Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1217/2021 09.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN:105 nömrəli, kod 40403018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə 02 iyun 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, 17 iyun 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin sonuncu məhkəmə baxış iclası bu günə, yəni 09 avqust 2021-ci il tarixə, saat 09:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 09 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1217/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1217/2021
09.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver