Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1218/2021 16.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 barəsində "xxxx" ASC-nin X13 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 14 fevral 2019-cu il tarixli və 06 avqust 2020-ci il tarixli aktlar əsasında hesablanmış borcların silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Baş Şabalıd kəndində yaşayır. Həmişə işlətdikləri elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmiş, həmişə sayğac üzrə ödəniş aparmışlar. Lakin cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadıqları ünvan üzrə mərhum atası X3 barəsində 14 fevral 2019-cu il tarixli və 06 avqust 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq atası barəsində belə bir akt tərtib etmişlər. Belə ki, atası X5 30 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Hazırda yaşadıqları ünvan üzrə yerləşən sayğacda mərhum atasının adına qanunsuz olaraq tərtib edilmiş aktlar əsasında hüquqları kobud surətdə pozulmaqdadır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X7 qaydalarının” tələblərini pozmuş, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə X7 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onların evdə olmamağından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məşət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, abunə kodu onun atası X3 adınadır. Atası 30 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Mirası faktiki olaraq qəbul etməklə həmin ünvandakı evdə ailəsi ilə birlikdə yaşayır. 2019-cu il tarixdə onlara məxsus elektrik sayğacı yanmış, bu barədə sahə rəisi Kamran müəllimə məlumat vermiş, ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət etmişdir. Hazırda həmin rəsmi müraciəti ilə bağlı hər hansı sənəd təqdim edə bilmir. Lakin sayğaca baxan olmamışdır. Ona görə də məcbur qalıb sayğacı kənar xəttə qoşaraq istifadə etmişlər. 2020-ci ildə elektrik sayğacı smart tipli sayğacla əvəz edilmişdir. Hazırda karta ödəniş etdikdə həmin məbləğ cəriməyə tutulur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, Şəki rayonu Baş Şabalıd kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X3 adına olmaqla **********00154 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 14 fevral 2019-cu il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları V.Lətifov, N.Həmidov, N.Cəfərov və S.Məmmədov tərəfindən Şəki rayonu Baş Şabalıd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi S.Abdullayevanın iştirakı ilə “X7 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının yerində olmadığı və abonentin birbaşa kənar xətt vasitəsi ilə qoşularaq X7 etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X7 Qaydalarının 8.32-ci bəndinin tələbinə uyğun olaraq 14 fevral 2019-cu il tarixli, R118354 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 15 fevral 2019-cu il tarixdə Şəki EŞ-nin əməkdaşları tərəfindən aşkar olunmuş qüsur aradan qaldırılmış, iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırılaraq möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 14 fevral 2019-cu il tarixli, R118354 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 20 fevral 2019-cu il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.07 manatla 1800 kvt.s (dəyəri 126.00 manat) və 0.11 manatla 3389 kvt.s (dəyəri 372.79 manat) toplamda 498.79 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Akt tərtib edildikdən bir müddət sonra 06 avqust 2020-ci il tarixdə "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin əməkdaşları N.Məmmədkərimov, V.Nəsibov və S.Aslanov tərəfindən Şəki rayonu Baş Şabalıd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi Qərinə Abdullayevanın və qonşusu Mübariz Abdullayevin iştirakı ilə “X7 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının baxış ekranında görüntünün olmadığı və elektrik sayğacının axan yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X7 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 06 avqust 2020-ci il tarixli, R185230 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş aktı idddiaçının nümayəndəsi Qərinə Abdullayevə öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən 20 avqust 2020-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın 25 avqust 2020-ci il tarixli, 181375 saylı protokolu ilə elektrik sayğacının qısa qapanma nəticəsində daxili sxemin yandığı barədə rəy verilmişdir. Tərtib edilmiş 06 avqust 2020-ci il tarixli, R185230 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 28 avqust 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 77 gün üçün 0.07 manatla 427 kvts, dəyəri 29.89 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 13 iyul 2017-ci il tarixdən 13 fevral 2019-cu il tarixə qədər 612 gün üçün sərfiyyatın 0 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə, yəni 11 mart 2019-cu il tarixdən 14 iyun 2020-ci il tarixə qədər 474 gün üçün artaraq 1685 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (1685 kvts) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki rayonu Baş Şabalıd kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş aktlar “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin aktlara müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, abonentə məxsus sayğacın yanması və ya işləməməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət olunmamışdır. Sözügedən qüsur isə "EEİQ"-nin tələblərinə uyğun baxış keçirilərkən aşkar edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: X1 EŞ-nin enerji satış bazasında **********00154 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş İ-ПН seriyalı, 673118 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 30 iyul 2012-ci il tarixdə vəfat etmişdir. 14 fevral 2019-cu il tarixli, R seriyalı, 118354 nömrəli aktdan görünür ki, X4 məxsus elektrik sayğacına “X7 Qaydaları”na uyğun baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının yerində olmadığı və abonentin sayğacsız X7 etdiyi aşkar edilmişdir. 15 fevral 2019-cu il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, istehlakçı X4 məxsus olan sayğac yenisi ilə əvəzlənmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş 20 fevral 2019-cu il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.07 manatla 1800 kvt.s (dəyəri 126.00 manat) və 0.11 manatla 3389 kvt.s (dəyəri 372.79 manat) toplamda 498.79 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Yeni sayğac quraşdırılmışdır. 06 avqust 2020-ci il tarixli, R seriyalı, 185230 nömrəli aktdan görünür ki, X4 məxsus sayğac uçot dəstinə “X7 Qaydaları”na uyğun baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının baxış ekranında görüntünün olmadığı və elektrik sayğacının axan yükü qeyd etmədiyi aşkar edilmişdir. 20 avqust 2020-ci il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, istehlakçı X4 məxsus olan sayğac smart tipli sayğacla əvəz edilmiş, əvvəlki sayğac möhürlənmiş və rəyə götürülmüşdür. 25 avqust 2020-ci il tarixli, 181375 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, istehlakçı X4 məxsus olan elektrik sayğacının daxili sxeminin qısa qapanma nəticəsində yandığı aşkar edilmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 28 avqust 2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 77 gün üçün 0.07 manatla 427 kvts, dəyəri 29.89 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Yeni sayğac quraşdırılmışdır. Abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı 13 iyul 2017-ci il tarixdən 13 fevral 2019-cu il tarixə qədər 612 gün üçün istifadə etdiyi elektrik enerjisi sərfiyyatı 0 kvts, sayğac dəyişildikdən sonra, yəni 11 mart 2019-cu il tarixdən 14 iyun 2020-ci il tarixə qədər 474 gün üçün elektrik enerjisi sərfiyyatı 1685 kvts olmuşdur. "xxxx" ASC Şimal-Qərb RETSİ tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 1/13/2285 nömrəli məlumatdan görünür ki, Şəki rayonu Baş Şabalıd kəndində yerləşən və "xxxx" ASC-nin enerji satış bazasında **********00154 saylı abonu kodu ilə X3 adına qeydiyyatda olan fərdi yaşayış evində elektrik sayğacının işləməməsi və ya başqa məsələ ilə bağlı Şimal-Qərb RETSİ-nə ya X11 heç bir ərizə daxil olmamışdır. Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli, 685 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki rayonu Baş Şabalıd kəndində yaşayır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı mərhum atası X2 qalma Şəki rayonu Baş Şabalıd kəndində yerləşən miras əmlakı qəbul etmiş və hal-hazırda həmin miras əmlakda yaşayır. Odur ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X7 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X7 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X7yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X7yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X7 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X7 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X7yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X7 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarında və iş materiallarında tədqiq edilən sübutlarda İddiaçı yaşadığı Şəki rayonu Baş Şabalıd kəndində yerləşən mənzildə 14 fevral 2019-cu il tarixdə X7 qaydalarının tələblərinin pozulması faktı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı sayğacdan kənar xətdən istifadə etmişdir. Sözügedən elektrik sayğacı yalnız iddiaçının nəzarət etdiyi ünvanda olmuşdur. Həmin sayğaca başqasının müdaxilə etməsi qeyri-mümkün olmuşdur. Bununla belə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar formal xarakter daşımışdır. Bundan başqa iddiaçı özü də sayğacın yandığını, lakin cavabdeh təşkilat tərəfindən sayğaca baxan olmadığından məcbur qalıb kənar xətt vasitəsilə X7 etdiyini etiraf etmişdir. İddiaçı sayğacın 2019-cu ildə yandığını bildirsə də, elektrik sayğacı 13 iyul 2017-ci il tarixdən 13 fevral 2019-cu il tarixə qədər 612 gün üçün heç bir yük hesablamamış, yalnız 14 fevral 2019-cu il tarixdə aşkar edilmiş qüsur aradan qaldırıldıqdan və yeni sayğac quraşdırıldıqdan sonra bir neçə həftə ərzində istifadə edilmiş elektrik enerjisinin dəyəri toplamda 7.63 manat olmuşdur. Beləliklə, istehlakçı İddiaçı istifadəsində olan elektrik sayğaclarını qüsur aşkar edilməzdən əvvəl və sayğac dəyişdirildikdən sonra müqayisə etdikdə istifadə edilmiş elektrik enerjisi sərfiyyatının miqdarında nəzərə çarpacaq artma müşahidə edilir. Həmçinin, iddiaçı sayğac heç bir yük qeyd etmədiyi halda bir neçə aydan bir 5-10 manat məbləğində ödənişlər aparmışdır. Bundan başqa iddiaçı elektrik sayğacının yandığını və bu barədə sahə nəzarətçisinə, X11 rəsmi məlumat verdiyini bildirsə də, iddiaçı sayğacın yenisi ilə əvəz edilməsi tələbi ilə rəsmi qaydada cavabdeh təşkilata müraciət etməmiş, bununla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə 06 avqust 2020-ci il tarixli, R seriyalı, 185230 nömrəli aktın ləğv edilməsinə münasibətdə qeyd edir ki, elektrik sayğacı qısa qapanma nəticəsində yanmış, lakin abonent yenə də sayğacın yanması və ya digər tələblə rəsmi qaydada cavabdeh təşkilata müraciət etməmiş, sayğacının axan yükü qeyd etmədiyi yalnız sayğac uçot dəstinə “X7 Qaydaları”na uyğun baxış keçirildikdən sonra aşkar edilmişdir. Elektrik sayğacı 14 iyun 2020-ci il tarixdən 06 avqust 2020-ci il tarixə qədər heç bir yük hesablamamış, yalnız 06 avqust 2020-ci il tarixdə aşkar edilmiş qüsur aradan qaldırıldıqdan və smart tipli yeni sayğac quraşdırıldıqdan sonra sayğac yükü qeyd etməyə başlamışdır. Bütün bunlar isə bir daha onu sübut edir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdeh təşkilata məxsus elektrik sayğacları yararsız vəziyyətə gətirilmiş, uçotsuz istifadə edilmiş elektrik enerjisinə görə iddiaçının adına rəsmiləşdirilmiş **********00154 saylı enerji hesabında 14 fevral 2019-cu il tarixli və 06 avqust 2020-ci il tarixli aktlar üzrə müvafiq olaraq 498.79 manat və 29.89 manat borc ödənilməmişdir. Həmçinin, İddiaçı həmin aktlar əsasında hesablanmış borcdan müxtəlif vaxtlarda ödənişlər etmişdir ki, bu da onun mübahisəli aktlarda göstərilən qüsuru törətməsini etiraf etməsi kimi qəbul edilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «mərhum atası X3 barəsində "xxxx" ASC-nin X13 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 14 fevral 2019-cu il tarixli və 06 avqust 2020-ci il tarixli aktlar əsasında hesablanmış borcların silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1218/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1218/2021
16.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver