tutularaq İddiaçı3, 116960 manat İddiaçı4 ödənilməsi barədə qətnamə çıxarılmasını etmişlər. İddiaçılar Babayev X7, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənişlərin qaytarılması tələbinə dair iddia ərizəsinə əlavə ilə müraciət edərək göstərmişlər ki, məlum olduğu kimi iş üzrə Cavabdeh2 barəsində AR CM-nın 178.3.1 və 178.3.2-ci maddələri ilə cinayət işi olmuş və o, həmin maddələrlə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edirlər ki, iddia predmetini təşkil edən məbləğlər Cavabdeh2 tutulmalıdır. Belə ki, ACDİTÜ Məhkəmənin 13 may 2010-cu il tarixli hökmünə əsasən A.Əlimov AR CM-nın 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, ondan zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tutulması və Cavabdeh2 "xxxx" MMC-nin payçıları ilə bağlanmış mənzil alqı-satqısı üzrə müqaviləyə əsasən əmlakının müsadirə olunması hökm edilmişdir. Gkimi məhkəmənin hökmü ilə təsdiq edilmişdir ki, Cavabdeh2 əmlakı yalnız Bakı şəhəri, Yasamal rayonu, Sereteli, Əbilov, M,Fətəli, F.İbrahimbəyov üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hökmdə həmçinin o da müəyyən edilmişdir ki, küçələrinin kəsişməsində yerləşən torpaq sahəsidir və həmin torpaq sahəsi "xxxx" MMC-nin payçılarının vəsaiti hesabına alınmışdır. Bu səbəbdən də iddia predmetini təşkil edən məbləğlər Cavabdeh2 tutularaq iddiaçılara ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar «Nəcibə>> MMC və onun direktoru Cavabdeh2 ilə iddiaçılar İddiaçı1abas oğlu arasında 14 iyul 2007-ci il tarixdə 84 saylı, 83 saylı və 88 saylı, İddiaçı3 arasında 14 iyul 2007-ci il tarixdə 87 saylı, İddiaçı2 arasında 14 iyul 2007-ci il tarixdə 86 saylı və İddiaçı4 arasında 14 iyul 2007-ci il tarixdə 85 saylı yaşayış binasında mənzil tikintisi haqqında imzalanmış müqavilələrin ləğv edilməsi, "xxxx" MMC-nin direktoru Cavabdeh2 241920 manat tutularaq İddiaçı1abas oğluna, 111920 İddiaçı2, 116960 manat tutularaq İddiaçı3 və 116960 manat İddiaçı4 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC-nin direktoru Cavabdeh2 və Babayev X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 83, 84, 88 saylı müqavilələrin, Cavabdeh2 və İddiaçı3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 87 saylı müqavilənin, Cavabdeh2 və İddiaçı2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 86 saylı müqavilənin, Cavabdeh2 və İddiaçı4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 85 saylı müqavilənin ləğv olunması, Cavabdeh2 Babayev X4 xeyrinə 241 920 manatın, İddiaçı2 xeyrinə 111 920 manatın, İddiaçı3 xeyrinə 116 960 manatın, İddiaçı4 xeyrinə 116 960 manatın tutulması qət edilmişdir. Həmin qətnamədən 08 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti verən Cavabdeh2 onun qismən – ondan Babayev X4 xeyrinə 241 920 manatın, İddiaçı2 xeyrinə 111 920 manatın, İddiaçı3 xeyrinə 116 960 manatın, İddiaçı4 xeyrinə 116 960 manatın tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayəti ilk dəfə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4923/2024 saylı qərardadına əsasən qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin vaxtında verilibverilmədiyi məsələsinə qiymət verilməsi (araşdırılması) üçün həmin məhkəməyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətini prosessual müddət ötürülməklə verildiyindən geri qaytarmışdır. Bundan sonra Cavabdeh2 apellyasiya şikayəti vermək üçün müddətin bərpasına dair verdiyi ərizə Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş, prosessual müddət bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı4 məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh2 qarşı iddia tələbinin olmadığını bildirirərək mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbindən imtinaya dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2010 saylı 02 avqust 2010-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı4 Cavabdeh2 qarşı tələbindən imtina edir, eyni zamanda iş üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ərizənin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı4 iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2010 saylı 02 avqust 2010cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Ərizənin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar