Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1304/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iştirakı ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 nömrəli DNK-nun xx xxxxxx 2006-cı il tarixli, 4ə-İ/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu M.Əsədov qəsəbə sakinlərinə 7.01 ha torpaq sahəsinin verilməsi barədə xx xxxx 2006-cı il tarixli, JN:472 nömrəli (kod 40401027) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın X2 oğlu və X14 paylarına münasibətdə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında torpaq islahatı gedən zaman X2 oğlu, X21 və X9 Şəki rayonu X8 qərarı ilə 7.44 hektar torpaq sahəsi verilmişdir. Məhrum atası və anası həmin torpaq sahəsindən sulaq ərazini, yəni 0.43 ha sahəni 2006-cı il tarixdə Şəki rayonu 2 nömrəli Dövlət Notariat Kontorunun xx xxxxxx 2006-cı il tarixli, 4ə-İ/17 nömrəli alqı-satqı müqaviləsi ilə satmışlar. Bundan sonra X2 oğlu, X21 və X9 qalan 7.01 ha torpaq sahəsi ilə bağlı xx xxxx 2006-cı il tarixli, JN:472 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Lakin həmin dövlət aktında atası Şirazi-X1 ata adı texniki səhv olaraq yanlışlıqla “Mirzəməmməd” əvəzinə “Məmməd” kimi, anası X12 adı texniki səhv olaraq yanlışlıqla “Atəşi” əvəzinə “Ataşı” kimi göstərilmişdir. Atası X2 oğlu xx xxxxxxxx 2001-ci il tarixdə, anası X30 isə xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda o, atasının vərəsəliyini qəbul etmək istəsə də yuxarıda qeyd edilən dövlət aktında atasının ata adı və anasının adı səhv yazıldığından bunu edə bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X33 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X25 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X19 göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi və onun ailə üzvlərini yaxından tanıyır. Ərizəçinin mərhum atası X2 oğlu, anası isə X15r. Lakin JN:472 nömrəli (kod 40401027) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nda ərizəçinin mərhum atasının adı “X2 oğlu” əvəzinə “X7 oğlu” kimi, mərhum anasının adı “Atəşi” əvəzinə “Ataşı” kimi göstərilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X20 və X23 digər şahid X10 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:472 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu 2 nömrəli DNK-nun xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu M.Əsədov qəsəbə sakinləri X7 oğlu, X22 və X9 7.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1954-cü il təvəllüdlü Şirazi Məmmədova (Nuriyeva) Solmaz Yunus qızının atası Şirazi-X4, anası isə X17r. İşdə olan ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X2 oğlu xx xxxxxxxx 2001-ci il tarixdə, X21 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X33 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********48 nömrəli məktubdan görünür ki, JN:472 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu 2 nömrəli DNK-nun xx xxxxxx 2006-cı il tarixli, 4ə-İ/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu M.Əsədov qəsəbə sakinlərinə 7.01 ha torpaq sahəsinin verilməsi barədə xx xxxx 2006-cı il tarixli, JN:472 nömrəli (kod 40401027) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın X2 oğlu və X14 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu 2 nömrəli DNK-nun xx xxxxxx 2006-cı il tarixli, 4ə-İ/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu M.Əsədov qəsəbə sakinlərinə 7.01 ha torpaq sahəsinin verilməsi barədə xx xxxx 2006-cı il tarixli, JN:472 nömrəli (kod 40401027) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın X2 oğlu və X14 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1304/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1304/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver