Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1241/2020 09.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı əsasında verilmiş JN- 0002 seriyalı, 40416018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş X12 ilə Ərizəçi eyni şəxs olması hüquqi fakti müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X14 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Torpaq X7 uyğun olaraq Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Şəki rayonu, Suçma kəndində yerləşən 3,39 hektar torpaq sahəsi verilmişdir. Belə ki, Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə ailələrinə verilmiş 3,39 hektar torpaq sahəsinə JN- 0002 seriyalı, 40416018 kodlu “Torpağa mülkiyyət hüququna dair' Dövlət Aktı verilmişdir. Həmin Aktda ərizəçinin adı “Elgün” əvəzinə səhvən “Elnur” kimi qeyd edilmişdir. Halbuki onun övladının adı Elgündür. Onlar Şəki rayonu Suçma kendində yerləşən sözügedən torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X24 müraciət etmişlər. Həmin müraciətə cavab olaraq iş üzrə maraqlı şəxs məktub göndərərək bildirmişdir ki, JN- 0002 seriyalı, 40416018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən hüquq sahibi olan Ərizəçi adının “Elnur” kimi səhv qeyd olunduğunun müəyyən edilmiş, buna görə də müvafiq çıxarışın verilməsindən imtina edilmiş və onlara qeyd edilən çatışmamazlıqlarla bağlı məhkəməyə müraciət etmələri göstərilmişdir. Göründüyü kimi, sözügedən Aktda ərizəçinin adı səhvən “Elnur” kimi qeyd olunmuşdur. Torpağa Mülkiyyət hüququna dair dövlət Aktında adın səhv qeyd edilməsi Torpaq İslahatı aparan şəxslərin təqsirindən baş vermişdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Azərbaycan Respublikası Torpaq X7 uyğun olaraq Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Şəki rayonu, Suçma kəndində yerləşən 3,39 hektar torpaq sahəsi verilmişdir. Belə ki, Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə ailələrinə verilmiş 3,39 hektar torpaq sahəsinə JN- 0002 seriyalı, 40416018 kodlu “Torpağa mülkiyyət hüququna dair' Dövlət Aktı verilmişdir. Həmin Aktda ərizəçinin adı “Elgün” əvəzinə səhvən “Elnur” kimi qeyd edilmişdir. Halbuki onun oğlu, yəni Ərizəçidur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, ərizəçi onun qaynıdır. Xeyli müddətdir ki, ərizəçi ilə münasibəti vardır. Sözügedən N-0002 seriyalı, 40416018 kodlu “Torpağa mülkiyyət hüququna dair' Dövlət Aktında ərizəçinin adı “X12” kimi qeyd edilsə də, əslində ərizəçi “Ərizəçi”dur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-0002, KOD 40416018 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X10 xx xxxxxx 1997ci il tarixli, 41 nömrəli qərarına əsasən X14, X13, X12 və X2 cizgidə göstərilən sərhəd daxilində 3,39 hektar torpaq sahəsi verilmişdir. İşdə olan XİV-388462 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1989-cu il təvəllüdlü Ərizəçi atası X14, anası isə X5r. İşdə olan AZ-İİ 298194 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X9 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 425 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan AZ-İV 224302 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X3 atası Ərizəçi, anası isə X4r. İşdə olan Şəki rayonu, Suçma kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 310 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, Ərizəçi adının doğum tarixindən yazılış forması “Elgün”-dür. X26 Hakimiyyəti Başçısının Suçma kənd X22 üzrə Nümayəndəliyinin Təsərrüfatbaşına kitabında bu ad “Elgün” olaraq göstərilmişdir. Ərizəçi 3-cü mülkiyyət hüquqlu şəxs kimi göstərildiyi “Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktında’’ (JN- 0002, kod: 40416018, verilmə tarixi xx.xx.1998, Şəki rayon torpaq şöbəsi) onun adı yanlış olaraq “Elnur” kimi qeyd edilmişdir. Ərizəçi ilə sözü sedən aktda adı yanlış göstərilmiş X12 eyni şəxsdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, JN-00xx xxx 40416018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş X6 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X10 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə X8 adına verilmiş JN- 00xx xxx 40416018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı səhv olaraq qeyd edilmiş X6 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1241/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1241/2020
09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver