Məhkəmə qərarları › İş №2(075)-1191/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1191/2021

29.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1191/2021 29.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Rüstəmov Tural Siracəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1953-cü il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, o, Şəki şəhəri, S/Mümtaz küçəsi küçəsi ev 7/3 ünvanında yaşayır. X6 onun həyat yoldaşıdır və 2 ildən artıq müddətdir ki, yataq xəstəsidir.Həmin vaxtdan həyat yoldaşı X5 özü baxır.X1 psixi qüsurlu olduğuna görə öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir.Ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. X6 psixi qüsurlu olduğundan sosial müdafiə, bank, notariat orqanlarında heç bir sənədləri imzalaya bilmir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizəsi əsaslıdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs nümayəndəsi X7 göstərdi ki, həqiqətən də, Ərizəçi həyat yoldaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. Ərizəçi bununla bağlı lazımi sənədləri məhkəməyə təqdim etmişdir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən X6 öz hərəkətlərinin mənasını anlamır və onları idarə etmək qabiliyyətinə malik deyildir. Bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmir. İşdə olan AZE seriyalı, 03154410 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 11 iyul 1953-cü il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1958-ci il ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən 03 iyul 1976-cı ildə verilmiş 115 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında 03 iyul 1976-cı il tarixdə nikah bağlanmışdır. İşdə olan Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən 19 aprel 2021-ci il tarixdə verilmiş 385 nömrəli arayışda göstərilmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsi ev 7/3-də yaşayan 1953-cü il təvəllüdlü X6 19 aprel 2021-ci il tarixdən X8 dispanser müşahidəsindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 417 nömrəli rəydən görünür ki, X6 altsheymer xəstəliyində gecikmiş demensiya (ağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xroniki xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 1953-cü il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan X6 uzun müddətdir ki, psixi xəstəliyindən əziyyət çəkir. Hətta, X6 19 aprel 2021-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Arvadı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyul 1953-cü il təvəllüdlü həyat yoldaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X6 altsheymer xəstəliyində gecikmiş demensiya (ağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin də müvafiq rəyi vardır. X4 həyat yoldaşı, hazırki iş üzrə Ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 11 iyul 1953-cü-cu il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ərizəçi dövlətə ödədiyi pulu tələb etmədiyindən 10 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 11 iyul 1953-cü ildə il tarixdə Şəki şəhərində anadan olmuş, ünvan 2 ünvanda yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi dövlətə ödədiyi 10 (on) manat rüsum xərci özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ Az 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 tel: (024) 244-70-13, faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-1191/2021 29 sentyabr 2021-ci il Ərizəçi: Ərizəçi (Şəki şəhəri, S.Mümtaz küçəsi ev 7/3 Maraqlı şəxs: Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilk Komisiyasına (Şəki şəhəri, 20 Yanvar küçəsi) Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2 (075)-1191/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: qətnamə 02 vərəqə, 03 səhifə Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar