Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-119/2021 04.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 010958 nömrəli akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, mərhum anası X5 mirasını faktiki qəbul etməklə Şəki rayonu Aşağı Göynük kəndində ailəsi ilə birlikdə yaşayır. Evinə verilən elektrik enerjisini hesab alan elektrik sayğacı da anasının adınadır. İşlətdiyi elektrik enerjisinin dəyərini sayğac üzrə vaxtı-vaxtında poçta ödəmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri xx xxxxxx 2020-ci il tarixdə evinə gələrək barəsində Akt R seriyalı, 185042 nömrəli akt tərtib etmişlər. Halbuki həmin akt tərtib edilərək cavabdeh təşkilatın əməkdaşları qanunvericiliklə nəzərdə tutulmuş tələbləri kobud surətdə pozmuşlar. Yəni, akt tərtib edilərək nəinki onun, hal şahidlərinin iştirakı da təmin edilməmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı təşəbbüs irəli sürülməmişdir. Aktdakı imza da ona məxsus deyildir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh təşkilatın nümayəndələri hər hansı araşdırma aparmadan belə bir qanunsuz akt tərtib etmişlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, elektrik sayğacı onun həyətində olmuş, cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq həyətinə daxil olmuş, videoçəkiliş aparmışlar. Həmin müddət ərzində cavabdehin hesabına ödənişlər etmişdir və bununla bağlı qəbzləri mövcuddur. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Aşağı Göynük kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında X5 adına **********00335 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Qeyd olunduğu kimi xx xxxxxx 2020-ci il tarixli, R185042 saylı akt tərtib olunan sayğac Şəki EŞ-nin enerji satış bazasında X5 adına qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X7 aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları X.Hacıbabayev, V.Cəlilov və X.Abdullayev tərəfindən Şəki rayonu Aşağı Göynük kəndində yerləşən X7 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə “X3 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacı dövriyyədən kənarlaşdıraraq birbaşa xətt vasitəsi ilə enerjidən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X3 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxxxx 2020-ci il tarixli, R185042 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş aktın doğruluğunu İddiaçı öz imzasıyla təsdiq etmişdir. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq-aşkar öz əksini tapır. xx xxxxxx 2020-ci il tarixli, R185042 saylı akta əsasən “xxxx’' ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.xx xxxxxxx 3650 kvt.s (dəyəri 255.50 manat) və 0.xx xxxxxxx 3095 kvt.s (dəyəri 340.45 manat) toplamda 595.95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını favdalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən həmin müddət ərzində edilmiş ödənişlər kənar xətdən qoşulmadan əvvəl sayğacda yaranmış qalıq borc üzrə ödənişlərdir. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Abunə haqqında məlumatdan görünür ki, X2 EŞ-nin enerji satış bazasında **********00335 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Şəki şəhər İHB-nin Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. xx xxxxxx 2020-ci il tarixli, R seriyalı, 185042 nömrəli aktdan görünür ki, X7 məxsus elektrik sayğacına baxış zamanı abonentin sayğacı dövriyyədən kənarlaşdıraraq birbaşa xətt vasitəsi ilə enerjidən istifadə etdiyi aşkar edilmişdir. Aktın doğruluğunu İddiaçı öz imzasıyla təsdiq etmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.xx xxxxxxx 3650 kvt.s (dəyəri 255.50 manat) və 0.xx xxxxxxx 3095 kvt.s (dəyəri 340.45 manat) toplamda 595.95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xətt ləğv edilmişdir. Abunə haqqında məlumat cədvəlindən görünür ki, X7 məxsus mənzildə xx xxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək heç bir yük qeydə alınmamışdır. «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı istehlakçı X1 kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X3 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X3yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı anası X4 qalma Şəki rayonu Aşağı Göynük kəndində yerləşən miras əmlakı qəbul etmiş və hal-hazırda həmin miras əmlakda yaşayır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarında və iş materiallarında tədqiq edilən sübutlarda İddiaçı yaşadığı Şəki rayonu Aşağı Göynük kəndində yerləşən mənzildə xx xxxxxx 2020-ci il tarixdə X3 qaydalarının tələblərinin pozulması faktı öz təsdiqini tapmışdır. Belə ki, elektrik sayğacı İddiaçı həyətində olmuş, sonuncu sayğacdan kənar xətdən istifadə etmişdir. Sözügedən elektrik sayğacı yalnız iddiaçının nəzarət etdiyi ünvanda olmuş və həmin sayğaca başqasının müdaxilə etməsi qeyri-mümkün olmuşdur. Bununla belə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar formal xarakter daşımışdır. Bundan başqa sayğacın 01 (bir) il 04 (dörd) ay müddət ərzində heç bir yük qeydə almadığı müəyyən edilmişdir. Bu isə bir daha onu sübut edir ki, həmin müddət ərzində sayğacdan kənar qoşulma olmuşdur. Həmçinin, xx xxxxxx 2020-ci il tarixli, R seriyalı, 185042 nömrəli aktın doğruluğunu İddiaçı öz imzasıyla təsdiq etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 010958 nömrəli akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-119/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-119/2021
04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver