Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-112/2021 25.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X13, Şəki regional “Asan xidmət” mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə- 1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, 2/4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Uzun müddətdir ki, həmin mənzildə tənha yaşayır. X14 adlı 1 övladı var və Kərimin də İradə adlı 1 qızı var. Gəlini isə özünün doğma bacısı qızıdır. X3 yaşayırlar. Muradov Kərim hər il ailəsi ilə birlikdə yay vaxtı onun evinə gəlib 20-25 gün qalıb istirahət edib gedirlər. 2018-ci ildə sözügedən fərdi yaşayış evini nəvəsi Cavabdeh bağışlamışdır. 2020-ci ildə oğlu Kərim onu müalicə olunması ilə bağlı Moskva şəhərinə aparmış və borc götürərək onu müalicə etdirmişdir. Təxminən 1 il Moskva şəhərində xəstəxanada müalicə almışdır. Lakin o, sonradan Moskvada qalmaq istəməmiş və onu xalası nəvəsi Bakı şəhərinə, oradan da Şəkiyə gətirmişdir. O, əmlakını nəvəsi İradəyə bağışlayarkən İradənin anası ona baxacaqlarını demişdir. Həmin vaxt İradənin 14-15 yaşı olarmış. Hazırda o tənha yaşayır və ona baxan yoxdur. Ona görə də o, əmlakını İradəyə yox, başqa bir şəxsə bağışlamaq istəyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər X13, Şəki regional “Asan xidmət” mərkəzinin notariat ofisinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər və işin başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiası təmin edilməməlidir. Belə ki, məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusundan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, 2/4 ünvanında yerləşən 17,52 kv.m olan mənzil xx.xx.1998-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusundan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, 2/4 ünvanında yerləşən 17,52 kv.m olan mənzil üzərində müqavilə bağlanan xx.xx.2018-ci il tarixinə hər hansı məhdudiyyət və yüklülük qeydə alınmayıb. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan İİİ-JQ 279975 nömrəli nikah şəhadətnaməsindən görünür ki, X10 ilə X2 arasında xx xxxx 1983-cü il tarixdə bağlanmış nikah, nikah akt qeydi kitabında 168 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan İİİ-JQ 250780 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxxx 1985ci il tarixdə Şəki şəhərində ölmüşdür. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan AZ-T 073898 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 atası X12, anası isə X1r. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan İ-QO 547363 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Rusiya Federasiyası, Kostroma şəhərində anadan olmuş Cavabdeh Kirim qızının atası X15, anası isə X4r. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli “hədiyyə verən” İddiaçı “hədiyyə alan” X13 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Şəki şəhəri, N.Nərimanov küçəsi, 2/4 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzili X9 bağışlamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, bina 2, mənzil 4 yeni qaydalarla Az 5500 ünvan 2 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Şəki şəhəri, N.Nərimanov küçəsi, 2/4 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzili X9 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən Şəki şəhəri, N.Nərimanov küçəsi, 2/4 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzil X6 mülkiyyətinə keçmişdir. İddiaçı əmlakını nəvəsi İradəyə bağışlayarkən İradənin anasının ona baxacaqlarını demməsini, həmin vaxt İradənin 14-15 yaşının olmasını, hazırda onun tənha yaşadığını və ona baxanın olmamasını, həmin mənzili başqa bir şəxsə bağışlayacağını əsas gətirərək mübahisəli mənzilə dair onunla X13 arasında bağlanmış Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X17 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Göründüyü kimi iddiaçı Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoruna gedərək onun reyestrində qeydə alınmış 4Ə-1326 saylı, xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirməklə öz mülkiyyətində olan əmlakını bağışlayaraq özgəninkiləşdirmişdir. Notariat Kontoru da qanunvericiliyə müvafiq olaraq bağışlama müqaviləsini rəsmiləşdirməklə mülkiyyətçinin iradə ifadəsinin həyata keçirilməsinə şərait yaratmışdır. Yəni mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığına səbəb olacaq hər hansı hala yol verilməmiş və iddiaçı tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Təbii ki, qeyd edilən bağışlama müqaviləsi əsasında cavabdeh DƏDRX-dən çıxarış almışdır. Bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən onun əsasında verilmiş çıxarış etibarlı hesab olunur və həmin çıxarış ləğv edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsaslı və qanuni deyil, buna görə də İddiaçı Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-112/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-112/2021
25.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver