Məhkəmə qərarları › İş №2(075)-1128/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1128/2020

03.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1128/2020 03.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh «xxxxxxxx» X5 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxx» X3rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» X8 tərəfindən akt əsasında hesablanmış 150.6 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» X5 əməkdaşları tərəfindən elektrik enerjisinin sərfiyyatına görə əsassız olaraq hesablanmış 1223.69 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Cunud kəndində yaşayır. Evinə verilən elektrik enerjisini hesab alan elektrik sayğacı onun adınadır. İşlətdiyi elektrik enerjisinin dəyərini sayğac üzrə vaxtı-vaxtında poçta ödəmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri xx xxxx 2020-ci il tarixdə evinə gələrək barəsində Akt NDM seriyalı, 019050 nömrəli akt tərtib etmişlər. Halbuki həmin akt tərtib edilərək cavabdeh təşkilatın əməkdaşları qanunvericiliklə nəzərdə tutulmuş tələbləri kobud surətdə pozmuşlar. Yəni, akt tərtib edilərək nəinki hal şahidlərinin iştirakı təmin edilməmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı təşəbbüs irəli sürülməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh təşkilatın nümayəndələri hər hansı araşdırma aparmadan illik planı bitirmək üçün öz kabinetlərində oturaraq belə bir akt tərtib etmişlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, elektrik sayğacı onun həyətində olmuş, cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq həyətinə daxil olmuş, videoçəkiliş aparmışlar. Cavabdeh «xxxxxxxx» X5 etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Cunud kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00193 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları R.Osmanov və V.Abdullayev tərəfindən Şəki rayonu Cunud kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına və elektrik xətlərinə iddiaçının iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçıya məxsus fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. Kənar xətt elektrik sayğacını qidalandıran sip xəttinin fərdi yaşayış evinin damından keçən hissədən izolyasiya pozularaq budaqlanma yolu ilə çəkildiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxx 2020-ci il tarixli, NDM 019050 saylı akt tərtib olunmuşdur. xx xxxx 2020-ci il tarixli, NDM 019050 saylı akta əsasən “xxxxxxxx” ASC-nin Akt komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 300 gün üçün 0.xx xxxxxxx 3000 kvts (dəyəri 210.00 manat) və 0.xx xxxxxxx 9197 kvts (dəyəri 1011.00 manat) toplamda 1221.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq-aşkar öz əksini tapır. Çəkilmiş həmin video görüntüdə elektrik sayğacının iddiaçının həyətində yerləşdiyi görünür. Həmçinin, video görüntüdə İddiaçı kənar xətdən istifadə etdiyini etiraf edir. Təşkiların əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx xxxx 2020-ci il tarixə qədər 31 gün üçün sərfiyyatının toplamda 150 kvts olduğu, lakin aşkar edilmiş qüsur bərpa edilkdən sonrakı 33 gün üçün artaraq xx xxxxxx 2020-ci il tarixə 442 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, qüsur aşkar olunan dövrə qədər sərfiyyat olduqca aşağı olmuşdur. Bu da onu deməyə əsas verir ki, abonent kənar xətdən istifadə edərək sayğacın aylıq sərfiyyatını aşağı salmışdır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Şəki rayonu Cunud kəndində yaşadığı fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00193 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, Akt NDM seriyalı, 019050 nömrəli aktdan görünür ki, İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri M.Abdullayev tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 300 gün üçün 0.xx xxxxxxx 3000 kvts (dəyəri 210.00 manat) və 0.xx xxxxxxx 9197 kvts (dəyəri 1011.00 manat) olmaqla, toplamda 1221.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xətt ləğv edilmişdir. İş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı məxsus mənzildə 31 gün üçün, yəni xx xxxx 2020-ci il tarixədək elektrik enerjisi sərfi 150 kvts, sayğac dəyişildikdən sonra artaraq 33 gün üçün, yəni xx xxxxxx 2020-ci il tarixədək elektrik enerjisi sərfi 442 kvts olmuşdur. İş materiallarında olan cavabdeh «xxxxxxxx» X8 tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı istehlakçı İddiaçı məxsus elektrik sayğacının abonentin həyətində quraşdırıldığı, sonuncunun sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarında və iş materiallarında tədqiq edilən sübutlarda İddiaçı yaşadığı Şəki rayonu Cunud kəndində yerləşən mənzildə xx xxxx 2020-ci il tarixdə X1 qaydalarının tələblərinin pozulması faktı öz təsdiqini tapmışdır. Belə ki, elektrik sayğacı İddiaçı həyətində olmuş, sonuncu sayğacdan kənar xətdən istifadə etmişdir. Sözügedən elektrik sayğacı yalnız iddiaçının nəzarət etdiyi ünvanda olmuş və həmin sayğaca başqasının müdaxilə etməsi qeyri-mümkün olmuşdur. Bununla belə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar formal xarakter daşımışdır. Bundan başqa sayğac dəyişdildikdən sonra hesabladığı yük artmışdır. Bu isə bir daha onu sübut edir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdeh təşkilata məxsus elektrik sayğacı yararsız vəziyyətə gətirilmiş, abonent kənar xətdən istifadə edərək aylıq sərfiyyatı aşağı salmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxxxxxx» X3rşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı «xxxxxxxx» X5 əməkdaşları tərəfindən elektrik enerjisinin sərfiyyatına görə əsassız olaraq hesablanmış 1223.69 manat məbləğində borcun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar