Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1244/2021 02.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif оğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 kаtibliyi, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində “X4 Şəbəkəsi” MMCnin əməkdaşlarının tərtib etdikləri 24 dekabr 2012-ci il tarixli akt əsasında hesablanmış 535.08 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı məhkəməyə 13 iyul 2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (çayxana) "xxxx" ASC-nin enerji satış bazasında iddiaçının adına **********00216 (**********6) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Həmin abonent kodu qeyri-əhali qruplarına məxsusdur. Odur ki, hazırkı işə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarına əlavə edilmiş, Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan göründüyü kimi İddiaçı vergi ödəyicisi olmaqla fərdi sahibkar statusu əldə edən fiziki şəxs, cavabdeh "xxxx" ASC isə hüquqi şəxsdir. Həmçinin, iş materiallarından görünür ki, onun ləğv edilməsini tələb etdiyi məbləğ onun istifadəsində olan çayxana fəaliyyəti ilə məşğul olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi qeyri-yaşayış sahəsinə verilən elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı yazılmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi də məhkəməyə təqdim etdiyi etirazında iddiaçıya məxsus, elektrik enerjisinin verildiyi və aktın tərtib edildiyi sahənin qeyri-yaşayış sahəsi kimi qeydiyyatda olduğu və hazırkı mübahisəyə Şəki Kommersiya Məhkəməsində baxılmalı olduğu göstərilmişdir. Belə olduğu halda İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə verilsin. Qərаrdаddаn оnun alındığı (verildiyi) andan 10 (оn) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1244/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1244/2021
02.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver