Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1290/2021 03.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi və onun vəkili X3 iştirakları ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki şəhər sakinləri X27, X12, X19 və X14 2.32 ha pay torpaq sahəsinin verilməsi barədə 28 avqust 2000-ci il tarixli, JN-716 saylı, kod 40401002 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın X15 aid hissədə ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. 30 sentyabr 2003-cü il tarixdə X19 ilə ailə həyatı qurmuşdur. Şəki rayonu Aqrar İslahatı Komissiyasının 25 mart 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə həyat yoldaşının ailəsinə 2.32 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmış, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən JN-716 saylı, kod 40401002 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” hazırlanmış və təhvil verilmişdir. X8 07 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra ondan qalan mirası qəbul etmək istəmiş, həmin sənədləri iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Lakin sözügedən sənəddə qayınatasının soyadı “Məmmədov” əvəzinə “Səmədov” kimi göstərildiyindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X2 25 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili X1 Əminə Lütvəli qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçi və onun vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X22 göstərdi ki, Ərizəçi qabıbir qonşusudur. Ərizəçi X19 ilə ailə qurmuşdur. Onların küçələrində eyniadlı adamlar bir neçə nəfər olduğundan bütün ailələr soyadları ilə çağırılır. Ərizəçinin ailəsini hamı “Məmmədovlar” kimi tanıyır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 göstərdi ki, ərizəçi onun uzaq qohumudur. Ailə başçısı mərhum X21 olmaqla, onların ailələrinə 2.32 ha torpaq sahəsi verilmişdir. Ərizəçinin qayınatasının soyadı “Məmmədov”dur. Səməd Məmmədov 2011-ci il tarixdə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 göstərdi ki, ərizəçi onun bacısıdır. X26 ailə qurmuşdur. Yeznəsi Nadirin, Nadirin qardaşı Adilin və onların ataları Səməd dayının soyadları “Məmmədov” olmuşdur. İşdə olan JN:716 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki şəhər sakinləri X27, X12, X19 və X14 2.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X4 arasında 30 sentyabr 2003-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 298 nömrə ilə qeydiyyata alınmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 25 fevral 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 07 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan vərəsəliyə dair arayışdan görünür ki, 25 fevral 2011-ci il tarixdə vəfat etmiş X13 aşağıdakı vərəsələri var: X23 – oğlu və X19 – oğlu. İşdə olan vərəsəliyə dair arayışdan görünür ki, 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş X10 aşağıdakı vərəsələri var: Ərizəçi – arvadı və X24 – oğlu. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli, **********08 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki şəhər sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 2.32 ha pay torpaq sahəsi ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:716 saylı, kod 40401002 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın mərhum X15 payına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki şəhər sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 2.32 ha pay torpaq sahəsi ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:716 saylı, kod 40401002 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın mərhum X15 payına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1290/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1290/2021
03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver