Məhkəmə qərarları › İş №2(075)-110/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-110/2024

16.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-110/2024 16.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə Ərizəçi iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 17 iyun 2005-ci il tarixdə Şəki şəhərində anadan olmuş, həmin ünvanda qeydiyyatında olan və həmin ünvanda yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 17 iyun 2005-ci il təvəllüdlü X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, o ünvan 2 ünvanında yaşayır. X8 onun oğludur və anadangəlmə oğlunun psixoloji çətinlikləri olmaqla, yataq xəstəsidir. Əri ilə aralarında olan nikah pozulmuş və oğlu onun himayəsində saxlanılmışdır. X1 o tək baxır. Hazırda psixi qüsurlu olduğuna görə X8 öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. O, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir ki, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və bundan sonra o özü X3 qəyyumu təyin edilsin. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X8 onun oğludur. Oğlu anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizəyə etirazının olmadığını bildirərək ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 03 noyabr 2023-cü il tarixli, 728 nömrəli rəyindən görünür ki, 17 iyun 2005-ci il təvəllüdlü X8 ağır dərəcəli əqli gerilik, davranş pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X8 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının aparatının Ərizəçi ünvanladığı 09 avqust 2023-cü il tarixli məktubdan görünür ki, övladı 17 iyun 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, 23 iyun 2023-cü il tarixli müayinənin nəticəsinə əsasən X8 “kvadroplegik spastik serebral iflic. Ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu. İQ əmsalı 27 faiz. Spastik tetraplegiya, Əzələ gücü 1-2 bal” diaqnozu qoyularaq, ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İşdə olan Sumqayıt şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş 11 aprel 2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 17 iyun 2005-ci il təvəllüdlü X3 atası X9, anası isə Ərizəçidır. İşdə olan Şəki rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 556 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs “Bağbanlar” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş 06 avqust 2023-cü il tarixli, 386 nömrəli arayışdan görünür ki, X4 X8 adlı ailə üzvü vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17 iyun 2005-ci il tarixdə Şəki şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 17 iyun 2005-ci il tarixdə Şəki şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar