Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1286/2020 29.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-nə qarşı “aktlar əsasında” hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmış cəmi 4512,49 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməiclaslarına gəlməmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram və xx xxxxxxxx 2020-ci il tarixdə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işəonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şəki rayonu Qoxmuq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 6 nömrəli qərarı ilə mülkiyyətinə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində yeməkxana binası inşa etdirərək əhaliyə xidmət göstərir. Həmin qeyriyaşayış binası xx.xx.2004-cü il tarixdə Şəki ŞİHB tərəfindən verilmiş istismara qəbul aktı əsasında istismara qəbul edilmişdir.2009-cu ilin iyul ayının 1-də X12 Şəbəkəsi MMC-nin əməkdaşları obyektə baxış keçirmiş, yeməkxanaya xidmət edən sayğacın DSM möhürünə müdaxilə edildiyi əsas gətirərək barəsində elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında xx.xx.2009-cu il tarixli 001002 nömrəli akt tərtib edilmişdir. Bundan başqa 2013-cü ilin mart ayının 14-də X12 Şəbəkəsi MMC-nin əməkdaşları fəaliyyət göstərdiyi obyektə baxış keçirmiş, yeməkxanaya xidmət edən sayğacda alt qapaq möhürünün olmamasını, sayğacdan qabaq ayrıcın olduğunu əsas gətirərək barəsində elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında xx.xx.2013-cü il tarixli 006601 nömrəli akt tərtib etmişdir. Həmçinin göstərmişdir ki, 2014-cü ilin iyul ayının 10-da X9 Şəbəkəsi MMC-nin əməkdaşları həmin obyektə baxış keçirmiş, yeməkxanaya xidmət edən sayğacın qapağının yuxarı hissəsində izlər olduğunu əsas gətirərək barəsində elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında xx.xx.2014-cü il tarixli 00742 nömrəli akt tərtib etmişdir. Daha sonra 2014-cü ilin dekabr ayının 4-də X9 Şəbəkəsi MMCnin əməkdaşları obyektə baxış keçirmiş, yeməkxanaya xidmət edən sayğacın üst hissəsinə qoyulmuş xüsusi maqnit vasitəsi ilə sayğacın süni şəkildə dayandırılmasını əsas gətirərək barəsində elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında xx.xx.2014-cü il tarixli 02401 nömrəli akt tərtib etmişdir. Həmin aktlar əsasında ona əsassız olaraq əlavə enerji sərfiyyatı hesablanmış və o cərimə edilmişdir.Həmin aktları qanunsuz hesab edir. Çünki, istər X13 Şəbəkəsi MMC, istərsə də X9 Şəbəkəsi MMC-nin əməkdaşları tərəfindən ona məxsus obyektə yoxlama aparılarkən yoxlamanın aparılması barədə hər hansı rəsmi sənəd təqdim edilməmiş, yoxlama aparılarkən onun yoxlamada şəxsən iştirakı təmin edilməmişdir. xx.xx.2013-cü il tarixli 006601 nömrəli aktda onun nümayəndəsi kimi Vüqar Lətifovun, digər aktlarda isə Səməd Mustafayevin adı qeyd olunmuşdur ki, həmin şəxslər onun nümayəndəsi və ya işçisi olmamışlar. Yeməkxanaya qoşulmuş sayğac düzgün işləməsinə, hər ay elektrik şəbəkənin nəzarətçisi tərəfindən təqdim edilmiş qəbz əsasında ödənişlər etmələrinə baxmayaraq qanunsuz olaraq həmin aktlar tərtib edilmişdir. Həmçinin sayğaca tərəfindən müdaxilə edildiyi halda nəzarətçi tərəfindən istifadə olunmuş enerjiyə görə ödəniş bildirişi verilərkən bu barədə ona irad bildirilə və bu barədə müvafiq tədbir görülə bilərdi. Lakin belə bir hala yol vermədiyindən nəzarətçi tərəfindən heç bir tədbir görülməmişdir. Həmin aktlarda qeyd olunanlar ona qarşı qərəzli şəkildə yazılmış, akt tərtib olunarkən şahidlərin iştirakı təmin edilməmişdir. Aktda yazılanları təsdiq edən hər hansı sübut mövcud deyildir və aktlar tərtib edilərkən əsassız olaraq «EEİQ»-nm 8.17-ci bəndinin pozulması faktına əsaslanmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri yaşayış sahəsi (yeməkxana) İddiaçı adına olmaqla Şəki EŞ-nin enerji satış bazasında **********41001 (**********6) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçı "xxxxxxxx” ASC-yə qarşı “elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmış 4512,49 manat borcun silinməsi” tələbi ilə Şəki Rayon Məhkəməsində iddia qaldırması tamamilə əssasız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prosesual normalar pozulmuşdur. Belə ki, İddiaçı məxsus qeyri yaşayış sahəsi Şəki EŞnin enerji satış bazasında **********41001 (**********6) saylı kod altında qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır. Bu səbəbdən də iş iqtisadi iş olduğu üçün iddia rayon məhkəməsində deyil Kommersiya məhkəməsində qaldırılmalı idi. Göstərmişdir ki, xx xxxx 2009-cu il tarixdə iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, sayğacın DSMF möhrünə müdaxilə edilməsi və sayğacdan əvvəl ayrıcı xətt aşkar edildiyindən iddiaçı 001902 nömrəli akt əsasında 1080.14 manat cərimə edilmişdir. xx.xx.2013-cü il tarixində “xxxxxxxxxx” ASC-nin X11 Şəbəkəsi MMC-nin əməkdaşları A.Kazımov, S.Xəlilov, B.Süleymanov, E.Babayev, V.Hüseynov və V.Lətifov tərəfindən Şəki rayonu Qoxmuq kəndində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın alt qapaq möhürünün olmadığı və sayğacdan qabaq ayrıcı olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydalarfnın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2013-cü il tarixli, 006601 saylı akt tərtib olunmuşdur. xx.xx.2013-cü il tarixli, 006601 saylı akta əsasən Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 0.xx xxxxxxx 3781 kvts, dəyəri 226.86manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Daha sonra xx.xx.2014-cü il tarixində “xxxxxxxxxx” ASC-nin X7 Şəbəkəsi MMC-nin əməkdaşları N.Cəfərov, H.Rəsulov və Z.Hüseyinbəyli tərəfindən Şəki rayonu Qoxmuq kəndində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi X1 iştirakı ilə “X2 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın üst qapağının yuxarı hissəsində müdaxilə izlərinin olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2014-cü il tarixli, 00742 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçının nümayəndəsi öz imzasıyla təsdiq etmişdir. xx.xx.2014-cü il tarixli, 00742 saylı akta əsasən Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 0.xx xxxxxxx 12078 kvts, dəyəri 724.68 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Təkrar xx.xx.2014-cü il tarixində “xxxxxxxxxx” ASC-nin X7 Şəbəkəsi MMC-nin əməkdaşları Z.Hüseyinbəyli, R.Məmmədov, N.Həmidov və N.Cəfərov tərəfindən Şəki rayonu Qoxmuq kəndində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi X1 iştirakı ilə “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın üst hissəsinə qoyulmuş xüsusi maqnit vasitəsilə sayğacın süni şəkildə dayandırıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları”nın 8.17ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2014-cü il tarixli, 02401 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçının nümayəndəsi öz imzasıyla təsdiq etmişdir. xx.xx.2014-cü il tarixli, 02401 saylı akta əsasən Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 0.xx xxxxxxx 22383 kvts. dəyəri 1342.98 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsində əməkdaşları tərəfindən ayrı-ayrı tarixlərdə 4 dəfə fərqli qüsurlar aşkar edilmişdir. Aşkar edilmiş qüsurların xarakteri də təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Həmçinin elektrik sayğacına cavabdehliyi abonent özü daşıyır (EEİQ-nın 7.7-ci bəndi) və sayğaca kənar şəxsin müdaxiləsi mümükünsıızdür. “EEİQ”-nın 8.17 bəndinin tələbinə uyğun olaraq İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizatı müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxemnin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin qaydaların 7.7 bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6 cı (məişət abonenti istisna olamaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. İddiaçı iddia tələbində silinəcək məbləği 4512.49 manat göstərmişdir. İddiaçı məxsus qeyri-yaşayış sahəsində (yeməkxana) elektrik sayğacı quraşdırıldığı gündən xx.xx.2020-ci il tarixə qədər enerjidən mütəmadi istifadə edilmiş, lakin istifadə edilən sərfıyyata uyğun ödəniş edilmədiyi üçün bu günki günə 4281,56 manat qalıq borcu yaranmışdır. Həmçinin İddiaçı tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini sonuncu aktın tərtibatı nəzərə alınmaqla 2 il 9 ay ötürməklə 2020-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 2294.52 manat təşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. İddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********41001 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx xxxx 2009-cu il tarixli, 001902 nömrəli aktdan görünür ki, sayğacın DSMF möhrünə müdaxilə edilmiş, sayğacdan əvvəl ayrıcı var. Həmin akt 001902 nömrəli akt əsasında 1080.14 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2013-cü il tarixli, 006601 nömrəli aktdan görünür ki, sayğacın alt qapaq möhrü yoxdur. Sayğacdan qabaq ayrıcı vardır. Həmin akt əsasında 226.86 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli, 00742 nömrəli aktdan görünür ki, sayğacın üst qapağının yuxarı hissəsində izlər vardır. Həmin akt əsasında 724.68 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 02401 nömrəli aktdan görünür ki, sayğacın üst hissəsinə qoyulmuş xüsusi maqnit vasitəsilə sayğac süni şəkildə dayandırılmışdır. Həmin akt əsasında 1342.98 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. «X2 qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki, «X2 qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). “X2 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və sair qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********41001 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı sayğacından kənar X2 etməsi ilə bağlı cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2009-cu, xx xxxx 2013-cü, xx xxxx 2014-cü və xx xxxxxx 2014-cü il tarixlərdə iddiaçının adına olan sayğacla bağlı X2 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda sayğacın DSMF möhrünə müdaxilə edilməsi, sayğacdan əvvəl ayrıcı olması, sayğacın alt qapaq möhrünün olmaması, sayğacın üst qapağının yuxarı hissəsində izlərin olması və sayğacın üst hissəsinə qoyulmuş xüsusi maqnit vasitəsilə sayğac süni şəkildə dayandırılması ilə əlaqədar “X2 qaydalarının” pozulması əsas götürülərək xx xxxx 2009-cu il tarixli 001902 nömrəli, xx xxxx 2013-cü il tarixli 006601 nömrəli, xx xxxx 2014-cü il tarixli 00742 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, 02401 nömrəli aktlar tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktlarda onların tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin, cavabdeh təşkilatın əməkdaşları aşkar etdiklərini bildirdikləri, sözügedən elektrik sayğacın DSMF möhrünə müdaxilə edilməsi, sayğacdan əvvəl ayrıcı olması, sayğacın alt qapaq möhrünün olmaması, sayğacın üst qapağının yuxarı hissəsində izlərin olması və sayğacın üst hissəsinə qoyulmuş xüsusi maqnit vasitəsilə sayğac süni şəkildə dayandırılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir video çəkiliş, fotoşəkil təqdim edilməmişdir. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacda baş vermiş nasazlıqlar və ya müdaxilələr ucbatından yaranması iddiaçının və cavabdeh “xxxxxxxx” ASC-nin “Şimal-Qərb” X4 və Satışı İdarəsinin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, qeyd edilən aktlar əsasında hesablanmış cərimə məbləğləri İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «X2 qaydaları»nın 7.11 -ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********41001 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh “xxxxxxxx” ASC- nin “Şimal-Qərb” X4 və Satışı İdarəsinin nümayəndəsinin dedikləri əsaslı deyil. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən münasibətə idia müdəti tərbiq oluna bilməz, Çünki iddia axımının hansı müddətdən başlanması ilə bağlı cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni cavabdeh məhkəməyə aktın iddiaçıya daha əvvəl təqdim edilməsi ilə bağlı hər hansı sübutunu təqdim eyməmişdir. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddiaçıya yazılan cərimə məbləğləri müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də hazırkı münasibətə on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, aktların xx xxxx 2009-cu, xx xxxx 2013-cü, xx xxxx 2014-cü və xx xxxxxx 2014-cü il tarixlərində tərtib olunması nəzərə alınaraq iddiaçı iddia müddətini ötürməmişdir. Göründüyü kimi, İddiaçı elektrik sayğacına əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********41001 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı yuxarıda şərh edilən aktlar üzrə ayrı-ayrılıqda 1080.14 + 226.86 + 724.68 + 1342.98= 3374,66 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı iş materillarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı xx xxxx 2009-cu, xx xxxx 2013-cü, xx xxxx 2014-cü və xx xxxxxx 2014-cü il tarixlərində tərtib olunmuş aktlar əsasında **********41001 saylı abonent kod hesabında qeydə alınmış cəmi 3374,66 manat borc əsassız hesab edilməli və həmin borc məbləği İddiaçı hesabından silinməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxx” X5 əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2009-cu il tarixli, 001902 nömrəli, xx xxxx 2013-cü il tarixli, 006601 nömrəli, xx xxxx 2014-cü il tarixli, 00742 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, 02401 nömrəli aktlar əsasında **********41001 saylı abonent kodu hesabında qeydə alınmış cəmi 3374,66 manat borc məbləği İddiaçı hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1286/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1286/2020
29.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver