Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1301/2020 22.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, NDM 013416 nömrəli akt əsasında yazılmış 545 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixli, NDM 013416 nömrəli akt əsasında yazılmış 145.09 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, xx xxxx 2018-ci il tarixdə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən ona məxsus elektrik sayğacına akt tərtib edilmişdir. Lakin sözügedən akt tərtib edərkən o, anası və qızı Bakı şəhərində olmuşlar və «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən onlara xəbərdarlıq edilməmiş və onların iştirdakı təmin edilməmişdir. Bundan başqa «xxxxxxxx» ASC-nin əməkdaşları onların iştirakı olmadan onların mənzilinə yeni sayğac quraşdırmışdır. Daha sonra onlar Şəki şəhərinə qayıtdıqdan sonra sözügedən aktdan xəbərləri olmuşdur. Sözügedən elektrik sayğacı isə yaşadıqları 5 mərtəbəli binanın 1-ci mərtəbəsində pilləkən meydançasında dəmir qutuda quraşdırılmışdır. Sonra elektrik sayğacı 2019-cu ilin may ayında sonunda PAUD-MP 106 tipli”Smartart” tipli elektrik sayğacı ilə əvəz olunmuşdur. Hesab edir ki, «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 145.09 manat borc onun hesabından silinməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında göstərmişdir ki, iddiaçının Şəki şəhəri. M.Ə.Rəsulzadə küçəsində yaşadığı mənzil Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00806 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları E.Əliyev, A.Hüseynov və R.Osmanov tərəfindən Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilə quraşdırılmış elektrik hesablaşma sayğacına “X2 Qaydalarfna uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “A” işarəli dövlət möhüründə müdaxilə izlərinin olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydalarf'nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2018-ci il tarixli, NDM 013416 saylı akt tərtib olunmuşdur. xx.xx.2018-ci il tarixdə Şəki EŞ-nin əməkdaşları tərəfindən müdaxilə olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənməklə, rəy verilməsi üçün laboratoriyaya göndərilmiş, bununla bağlı 924283 saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2018-ci il tarixli. 109332 saylı protokolu ilə sayğacın üst “A” ştamp möhüründə və kassa mexanizmində müdaxilə izlərinin olduğu barədə rəy verilmişdir. xx.xx.2018-ci il tarixli. NDM 013416 saylı akta əsasən “xxxxxxxx” ASC-nin Akt komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 150 gün üçün 0.xx xxxxxxx 3373 kvts, dəyəri 371.03 manat məbləğində hesabat aparılmışdır. Əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aparılır. Həmin hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 etdiyi nəzərə alınmaqla aparılır. Bundan başq “EEİQ”-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. İddiaçı “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2018-ci il tarixə qədər 265 gün üçün sərfıyyatının toplamda 760 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı 265 gün üçün artaraq xx.xx.2019-cu il tarixə 1185 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ilə sayğac dəyişdikdən sonrakı dövrdəki sərfıyyatı arasında fərq (425 kvts) olduqca böyükdür. Bu da onu deməyə əsas verir ki, abonent sayğaca müdaxilə edərək sayğacın aylıq sərfıyyatını aşağı salmışdır. İddiaçı iddia tələbində silinəcək məbləği 545,00 manat göstərmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi hesablanmış məbləğlə bağlı ərizə ilə X1 Agentliyinin Şəki fılialına müraciət etmiş və iddiaçının ərizəsi əsasında hesabat aparılmış 371,03 manat məbləğdən 225,94 manatı xx xxxx 2019-cu il tarixli, AŞ/179 saylı razılaşma protokoluna əsasən iddiaçının hesabından silinmişdir. İddiaçının abunə hesabında xx.xx.2018-ci il tarixli, NDM 013416 saylı akta əsasən hesablanmış məbləğin 145.09 manatı qalmışdır (371.03-225.94=145.09). Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Şəki şəhəri. M.Ə.Rəsulzadə küçəsində yaşadığı mənzilə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 145.09 manat məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00806 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “xxxxxxxx” ASC-nin Akt Komissiyasının sədri F.Yusifov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, oxunmamış sərfiyyatın abonentin bazasına işlənməsi, xx xxxx 2018-ci il tarixli, NDM 013416 nömrəli aktın baxış aktı kimi qeydə alınması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli, NDM 013416 nömrəli aktdan görünür ki, sayğacın “A” ştamp dövlət möhüründə müdaxilə izləri var. “X2 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları E.Əliyev, A.Hüseynov və R.Osmanov tərəfindən xx xxxx 2018-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları E.Əliyev, A.Hüseynov və R.Osmanov xx xxxx 2018-ci il tarixli, NDM 013416 saylı X2 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan başqa cavabdeh baxış zamanı isyehlakçıya məxsus elektrik sayğacına giriş xəttinin məhz iddiaçı tərəfindən calaq edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehlərin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X2 zamanı istehlakçı tərəfindən X2 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X2 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, «xxxxxxxx» ASCnin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, NDM 013416 nömrəli akt əsasında hesablanmış, sonradan razılıq protokolu ilə azaldılaraq 145,09 manat məbləğində saxlanılmış borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360cımаddələrini rəhbər tutаrаq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, NDM 013416 nömrəli akt əsasında hesablanmış 145,09 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1301/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1301/2020
22.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver