Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1208/2020 01.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 276 (iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, cəmi 303 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********19179 olan Samsung Galaxy A50 markalı telefon, Araree A cover və X3 qoruyucu örtüklər üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd)manat cərimə, cəmi 270 manat, ümumilikdə 573 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 603 manat Cavabdeh alınaraq «AВС Telekom» X1 ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV, İMEİ Kodu **********19179 olan Samsung Galaxy A50 markalı telefon, Araree A cover və X3 qoruyucu örtüklər almış və nəticədə 573 (beş yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 829 (səkkiz yüz iyirmi doqquz)manat (18 ay x 46 manat + 1 manat ilkin ödəniş)Samsung LED TV üçün ümumilikdə, 303 (üç yüz üç) manat olmaqla ondan. 276 (iki yüz yetmiş altı)manat ödənilməmiş hissə, cərimə 82 manat (0.46 manat x 180 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 763 (yeddi yüz altmış üç)manat(6 ay x 123 manat + 25 manat ilkin ödəniş)İMEİ Kodu **********19179 olan Samsung Galaxy A50 markalı telefon, Araree A cover və X3 qoruyucu örtüklər üçün ümumilikdə, 270 (iki yüz yetmiş) manat olmaqla ondan, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, cərimə 73 manat (1.23 manat x 60 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1070 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 276 (iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, cəmi 303 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********19179 olan Samsung Galaxy A50 markalı telefon, Araree A cover və X3 qoruyucu örtüklər üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd)manat cərimə, cəmi 270 manat, ümumilikdə 573 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 603 manatCavabdeh alınaraq «xxxxxxxxxxx» X2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxxxxxxxxx» MMC-nin ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 276 (iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, cəmi 303 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********19179 olan Samsung Galaxy A50 markalı telefon, Araree A cover və X3 qoruyucu örtüklər üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd)manat cərimə, cəmi 270 manat, ümumilikdə 573 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 603 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1208/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1208/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver