Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1267/2020 22.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 160810 nömrəli akt əsasında yazılmış 108.70 manat elektrik enerji borcunun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı göstərdi ki, o, Şəki rayonu Baş Zəyzid kəndində yaşayır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçta ödəmiş və həmişə sayğac üzrə ödəniş aparmışdır. Təxminən 2019-cu ilin noyabr ayında onun evinə quraşdırılmış sayğac işləmədiyindən o, cavabdeh təşkilata müraciət edərək, sayğacının dəyişdirilməsini istəmişdir. Cavabdeh təşkilatın nümayəndələri xx xxxxxx 2019cu il tarixdə evinə gələrək həmin tarixdə sayğaca baxış keçirərək 160810 nömrəli akt tərtib etmişlər. Bundan sonra istismar müddəti ötən sayğacı xx.xx.2020-ci il tarixdə yeni sayğacla əvəz edilmişdir. Lakin o, yeni sayğac qoyulanadək X1 etmişdir. Bildirişi alan zaman isə 108.70 manat qalıq borcunun olması ona məlum olmuşdur. Bundan sonra cavabdeh təşkilatın nümayəndəsindən borcunun olmadığı halda həmin borcun haradan yarandığını soruşduqda, cavabdeh təşkilatın nümayəndələri heç bir borcunun olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn elektrik enerjisini şəbəkədən ayırmağa çalışmışlar. Ancaq onların qeyd etdikləri borcun haradan və necə yaranması nə ona, nə də ki, özlərinə məlum deyildir. Dələlərlə müraciət etsə də, hər dəfə ona rəsmi məlumat verməkdən yayınmışlar və şifahi olaraq qalıq borcun akta görə hesablandığı bildirilmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan qalıq borcu yazaraq “X1 qaydalarının” tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona əsassız qalıq borcu yazmaqla yanlışlığa yol vermişlər. Göstərmişdir ki, sayğacı işləmədiyi qış aylarında daima X1 etmişdir. Lakin cavabdeh tərəf vaxtında sayğacı vaxtında yenisi ilə dəyişdirməmiş və ona əsassız olaraq istifadə edilmiş elektrik enerjisinə görə məbləğ hesablamışlar. Göstərdiklərimlə bağlı məcburiyyət qarşısında qalaraq akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının Şəki rayonu, Baş Zəyzid kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00613 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları A.Məmmədov və V.Cəfərov tərəfindən Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentə məxsus elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2019-cu il tarixli, R160810 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçı öz imzasıyla təsdiq etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən həmin sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2020-ci il tarixli, 163544 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən sayğacın axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixli, R160810 saylı akta əsasən “xxxxxxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2020ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün 0.xx xxxxxxx 1260 kvt.s (dəyəri 88.20 manat) və 0.11 manatla 188 kvt.s (dəyəri 20.68 manat) toplamda 108,88 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Qeyd etməyi zəruri hesab edirik ki, abonentə məxsus elektrik sayğacı onun həyətində quraşdırılmışdır və ona kənar şəxsin müdaxiləsi mümkünsüzdiir. EEİQ-nın 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır” Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2020-ci il tarixə qədər 186 gün üçün sərfıyyatının toplamda 326 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı 194 gün üçün artaraq xx.xx.2020-ci il tarixə 840 kvts olduğu görünür. Abonentin "abunə haqqında” məlumatından açıq aşkar görünür ki. sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ilə sonrakı dövrdəki sərfıyyatı arasında fərq (514 kvt.s) olduqca böyükdür. Bu da onu deməyə əsas verir ki, iddiaçının yaşadığı ünvana quraşdırılmış elektrik sayğacı keçən yükü qeyd etməyib. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Şəki rayonu, Baş Zəyzid kəndində yaşadığı fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nm tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Belə ki, işdə olan abonentin saldosundan görünür ki, xx.xx.2019-cu il tarixdə sayğac göstəricisi 15716 kv/t sərfiyyat olmuş və bu rəqəm 4 ay boynca dəyişməmişdir. Saldodan da görünür ki, xx.xx.2020-ci il tarixində də sayğac göstəricisi 15716 kv/t eneryi sərfiyyatı dəyişməz qalmışdır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞnin enerji satış bazasında **********00613 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli, R seriyalı 160810 nömrəli aktdan görünür ki, fərdi evdə abonentə məxsus elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. İşdə olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, sayğac yenisi ilə əvəzlənmiş və itirilmiş elektrik enerjisinin dəyəri 108,88 manat dəyərində hesablanmışdır. İşdə olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisi 6591 kvts, dəyəri 598.73 olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 437.00 manat pul ödəmişdir. Qalıq borc 598.73- 437.00=161.73 manatdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacı zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), onun qoşulma sxemi pozulduqda dövlət elektroenergetika müəssisəsi bu elektrik qurğusunun faktiki maksimal yükünə və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində, enerjitəchizatı müəssisəsinə yenidən hesablaşma aparılmalıdır. Hesablaşma elektrik sayğacının normal işinin bərpa olunması enerjitəchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.16-cı bəndinə əsassən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şəki rayonu, Baş Zəyzidkəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00613 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır.xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmiş, baxış zamanı abonentə məxsus elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, R160810 saylı akt tərtib olunmuşdur.xx.xx.2020-ci il tarixli, R160810 saylı akta əsasən “xxxxxxxx” ASC-nin Şimal- Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün 0.xx xxxxxxx 1260 kvt.s (dəyəri 88.20 manat) və 0.11 manatla 188 kvt.s (dəyəri 20.68 manat) toplamda 108,88 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı iddianın təmin, cavabdeh isə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan abonentin saldosuna nəzər sadıqda aydın olur ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı xx.xx.2019-cu il tarixdən etibarən yeni sayğac quraşdırıldığı xx.xx.2019-cu il tarixinək sayğacdan keçən enerjini qeydiyyata almamış, lakin sayğacın elektrik enerjisini qeyd etmədiyi 129 gün müddətində iddiaçı elekrtik enerjisindən istifadə etmişdir. Bunu iddiaçı məhkəmə iclasında da qeyd edərək etiraf etmişdir. Həmçinin abonentin saldosunda olan xx.xx.2019-cu il tarixdə sayğac 15716 kv/t sərfiyyat göstərmiş və bu rəqəm 4 ay boynca dəyişməmiş, xx.xx.2020ci il tarixində də eyni sayğac göstəricisi (15716 kv/t) dəyişməz qalmışdır. Buna görə də cavabdeh təşkilat R160810 saylı akta əsasən Mülki Məcəllənin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün 0.xx xxxxxxx 1260 kvt.s (dəyəri 88.20 manat) və 0.11 manatla 188 kvt.s (dəyəri 20.68 manat) toplamda 108,88 manat dəyərində itirilmiş enerji hesabatı aparmışdır. Məhkəmə cavabdeh tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün itirilmiş enerji itkisinin 108,88 manat dəyərində aparılmasını ağlabatan hesab edir. Belə ki, 4 ay 10 gün olan qış ayları üçün 108.88 manat enerji itkisi məqbul hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220və 360cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə qarşı xx xxxxxx 2019-cu il tarixli, 160810 nömrəli akt əsasında yazılmış 108,70 manat elektrik enerji borcunun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1267/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1267/2020
22.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver