Məhkəmə qərarları › İş №2(075)-1305/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1305/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1305/2020 28.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə verilmiş JN-1xx xxx 40408028 saylı Torpağa mülkiyyət Hüquqna Dair Dövlət Aktının paya münasibətdə ona və anası X4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən ərizəçi X7 tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki Rayon İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 41 saylı qərarı ilə verilmiş JN-01xx xxx 40408028 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktında adları qeyd olunan X3 AZ-1 180014 saylı ölüm kağızında göstərilən X8 ilə və həmin aktda adı qeyd olunan Ərizəçi Məmməd oğlunun onunla yəni, Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Torpaq İslahatı haqqında qanuna uyğun olaraq ailə üzvlərinə Şəki rayonu Bideyiz kəndində 4,16 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktıda anasının soyadı və atasının adı X8 əvəzinə X5, onun adı Ərizəçi oglu əvəzinə Ərizəçi Məmməd oglu kimi qeyd edilmişdir. Bu aktdakı soyadlarındakı və adlardakı uyğunsuzluğun aradan qaldırılması ona Torpağa DƏDRX-dən çıxarış almaq ücün lazımdır. Bununla əlaqədar DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 12 saylı X13 və adlardakı bu uyğunsuzluğa görə ona paya münasibətdə çıxarış verməkdən imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X25 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə 4 qardaş, 2 bacıdırlar. Şəki Rayon İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 41 saylı qərarı ilə verilmiş JN-01xx xxx 40408028 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktında Ərizəçi Məmməd oğlu kimi qeyd edilmiş şəxs qardaşı Ərizəçi ilə eyni şəxsdir. Həmçinin həmin Dövlət Aktında anası səhvən X1 qeyd edilsə də, əslində anası Alxasova (Əliyeva) Tamamət Qədir qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusu və uzaq qohumudur. Ərizəçinin ailəsini yaxından tanıyır. Həmçinin ərizəçinin anası Tamamətin atası Abduləli yox, Qədir kişi olmuşdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-01xx xxx 40408028 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən X5, X14, X15, Ərizəçi Məmməd oğlu və X12 cizgidə göstərilən sərhəd daxilində 4,15 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ 180014 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxxx 2006-cı il tarixdə “ürəyin xronuik işemikXəstəliyi” səbəbi ilə Şəki rayonu, Bideyiz kəndində ölmüşdür. İşdə olan İİ-ИЕ 104044 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi anası X2r. İşdə olan Şəki rayonu, Baş Küngüt kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 68 nömrəli arayışdan görünür ki, JN 0163 nömrəli Dövlət aktında adı X1 yazılmış şəxs ilə X8 eyni şəxsdir. Bu adda başqa qeyri şəxs yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, JN-01xx xxx 40408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş X3 AZ-1 180014 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X8 ilə və Ərizəçi Məmməd oğlunun Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə verilmiş JN-01xx xxx 40408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş X3 AZ-1 180014 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X8 ilə və Ərizəçi Məmməd oğlunun Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar