Məhkəmə qərarları › İş №2(075)-1152/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1152/2020

20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1152/2020 20.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********9 saylı abonent kod hesabına vurulmuş NDQ seriyalı, 007557 nömrəli akt üzrə 1900.00 (bir min doqquz yüz) manat borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum nənəsi X3 mirasını faktiki qəbul etməklə Şəki rayonu Oraban kəndində ailəsi ilə birlikdə yaşayır. O, maddi imkanının zəif olması səbəbindən istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəyir. Əslində o, həyat yoldaşı ilə tək qaldığından elektrik enerjisindən çox istifadə etmirlər. O, taxta ustasıdır. Məişətdə istifadə etdiyi əşyaları həyətdə özünə məxsus dəzgahla özü hazırlayır. Həmin dəzgah bir fazada işləmədiyi üçün həyətə üçfazalı naqil çəkdirmişdir. Lakin həmin sex uzun məddətdir ki, işləmir. xx xxxx 2020-ci il tarixdə işıq idarəsinin işçiləri evlərinə baxış keçirərkən yaşadıqları evə məxsus və həmin dəzgahı işlətmək üçün olan sayğaca baxış keçirərkən guya ona müdaxiləni aşkar etmişlər. Həmin vaxt onlara ümumiyyətlə həmin dəzgahdan istifadə etmədiyini bildirmiş, cavabdehin əməkdaşları evə məxsus sayğacı şəbəkədən ayırıb akt tərtib etmişlər. Lakin bir müddət sonra geri qayıdıb əslində səhv etdiklərini üçfazalı sayğacda müdaxilə olduğunu bildirərək evə məxsus sayğaçı qoşmuş, dəzgaha məxsus sayğacı şəbəkədən ayırıb getmişlər. O, həmin sayğacla heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Adına mövcud olan VÖEN kənd təsərrüfatı təyinatlı olmuş və 3-4 il qabaq dondurulmuşdur. Yəni cərimə yazılan vaxt o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmamış və ya fəaliyyətini hər hansı şəkildə həyata keçirməmişdir. Sonradan işıq idarəsinə müraciət etdikdə ona 1900 manat cərimə yazıldığı barədə məlumat almışdır. O, elektrik enerjisindən istifadə qaydalarını pozmamışdır. Hesab edir ki, yazılan cərimə də əsassızdır. Ona görə də əsassız hesablanmış akt üzrə məbləğ silinməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (dülgər sexi) X3 adına olmaqla Şəki EŞ-nin enerji satış bazasında **********01189 (**********9) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Qeyd olunduğu kimi xx xxxx 2020-ci il tarixli, NDQ 007557 saylı akt tərtib olunan sayğac Şəki EŞ-nin enerji satış bazasında X3 adına qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X4 aiddir. Məmmədov Mövlam Binyamin oğlunun iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Həmçinin, İddiaçı “xxxxxxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi ilə Şəki Rayon Məhkəməsində iddia qaldırması tamamilə əssasız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prosessual normalar pozulmuşdur. Belə ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsi Şəki EŞ-nin enerji satış bazasında **********01189 (**********9) saylı kod altında qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır. Bu səbəbdən də iş iqtisadi iş olduğu üçün iddia rayon məhkəməsində deyil, kommersiya məhkəməsində qaldırılmalı idi. Bundan başqa xx xxxx 2020-ci il tarixində “xxxxxxxx” ASCnin əməkdaşları R.Osmanov, V.Abdullayev və V.Səmədov tərəfindən Şəki rayonu Oraban kəndində yerləşən iddiaçının istifadəsində olan X5 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı obyektə və fərdi yaşayış evinə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxx 2020-ci il tarixli, NDQ 007557 saylı akt tərtib olunmuşdur. Sayğac uçot dəstinə baxış keçirilərək nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq-aşkar öz əksini tapır. Həmçinin, çəkilmiş həmin video görüntüdə iddiaçı kənar xətdən istifadə etdiyini etiraf edir. Bundan sonra xx xxxx 2020-ci il tarixli, NDQ 007557 saylı akta əsasən “xxxxxxxx” ASC-nin Akt komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 365 gün üçün 0.xx xxxxxxx 21200 kvts, dəyəri 1908.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, X1 EŞ-nin enerji satış bazasında **********01189 (**********9) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına olan, xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli aktdan görünür ki, obyektə və fərdi yaşayış evinə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkar edilmişdir. Abonentin nümayəndəsi kimi qeyd edilmiş Adil Məmmədov aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri M.Abdullayev tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli “Texniki sahələr üzrə tələblər”dən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.xx xxxxxxx 21200 kvts, 1908.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xəttin ləğv edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Kəldək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 272 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum nənəsi X4 məxsus, Şəki rayonu Oraban kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının və cavabdeh «xxxxxxxx» ASCnin “Şimal-Qərb” X6 və Satışı İdarəsinin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olması İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********01189 (**********9) saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh «xxxxxxxx» ASC- nin “Şimal-Qərb” X6 və Satışı İdarəsinin nümayəndəsinin dedikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçıya məxsus Şəki rayonu Oraban kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək NDQ seriyalı, 007557 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin istehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda iddiaçının sayğacdan kənar şəkildə elektrik enerjisindən istifadə etməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa NDQ seriyalı, 007557 nömrəli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı mərhum nənəsi X2 qalma Şəki rayonu Oraban kəndində yerləşən miras əmlakı qəbul etmiş və hal-hazırda həmin miras əmlakda yaşayır. Məhkəmə cavabdehin nümayəndəsinin işin rayon məhkəməsində deyil, kommersiya məhkəməsində baxılmalı olması ilə bağlı fikirlərinə münasibətdə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli Qərarının 24-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxxxxxx” ASC, “xxxxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi İddiaçı heyvandarlıqla əlaqəli əkinçilik fəaliyyəti ilə məşğul olan fərdi sahibkar statusuna malik olan fiziki şəxs kimi xx xxxxxx 2016-cı il tarixdə dövlət qeydiyyatından keçmiş və hazırda fəaliyyətini dayandırmışdır. Odur ki, iş materialları ilə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olması sübut olunmur. İş materiallarının tədqiqi nəticəsində müəyyən olundu ki, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacda qüsurun bərpa edilməsi günündə **********01189 (**********9) saylı kod altında istehlakçı kimi qeydiyyatda olan X3 xx xxxx 2020-ci il tarixə 21200 kvts enerji istehlak etmiş və onun 1908 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli akt əsasında İddiaçı 1908 manat borcun hesablanması müəyyən edilmişdir. Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli akt əsasında **********01189 (**********9) saylı abonent kod hesabına 1908 manat borc yazılsa da, İddiaçı hesabından 1900 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı xx xxxx 2020-ci il tarixə 1908.00 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia təmin edilməli, cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş abonent (əsas istehlakçı və ya subabonent) qrupuna dair xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli akt əsasında **********01189 (**********9) saylı abonent kod hesabında qeydə alınmış 1900.00 (bir min doqquz yüz) manat borc əsassız hesab edilərək X3 hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş abonent (əsas istehlakçı və ya subabonent) qrupuna dair xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli akt əsasında **********01189 (**********9) saylı abonent kod hesabında qeydə alınmış 1900.00 (bir min doqquz yüz) manat borc X3 hesabından silinsin. «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar