Məhkəmə qərarları › İş №2(075)-130/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-130/2021

25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-130/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçılar İddiaçı1, onun vəkili X31 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Şəki Regional “Cavabdeh2tariat ofisinə, maraqlı şəxslər X19 və X20 qarşı “miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 atası, İddiaçı2 isə əri xx.xx.2019-cu ildə vəfat etmiş mərhum X9, mərhum X12 isə xx.xx.2006-cı ildə vəfat etmiş öz atası X18 miras qalmış ünvan 1, hazırkı M.Rəsulov küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X21 adına 9393/4768 №-li Torpaq qeydi sənədi verilmişdir. X33 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X21 vəfatından sonra onun vərəsələri kimi arvadı-X22 (xx.xx.1996-cı ildə vəfat etmişdir), oğlanları X23 (xx.xx.2019-cu ildə vəfat etmişdir), X32 və X19 qalmışlar. İddiaçı1 mərhum X21 vərəsəsi X12 oğlu, o isə mərhum X21 vərəsəsi X12 arvadı olmaqla mərhum X12 birinci növbəli vərəsələridirlər. Həm onlar, həm də X2 öz atasının, yəni X21 qulluğunda durmuş, ona baxmış, onun vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil etmiş, bütün xərcləri qarşılamışlar. X23 atası X3 və atasının vəfatından sonra atasından miras qalmış əmlakda yaşamış, orada müxtəlif vaxtlarda təmir və abadlıq işləri aparmış, bununla da faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. X8 arvadı Təmamət vəfat etdikdən sonra qaynatası Lütvəli onların yeni inşa etdirdikləri Şəki şəhəri B.Vahabzadə 11 saylı evdə onlarla birlikdə yaşamışdır. X4 qalmış mirası faktiki olaraq qəbul etmişlər. X21 digər vərəsələri X32 və X19 1990-cı illərdən Rusiya Federasiyasına getmişlər, hal hazırda da orada yaşayırlar. Həmin şəxslərin yaşadıqları dəqiq ünvanlar isə onlara məlum deyil. Onlar öz ataları mərhum X21 yas mərasimində də gəlib iştirak etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində atalarından qalmış miras əmlakı qəbul etmək istədiklərini nümayiş etdirən heç bir iradəvi hərəkətlər etməmişlər. Eyni zamanda Cavabdeh1 X21 vərəsəsi X12 xx.xx.2019-cu ildə vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil edilməsi ilə bağlı xərcləri qarşılamamış, mərhum X1 və vəfatından sonra ondan miras qalmış əmlakda yaşamamışdır. Cavabdeh1 işi ilə əlaqədar Bakı şəhərində yaşamış, bununla da faktiki olaraq atası X9 qalmış mirası qəbul etdiyini nümayiş etdirməmişdir. Göstərmişdir ki, qeyd edilən miras əmlakda torpaq qaynatasının adına qeydə alınsa da həmin torpağın üzərindəki ev onun adına dövlət qeydiyyatına alınmamışdır. Təxminən 10 ildir ki, həmin torpaqda mövcud olan evi kirayəyə vermişlər. İddiaçı1 babası, onun isə qaynatası X33 xx.xx.2006-cı ildə, İddiaçı1 atası, onun əri X23 isə xx.xx.2019-cu ildə vəfat etdiklərindən mirasın qəbul edilməsi ilə bağlı mübahisəyə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Onun əri, İddiaçı1 isə atası olmuş X9, sonuncu isə öz atası X18 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Lakin onlar mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi ilə bağlı notariat əməliyyatları həyata keçirə bilmirlər. Onlar həmin mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi üçün miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı X44 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etsələr də notariat ofisi tərəfindən onların tələlərindən imtina edilmşdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı1 və onun vəkili X37 da İddiaçı2 eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Şəki Regional “Cavabdeh2tariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, Şəki Regional “Cavabdeh2tariat ofisi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iştirak etmiş, izahatında iddianı qəbul etmədiyini, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh1 xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddianı qəbul etmədiyini, həmin miras əmlakda onun da payının olduğunu, payını tələb etdiyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər X19 və X20 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını dinləyib, məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan AZ 338699 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1963-cü il təvəllüdlü X12 atası X33, anası isə X16r. İşdə olan İV-JQ 399405 seriya nömrəli nikah haqqında şəhadətnaməni təsdiq edilmiş surətindən görünür ki, X23 ilə X10 arasında xx xxxxx 1988-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 108 nömrə ilə qeyd edilmişdir. İşdə olan XV-JQ 301494 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1990-cı il təvəllüdlü İddiaçı1 atası X23, anası isə X6r. İşdə olan AZ-İİ 027681 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.1996-cı il tarixdə insult səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 094914 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2006-cı il tarixdə qocalıq səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İ 990243 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə beyin qan dövranı pozğunluğu səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki ŞİHB “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli, 3/737 saylı vərəsəliyə dair arayışın təsdiq edilmiş surətindən görünür ki, X15 şəhəri, (keçmiş Yunuslar) küçəsi, 26 saylı evdə (hazırki M.Rəsulov küçəsi, ev 24) yaşamışdır. xx.xx.2006-cı il tarixdə vəfat etmişdir və onunla birgə nikah dövründə həmin ünvanda yaşamış arvadı X22 (vəfat etmişdir), oğlu X23 (vəfat etmişdir, ailəli olmuş və digər inzibati ərazidə yaşamışdır), oğlu X32 və X19 adlı vərəsələri vardır. İşdə olan Şəki ŞİHB-nın 1 nömrəli Sahə İƏD-si üzrə nümayəndəliyinin “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 214 saylı vərəsəliyə dair arayışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, B.Vahabzadə küçəsi, 11 saylı evdə yaşamış X23 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş və onun İddiaçı2, İddiaçı1 və Cavabdeh1 adlı vərəsələri vardır. İşdə olan 9393/4768 nömrəli şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinin (земельная запись) təsdiq edilmiş surətindən görünür ki, 19-cu rayonu, Yunuslar küçəsi, ev 26 (hazırki M.Rəsulov küçəsi, ev 24) ünvanında yerləşən 106,25 kv.m tikinti üçün, 493,75 kv.m həyətyanı olmaqla ümumilikdə 600 kv.m torpaq sahəsi X21 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli arxiv çıxarışından görünür ki, vətəndaş X26 şəhərin Lenin küçəsi 100 nömrəli kvartalında fərdi yaşayış evi tikintisi üçün 600 kv. m torpaq sahəsi ayrılmışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X45 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Şəki şəhəri, Yunuslar küçəsi, 26 saylı ünvanda yerləşən X27 məxsus fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış qeydiyyata alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X28 görmüş və tanımışdır. Lütvəlinin Nurəli, Şirəli və Nuru adında 3 övladı olmuşdur. Lütvəli kişi 2006-cı ildə vəfat etmişdir. O, təxminən 1990-cı illərin sonundan vəfat edən günədək Nurəlinin evində yaşamışdır. Lütvəli kişinin yas mərasimini Nurəli vermişdir. Nurəli özü də 2019-cu ildə vəfat etmişdir. Lütvəli kişinin digər oğlanları Şirəli ailəlidir və o Rusiya Federasiyasında yaşayır. Nuru da Rusiya Federasiyasında yaşayır, lakin onun ailəli olubolmamasını bilmir. X27 məxsus torpaq sahəsi və onun üzərində olan ev Şəki şəhərində Kombinatdan yuxarıda, Yanıq Məscidin yanındadır. Həmin ev həmişə Nurəlinin nəzarətində olmuş, hazırda isə iddiaçıların sahibliyindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 və X11 şahid X7 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X21 adına 9393/4768 №-li Torpaq qeydi sənədi verilmişdir. X33 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X21 arvadı X22 xx.xx.1996-cı il tarixdə onun özündən qabaq vəfat etmişdir. X21 vəfatından sonra onun vərəsələri kimi oğlanları X23 (xx.xx.2019-cu ildə vəfat etmişdir), X32 və X19 qalmışlar. İddiaçıların deməsinə görə X32 və X19 hal-hazırda Rusiya Federasiyasında naməlum ünvanda yaşayırlar. İddiaçılaqrdan İddiaçı1 mərhum X21 vərəsəsi X12 oğlu, İddiaçı2 isə mərhum X21 vərəsəsi X12 arvadı olmuş və mərhum X12 birinci növbəli vərəsələridirlər. X21 adına ünvan 1 ünvanında 9393/4768 №-li Torpaq qeydi ilə torpaq sahəsi qeydiyyata alınsa da, həmin torpaq sahəsi üzərində hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. İddiaçılar bildirmişdir ki, qeyd edilən ünvandakı torpaq sahəsi və onun üzərində faktiki mövcud olan yaşayış evi daima X12 və onların nəzarətində və istifadəsində olmuşdur. Göstərmişlər ki, miras qoyanın arvadı 1996-cı ildə vəfat etdikdən sonra X33 köçüb gələrək onlara məxsus olan Şəki şəhəri, B.Vahabzadə küçəsi, 11 saylı evdə ölənədək yaşamışdır. Bildirmişlər ki, həm onlar, həm də X2 öz atasının, yəni X21 qulluğunda durmuş, ona baxmış, onun vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil etmiş, bütün xərcləri qarşılamışlar. X5 və atasının vəfatından sonra atasından miras qalmış əmlaka nəzarət etmiş, o da vəfat etrdikdən sonra həmin əmlaka nəzarəti onlar həyata keçirmişlər. İddiaçılar babasından və qaynatasından atasına və ərinə qalma mirasın onlar tərəfindən qəbul edilməsini faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh1 isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Presussual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxs X33 xx xxxxx 2006-cı il tarixdə X23 isə xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra olan dövrlərdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Araşdırma zamanı müəyyən olundu ki, X33 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X21 vəfatından sonra onun vərəsələri kimi oğlanları X23 (xx.xx.2019-cu ildə vəfat etmişdir), X32 və X19 qalmışlar. İddiaçılardan biri İddiaçı1 mərhum X21 vərəsəsi X12 oğlu, digəri İddiaçı2 isə mərhum X21 vərəsəsi X12 arvadıdır. Həm onlar, həm də X2 öz atasının, yəni X21 qulluğunda durmuş, ona baxmış, onun vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil etmiş, bütün xərcləri qarşılamışlar. X23 atası X3 və atasının vəfatından sonra atasından miras qalmış əmlakda yaşamış, orada müxtəlif vaxtlarda təmir və abadlıq işləri aparmış, bununla da faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. Onlar isə X9 qalmış mirası faktiki olaraq qəbul etmişlər və hal-hazırda da onların istifadəsində və sahibliyindədir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, X21 ünvan 1, hazırkı M.Rəsulov küçəsi 24 ünvanında torpaq sahəsi qeydiyata alınsa da həmin torpaq sahəsi üzərində hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. Yuxarıda şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, xx.xx.2006-cı ildə vəfat etmiş X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X17 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıların rüsum tələb etməmələri nəzərə alınaraq, iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədikləri rüsum iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı ildə vəfat etmiş X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2019cu il tarixdə vəfat etmiş X17 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. İddia qalan hissələrdə təmin edilməsin. İddiaçıların iddianın qaldırılması ilə bağlı dövlətə ödədikləri rüsum xərci özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar